Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-131/2024 06.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Hakim köməkçisi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Protokol tərtib edən orqan,Lerik RPŞnin İTB-nin sahə rəisi polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, iştirakı ilə, xx.xx.1986-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu, və 535.1-ci maddələri ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokolundan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Lerik Rayon Polis Şöbəsinin həyətində ucadan səs-küy salaraq nalayiq söyüşlər söymüş polis əməkdaşları onu sakitliyə dəvət etmiş polis əməkdaşlarının qanuni tələblərinə tabeçilik göstərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətaları törətməkdə özünü təqsirli bilmədiyini, Lerik Rayon Polis şöbəsinin həyətində ucadan heç bir səs-küy salmadığını, müxtəlif qanunazid hərəkətlər etmədiyini və polis əməkdaşlarının qanunu tələblərinə hörmətsizlik etmədiyini bildirərək, məhkəmədən çıxandan sonra Poliş şöbəsinə maşını və telfonu üçün getmiş, müyəyən vaxt keçdikdən sonra məhkəmənin onu sərbəst buraxdığını bildirmiş, onu əsasız nə üçün saxladığlarını sorşmuş, poliş əməkdaşları onu əsasız olaraq təkrar rəsmiləşdirərək müvəqqəti saxlama yerinə salmışlar.Şifahi vəsatət verərək bildiri ki, Polis şöbəsinin dörd bir yanı kameralarla müşahidə olunur.Əyər səs küy salmışsa ən ağır cəza verilməsinə razıdır xahişi və tələbi budur ki həmin vidyogörüntüləri məhkəməyə əlehinə subut kimi təqdim etsinlər.Şahidlər yalan ifadə verillər o, heç bir qanunazidd rərəkət etməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Lerik RPŞ-nin polis nəfəri X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Şəxs məhkəmədən qayıdarkən Lerik Rayon Polis Şöbəsinin həyətinə daxil olmuş, ucadan səs-küy salaraq nalayiq söyüşlər söymüş, polis əməkdaşları onu sakitliyə dəvət etmiş, lakin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı pozmağa davam etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Lerik RPŞ-nin polis nəfəri X3 şahid qismində dindirilmiş polis nəfəri X6 eyni məzmunlu izahat verdi. İş materiallarında olan Lerik RPŞnin İTB-nin sahə rəisi polis mayoru X2 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:50-də inzibati qaydada tutulmuşdur. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyəti yüngülləşdirən haldır.Bundan başqa onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək inzibati qaydada tutulmasını nəzərə alıb, cəzası yüngülləşdirilməlidir. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci madəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-ci madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati icraatda iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu, və 535.1-ci maddələrinin tərkibi vardır və o, həmin maddələrlə təqsirli bilinərək, İXM-nin 510-cu maddəsinə əsasən 50 manat, İXM-nin 535.1-ci maddəsinə əsasən 200 manat miqdarında cərimə edilməli İXM-nin 31.4-1ci maddəsi tətbiq edilərək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək inzibati qaydada tutulmasını nəzərə alıb, cəzası yüngülləşdirilməli, həmin Məcəllənin 535.1-ci maddəsi ilə, 100 (bir yüz) manat cərimə cəzası saxlamağı əsaslı və məqsədə müvafiq hesab edir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 510-cu maddəsinə əsasən 50 manat, İXM-nin 535.1-ci maddəsinə əsasən 200 manat miqdarında cərimə edilsin İXM-nin 31.4-1-ci maddəsi tətbiq edilərək həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, 100 (bir yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-131/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-131/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver