Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-132/2024 06.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Hakim köməkçisi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, Protokol tərtib edən orqan,Lerik RPŞnin YPX-nin inspektoru polis serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, iştirakı ilə, xx.xx.1986-ci ildə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsində yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-cu, və 342.5-ci maddələri ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: xx.xx.2024-cü il tarixli İXP ******* saylı protokolundan görünür ki, Şəxs 03 iyun 2024-ci il tarixində saat 22:30-da idarə etdiyi TOYOTA PİRİUS markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkaran-Lerik yolununda işıq sistemindən eyni zamanda avtomobilin yanı tam bağlandığı üçün saxlanılmış, yoxlama zamanı avtomobili sərxoş vəziyyətdə idarə etməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5 və 333-1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda göstərilən xətanı törətdiyini etiraf edərək ilk dəfə inzibati xəta törətdiyini və əməlindən peşiman olduğunu bildirməklə barəsində yüngül inzibati tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Lerik RPŞ-nin Lerik RPŞnin YPX-nin inspektoru polis serjantı X4 izahatında göstərdi ki, 03 iyun 2024-ci il tarixində saat 22:30-da Şəxs idarə etdiyi TOYOTA PİRİUS markalı **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Lənkaran-Lerik yolununda işıq sistemi nasaz olduğu üçün saxlanılmış, və avtomobilini sərxoş və pisxotrop maddələrin təsiri altında idarə etdiyi müyəyyən olunmuşdur. İş materiallarında olan Lerik RPŞnin İTB-nin sahə rəisi polis mayoru X1 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 07:10-də inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-ci il tarixli «Sərxoşluq hallarının bütün növlərinin təyini məqsəsi ilə aparılan tibbi müayinə protokolundan» görünür ki, Şəxs tibbi müayinədən keçirilmiş sidiyində narkotik vasitə olan Konnobinoid aşkarlanmışdır. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyəti yüngülləşdirən haldır.Bundan başqa onun xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək inzibati qaydada tutulmasını nəzərə alıb, cəzası yüngülləşdirilməlidir. İnzibati xəta törətmiş şəxs Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci madəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.2-ci madəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-ci madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta haqqında xx.xx.2024-ci il tarixli İXP ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 342.5 və 333-1.1-ci maddələrinin tərkibi vardır və və o, Azərbaycan Respublikası İXM-nin 342.5 maddəsi ilə təqsirli bilinərək 50 manat, 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat miqdarında cərimə edilməli İXM-nin İXM-nin 34.3-cü maddəsi tətbiq edilərək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək inzibati qaydada tutulmasını nəzərə alıb, cəzası yüngülləşdirilməli, həmin Məcəllənin 333-1.1-ci maddəsi ilə, 300 (üç yüz) manat cərimə cəzası saxlamağı əsaslı və məqsədə müvafiq hesab edir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 342.5 maddəsi ilə təqsirli bilinərək 50 manat, 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat miqdarında cərimə edilsin. İXM-nin 34.3-cü maddəsi tətbiq edilərək xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək inzibati qaydada tutulmasını nəzərə alıb, cəzası yüngülləşdirilsin və həmin Məcəllənin 333-1.1-ci maddəsi ilə, 300 (üç yüz) manat miqdarında cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-132/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-132/2024
06.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver