Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-133/2024 07.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Hacızadə Emin Rüfət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs və onun müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili Vəkil, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru – X11 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Lerik rayonu, Bırkandul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lerik rayonu, Bırkandul kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X15 tərəfindən tərtib edilmiş 07 iyun 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X15 izahatında bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-2598/2019 nömrəli icra sənədinə əsasən mübahisəli “Chevrolet Niva GLS” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşının X1 barədə 03 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alqı-satqı müqaviləsi əsasında daşınar əmlakın rəsmi reyestrində aparılmış qeydiyyat ləğv edilməli və tərəflər əvvəlki vəziyyətə gətirilməli, mübahisəli “Chevrolet Niva GLS” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşın cavabdeh Şəxs alınaraq iddiaçı X5 qaytarılmalıdır. İcra sənədi 2020-ci il tarixdə icra şöbəsinin icraatına daxil olmuş, tərəflər arasında razılıq olduğundan tələbkar notarial qaydada təsdiq olunmuş ərizə ilə icra şöbəsinə müraciət edərək icra sənədinin icra olunmadan geri qaytarılmasını xahiş etmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə icra məmurunun qərarı ilə icra sənədi üzrə icraata xitam verilmişdir. Daha sonra tələbkar icra sənədinin yenidən icraya qaytarılması üçün ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmiş və məhkəmə icra sənədinin icrasına xitam verilməsi barədə qərarı ləğv edərək icra sənədini yenidən icra olunması üçün Lerik rayon İcra və Probasiya şöbəsinə göndərmişdir. İcra sənədi xx.xx.2023-cü il tarixdə yenidən icra şöbəsinin icraatına daxil olmuş, lakin mübahisəli “Chevrolet Niva GLS” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşının tələbkara verilməsi mümkünsüz olmuşdur. Belə ki, mübahisəli “Chevrolet Niva GLS” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşının tələbkar X5 qaytarılması məqsədilə icra sənədi üzrə borclu Şəxs icra şöbəsinə çağrılmış və şöbədə borclu mübahisəli avtomaşınınalqı-satqı müqaviləsi əsasında uzun müddət əvvəl satıldığını və hazırda həmin avtomobilin harda olması barədə məlumatının olmadığını bildirmişdir. Tərəfindən xx.xx.2023-cü il tarixdə mübahisəli “Chevrolet Niva GLS” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşının axtarışa verilməsi barədə qərar qəbul edilərək icra edilməsi üçün BDYPİ-yə göndərilmişdir. Qeyd olunan avtomaşının axtarışa verilməsi barədə qərarın icra vəziyyəti və hazırda həmin avtomobilin hansı şəxsin mülkiyyətində olması barədə məlumat əldə etmək məqsədilə BDYPİ-yə xx.xx.2024-cü il tarixli məktub ünvanlamışdır. BDYPİ-dən xx.xx.2024-cü il tarixdə icra şöbəsinə daxil olmuş məktubda mübahisəli “Chevrolet Niva GLS” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşının xx.xx.2020-ci il tarixdə Şəxs adından qeydiyyatdan çıxarıldığı və bu səbəbdən avtomaşının axtarışa verilməsi barədə qərarın icrasının mümkün olmadığı bildirilmişdir. Məktuba əlavə olunmuş arayışdan həmin avtomaşın ** DU *** dövlət qeydiyyat nişanı ilə ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X13 tərəfindən idarə olunduğu, həmin avtomaşının alqı-satqı müqaviləsi əsasında X9 adına qeydiyyata alındığı müəyyən edilmişdir. Bundan sonra icra sənədinin icrası mümkün olmadığından qətnaməyə izah verilməsi ilə bağlı ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmiş, məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilməmiş və tövsiyyə olunmuşdur ki, icra sənədinin icrası mümkün olmadığından icra sənədi məhkəməyə geri qaytarıla bilər. Hazırda icra sənədi borclu tərəfindən icra olunmadığından borclu barəsində protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil əməldə inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-2598/2019 nömrəli icra sənədindən görünür ki, mübahisəli “Chevrolet Niva GLS” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşının X1 barədə 03 iyun 2016-cı il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, həmin alqı-satqı müqaviləsi əsasında daşınar əmlakın rəsmi reyestrində aparılmış qeydiyyat ləğv edilməli və tərəflər əvvəlki vəziyyətə gətirilməli, mübahisəli “Chevrolet Niva GLS” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşın cavabdeh Şəxs alınaraq iddiaçı X5 qaytarılmalıdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir (təqdim edilmişdir). İş materiallarına əlavə edilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X11 xx.xx.2023-cü il tarixli qərarından görünür ki, “Chevrolet Niva GLS” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşın axtarışa verilmişdir. İş materiallarına əlavə edilmiş borclu Şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə yazılmış izahatdan görünür ki, borclu mübahisəli avtomaşını uzun müddət əvvəl satdığını və hazırda həmin avtomobilin harda olması barədə məlumatının olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Baş Dövlət Yol Polisi İdarəsindən Lerik rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Chevrolet Niva GLS” markalı, ** BC *** (** MV ***) dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2020-ci il tarixdə Şəxs adından qeydiyyatdan çıxarıldığından avtomaşının axtarışa verilməsi barədə qərarın icrasının mümkün olmadığı bildirilmişdir. Məktuba əlavə edilmiş arayışa əsasən müəyyən olunur ki, Şəxs mülkiyyətində olmuş “Chevrolet Niva GLS” markalı, ** BC *** (** MV ***) dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2, həmin avtomaşına ** DU *** dövlət qeydiyyat nişanı verilmiş, daha sonra “Chevrolet Niva GLS” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X4, daha sonra isə “Chevrolet Niva GLS” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında X3 və hazırda adına qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-2598/2019 nömrəli qərardadından görünür ki, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6 Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)- 2598/2019 nömrəli icra sənədi əsasında verilmiş xx.xx.2019-cu il tarixli icra sənədinin mövcud vəziyyətdə icrası ilə bağlı izah verilməsinə dair ərizə ilə Şirvan Apellyasiya məhkəməsinə müraciət etmiş və məhkəmə kollegiyası qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilən icra sənədində tələb aydın, dəqiq və anlaşılan ifadələrdən istifadə etməklə göstərildiyindən ərizəni təmin etməmişdir. Həmin qərardadda kollegiya qeyd etməyi zəruri hesab etmişdir ki, işin müəyyən olunan halları icra sənədinin icrasının təmin olunmasını praktiki olaraq mümkünsüz etdiyindən, yəni icra sənədi üzrə borcludan alınaraq tələbkara qaytarılmalı olan nəqliyyat vasitəsi borclunun sahibliyindən çıxaraq bir neçə dəfə özgəninkiləşdirildiyindən və alıcıların hər biri vicdanlı alıcı olduğundan, icra məmuru “İcra haqqında” Qanunun 70.4-cü maddəsində nəzərdə tutulan hüquqdan istifadə edərək icra sənədini məhkəməyə qaytara, eyni zamanda icra sənədi üzrə tələbkara yetirilən zərərlə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğunu izah edə bilər. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. Məhkəmə iclasında araşdırılmış hallardan müəyyən edilmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)-2598/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs alınaraq tələbkar X5 qaytarılmalı olan “Chevrolet Niva GLS” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2, həmin avtomaşına ** DU *** dövlət qeydiyyat nişanı verilmiş, daha sonra “Chevrolet Niva GLS” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomaşın xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında X4, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən isə “Chevrolet Niva GLS” markalı, ** DU *** dövlət qeydiyyat nişanlı avtomaşın X3 və hazırda adına qeydiyyatdadır. Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X15 icra sənədi əsasında verilmiş xx.xx.2019-cu il tarixli icra sənədinin mövcud vəziyyətdə icrası ilə bağlı izah verilməsinə dair ərizə ilə Şirvan Apellyasiya Məhkəməsinə müraciət etmiş və məhkəmə kollegiyası qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilən icra sənədində tələb aydın, dəqiq və anlaşılan ifadələrdən istifadə etməklə göstərildiyindən ərizəni təmin etməmiş və həmin qərardadda qeyd etmişdir ki, işin müəyyən olunan halları icra sənədinin icrasının təmin olunmasını praktiki olaraq mümkünsüz etdiyindən, yəni icra sənədi üzrə borcludan alınaraq tələbkara qaytarılmalı olan nəqliyyat vasitəsi borclunun sahibliyindən çıxaraq bir neçə dəfə özgəninkiləşdirildiyindən və alıcıların hər biri vicdanlı alıcı olduğundan, icra məmuru “İcra haqqında” Qanunun 70.4-cü maddəsində nəzərdə tutulan hüquqdan istifadə edərək icra sənədini məhkəməyə qaytara, eyni zamanda icra sənədi üzrə tələbkara yetirilən zərərlə bağlı məhkəməyə müraciət etmək hüququnun olduğunu izah edə bilər. Göründüyü kimi Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(106)- 2598/2019 nömrəli icra sənədinə əsasən borclu Şəxs alınaraq tələbkar X5 qaytarılmalı olan “Chevrolet Niva GLS” markalı, ** MV *** dövlət qeydiyyat nişanlı avtomaşın borclunun sahibliyindən çıxaraq bir neçə dəfə özgəninkiləşdirildiyindən icra sənədinin icrası mümkün deyildir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.0.2, 48-51, 105.1, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-133/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-133/2024
07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver