Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-134/2024 08.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Musayev Hökməli Oktay oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis kapitanı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 08 iyun 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində Lənkəran-Lerik yolunun 30-cu kilometrində narkotik vasitənin təsiri altında səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli, 000813 nömrəli protokoldan görünür ki, Şəxs sidiyində kannobinoid aşkar edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 03:50-də inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, təqdim olunmuş raporta əsasən xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri X5, X3 və X10 birlikdə Lənkəran-Lerik yolunun 30-cu kilometrində xidmətdə olduqları zaman Lerik RPŞnin DYP-nin YPX-nin inspektoru, polis serjantı Fazil İmanovun “X14” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilləri saxladıqlarını görmüşlər. Onlar avtomobildən düşərək YPX-nin inspektoru F.İmanovdan kömək lazım olub-olmadığını soruşduqda həmin vətəndaşlar heç bir səbəb olmadan “Sizə nə, gedin işinizlə məşğul olun” deyə kobud cavab vermişlər və ucadan nalayiq söyüşlər söyməyə başlayaraq ətrafda olan insanların diqqətini özlərinə cəlb etməyə başlamışlar. Polis əməkdaşları həmin şəxsləri nizam-intizama dəvət etsələr də, həmin şəxslər öz hərəkətlərini davam etdirərək polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışlar. Buna görə də həmin şəxslər Lerik RPŞ-ə gətirilmiş, şöbədə həmin şəxslərin Ucar şəhər sakinləri X4, Şəxs və X12 olduğu müəyyən olunmuşdur. Bundan əlavə, həmin şəxslərin davranışlarında narkotik sərxoşluğun əlamətləri müşahidə olunmuş və şifahi sorğu zamanı həmin şəxslər narkotik vasitə istifadə etdiklərini etiraf etmişlər. Buna görə də onlar Lənkəran rayonlararası Narkoloji xəstəxanasında müayinədən keçirilmişlər, müayinə zamanı hər üç şəxsin narkotik vasitə olan marixuana istifadə etdikləri müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə tanışları X4 və X12 ilə Lerik rayonuna istirahətə gelmişlər. Lerik rayonun müxtəlif gəzməli və görməli yerlərini gəzdikdən sonra xx.xx.2024-cü il tarixdə, saat təxminən 22-23 radələrində Lənkəran-Lerik avtomobil yolunda hərəkətdə olan zaman Lerik RPŞ-nin DYPB-nin əməkdaşları avtomobili saxlamışlar. Bu zaman üç nəfər şəxs də hadisə yerinə gəlmişlər. Həmin şəxlər mülki geyimdə olduqlarından onların polis əməkdaşları olduqlarını bilməmişlər. Bu səbəbdən həmin şəxslərin ora gəlməsi onlarda narazılıq yaratmış və əsəbləşərək bir neçə kobud ifadə səsləndirmişlər. Polis əməkdaşları onları intizamlı olmağa dəvət etsələr də, onlar iradlara məhəl qoymayaraq sakitləşməmişlər. Daha sonra polis əməkdaşları onu və tanışlarını polis şöbəsinə aparmışlar. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında çoxdan narkotik vasitə qəbul etdiyini, aludəçisi olmadığını, əməlindən səmimi peşman olduğunu, himayəsində azyaşlı uşağının olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin CAB-in əməliyyat müvəkkili, polis kiçik leytenantı X10 izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində Lerik RPŞ-in CAB-in əməliyyat müvəkkili, polis leytenantı X3, polis leytenantı X5 ilə birlikdə Lənkəran-Lerik yolunun 30-cu kilometrində xidmətdə olduqları zaman Lerik RPŞ-in DYP-in YPX-in inspektoru, polis serjantı Fazil İmanovun “X14” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilləri saxladığını görmüşlər. Onlar avtomobildən düşmüş və YPXnin inspektoru F.İmanovdan köməklik lazım olub-olmadığını soruşduqda, həmin vətəndaşlar heç bir səbəb olmadan “Sizə nə, gedin işinizlə məşğul olun” deyə kobud cavab vermişlər və səs-küy salmağa başlayaraq ətrafda olan insanların diqqətini özlərinə cəlb etməyə başlamışlar. Onlar dəfələrlə həmin şəxsləri nizam-intizama dəvət etsələr də, həmin şəxslər öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmamışlar. Buna görə də həmin şəxslər Lerik RPŞ-yə gətirilmişdir. Polis şöbəsində həmin şəxslərin Ucar şəhər sakinləri X4, Şəxs və X12 olduğu müəyyən olunmuşdur. Bundan əlavə, həmin şəxslərin davranışlarında narkotik sərxoşluğun əlamətləri müşahidə olunmuş və şifahi sorğu zamanı həmin şəxslər narkotik vasitə istifadə etdiklərini etiraf etmişlər. Buna görə də onların Lənkəran rayon Narkoloji xəstəxanasında müayinədən keçirilmişlər, müayinə zamanı hər üç şəxsin narkotik vasitə istifadə etdikləri müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri X5 və X3 şahid X6 izahatı ilə eyni məzmunlu izahat vermişlər. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində Lerik RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri X3 və X10 birlikdə Lənkəran-Lerik yolunun 30-cu kilometrində xidmətdə olduqları zaman Lerik RPŞ-nin DYPnin YPX-nin inspektoru, polis serjantı Fazil İmanovun “X14” markalı, ** NM *** dövlət qeydiyyat nişanlı və “Toyota Prius” markalı, ** GE *** dövlət qeydiyyat nişanlı avtomobilləri saxladıqlarını görmüşlər. Onlar avtomobildən düşərək YPX-nin inspektoru F.İmanovdan kömək lazım olub-olmadığını soruşduqda həmin vətəndaşlar heç bir səbəb olmadan “Sizə nə, gedin işinizlə məşğul olun” deyə kobud cavab vermişlər və ucadan nalayiq söyüşlər söyməyə başlayaraq ətrafda olan insanların diqqətini özlərinə cəlb etməyə başlamışlar. Onlar həmin şəxsləri nizam-intizama dəvət etsələr də, həmin şəxslər öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə tabe olmamışlar. Buna görə də həmin şəxslər Lerik RPŞ-ə gətirilmiş, şöbədə həmin şəxslərin Ucar şəhər sakinləri X4, Şəxs və X12 olduğu müəyyən olunmuşdur. Bundan əlavə, həmin şəxslərin davranışlarında narkotik sərxoşluğun əlamətləri müşahidə olunurdu və şifahi sorğu zamanı həmin şəxslər narkotik vasitə istifadə etdiklərini etiraf etdilər. Buna görə də onların Lənkəran rayon Narkoloji xəstəxanasından müayinədən keçirilməsi zərurəti yaranmışdır. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00 radələrində Lənkəran-Lerik yolunun 30-cu kilometrində narkotik vasitənin təsiri altında səs-küy salaraq polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33.1.7-ci maddəsinə əsasən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi ağırlaşdıran hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs inzibati qaydanı pozan zaman sərxoş olması ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin 10 (on) gün müddətinə tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 07 iyun 2024-cü il tarixdən, saat 03:50-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 07 iyun 2024-cü il tarixdən, saat 03:50-dən hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-134/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-134/2024
08.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver