Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-134/2025 04.06.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNX-nin Cənub Regional DYNİ-nin nümayəndəsi X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1969-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lerik rayonu, Lüləkəran kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti Cənub regional X11 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 08 aprel 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən əldə olunmuş KY252296149 saylı çıxarış və “Yanğın-texniki müayinənin aparılması haqqında” 1902 nömrəli qərara əsasən “Ruslan Palace” şadlıq sarayının sahibi Şəxs xx.xx.2025-ci il tarixdə şadlıq sarayında yanğın-texniki müayinəsi keçirilməsinə şərait yaratmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNX-nin Cənub Regional DYNİ-nin nümayəndəsi X8 izahatında bildirmişdir ki, idarənin əməkdaşları Lerik şəhəri, V.Mürsəlov küçəsində yerləşən “Ruslan Palace” şadlıq sarayında əvvələr yoxlama keçirmiş, həmin vaxt obyektdən onlara obyektin sahibinin X7 olduğu bildirilmiş, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə də onun adı qeyd edilmişdir. Daha sonra yoxlama keçirilən zaman həmin vaxt obyektdən onlara obyektin sahibinin X7 deyil, Şəxs olduğu bildirilmiş, bu səbəbdən də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”nə də onun adı qeyd edilmişdir. Reyetrə də məlumat ilin əvvəlindən daxil edildiyindən obyektin sahibi kimi Şəxs adı qeyd edilmişdir. 04-08 aprel 2025-ci il tarixləri aralığında Lerik şəhəri, V.Mürsəlov küçəsində yerləşən “Ruslan Palace” şadlıq sarayında yoxlamanın həyata keçirilməsi üçün getmişlər, Aslan Hüseynovla əlaqə saxlamışlar, lakin həmin şəxs onlara obyektin bağlı olduğunu bildirmişdir. Onlar həmin şəxsə bir gün əvvəl obyektdə toy olduğunu bildirmişlər, bundan sonra X7 obyektdə müayinənin keçirilməsinə maneəçilik törədərək şadlıq sarayında yanğın-texniki müayinəsi keçirilməsinə şərait yaradılmamışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında onun adına açılmış VÖEN-in bağlı olduğunu, adına heç bir əmlak olmadığını, “Ruslan Palace” şadlıq sarayının sahibi olmadığını, orda baş masadar kimi işlədiyini, həmçinin yoxlama keçirilən zaman xəstə olduğunu, işdə olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs inzibati xəta törədilməsinə aidiyyəti olmadığından inzibati xəta haqqında iş üzrə başlanılmış icraata xitam verilməlidir. Belə ki, iş materialına əlavə edilmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X11 Xidməti Cənub regional X11 İdarəsinin yanğın-texniki müayinənin aparılması haqqında 02 aprel 2025-ci il tarixli, 1902 saylı qərarından görünür ki, Şəxs (VÖEN:**********) məxsus “Ruslan Palace” şadlıq sarayında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək yanğın-texniki müayinənin aparılması ilə bağlı planlı yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY252296149 saylı xx.xx.2025-ci il tarixli çıxarışın surətindən görünür ki, Şəxs barəsində yoxlama xx.xx.2025-ci il tarixdə başlamış, xx.xx.2025-ci il tarixdə bitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNXnin Cənub Regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru d/x kapitanı X8, həmin şöbənin inspektoru d/x mayoru X6 və həmin şöbənin inspektoru d/x kapitanı X1 iştirakı ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli imtina aktından görünür ki, xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixli 1902 nömrəli qərar əsasında Lerik şəhəri, V.Müslümov küçəsində yerləşən “Ruslan Palace” şadlıq sarayında plandankənar yoxlama keçirmək üçün obyektə getmişlər. Şadlıq sarayının giriş qapılarının bağlı olduğunu görüb obyektin sahibi X7 ilə telefon əlaqəsi saxlayaraq ona plandankənar yanğın-texniki müayinənin keçirilməsinə şərait yaradılması ilə əlaqədar məlumat verilmişdir. Obyektin sahibi obyektin fəaliyyət göstərmədiyini bildirmişdir. Ona xx.xx.2025-ci il tarixdə şadlıq sarayında toy mərasiminin olduğunu və bununla əlaqədar videomaterialın mövcudluğu bildirilmişdir. Obyektin sahibi X7 yoxlama keçirtməyə şərait yaratmayacağını bildirdi. Odur ki, obyekt rəhbəri yoxlama keçirməyə şərait yaratmsadığından yanğın texniki müayəinə keçirmək mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumatdan görünür ki, Lerik rayonu, Malik Baxışov küçəsində yerləşən “Ruslan Palace” şadlıq sarayı vergi fərdi sahibkar X4 (VÖEN: **********) məxsusdur. Eyni zamanda aparılan araşdırmalar zamanı müraciətdə adı qeyd olunan Şəxs (VÖEN **********) “Ruslan Palace” şadlıq sarayında baş xidmətçi vəzifəsində işlədiyi müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən Şəxs verilmiş məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixli ərizənizə əsasən fəaliyyətinizin xx.xx.2023cü il tarixdən xx.xx.2028-ci il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Şəxs adına Respublika ərazisi üzrə daşınmaz əmlakın mövcudluğuna dair daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Lerik RMX PHŞ Blaband kənd həkim məntəqəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 151 nömrəli arayışdan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdən müayinə və müalicə üçün Blaband kənd həkim məntəqəsindən ambulator şəraitdə müalicə almışdır. Məhkəmə qeyd edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə protokol tərtib edilsə də, onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə aidiyyəti olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı protokola əlavə edilmiş sənədlərdən və proses iştirakçılarının məhkəmə iclasında vermiş olduğu izahatlarından müəyyən edilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən əldə olunmuş KY252296149 saylı çıxarış və “Yanğın-texniki müayinənin aparılması haqqında” 1902 nömrəli qərarda Lerik şəhəri, V.Mürsəlov küçəsində yerləşən “Ruslan Palace” şadlıq sarayının sahibinin Şəxs olduğu qeyd olunsa da, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məlumatda “Ruslan Palace” şadlıq sarayının fərdi sahibkar X4 (VÖEN: **********) məxsus olduğu, Şəxs isə “Ruslan Palace” şadlıq sarayında baş xidmətçi vəzifəsində işlədiyi, eləcə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNX-nin Cənub Regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru d/x kapitanı X8, həmin şöbənin inspektoru d/x mayoru X6 və həmin şöbənin inspektoru d/x kapitanı X2 iştirakı ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli imtina aktında da idarənin əməkdaşlarının “Ruslan Palace” şadlıq sarayında plandankənar yoxlama keçirmək üçün obyektə getdikləri, şadlıq sarayının giriş qapılarının bağlı olduğunu görüb obyektin sahibi X7 ilə telefon əlaqəsi saxlayaraq ona plandankənar yanğın-texniki müayinənin keçirilməsinə şərait yaradılması ilə əlaqədar məlumat verdiklərini, obyektin sahibi X3 yoxlama keçirtməyə şərait yaratmadığını qeyd etmişlər. Göründüyü kimi inzibati xəta haqqında protokol inzibati xəta törədilməsinə aidiyyəti olmayan şəxs barəsində tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə məsuliyyəti müəyyən edir. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 3cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. (İXM-8.2) İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. (8.3) Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (84.2) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, Şəxs İXM-in 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə aidiyyəti müəyyən edilmədiyindən o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə aidiyyəti olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 105, 114, 115 və 602.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-134/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-134/2025
04.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver