Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 3(048)-135/2024 14.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Hacızadə Emin Rüfət oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 329.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 15:58 radələrində Lənkəran-Lerik yolunun 30-cu kilometrində “X2” markalı, ** NM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən YPX əməkdaşları tərəfindən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə saxlanılmış, yoxlama zamanı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən onun nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etdiyi müəyyən edilmişdir. Həmin faktla bağlı Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 333-1.1 və 329.3-cü maddələri ilə xx.xx.2024-cü tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs vəsatətlə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşadığından barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri baxılması üçün aidiyyəti üzrə Ucar Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 329.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati material aidiyyəti üzrə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşadığından və məhkəməyə vəsatət təqdim edərək işin onun yaşadığı yeri üzrə Ucar Rayon Məhkəməsinə göndərilməsini xahiş etdiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-nin 333-1.1 və 329.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Ucar Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1 və 329.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati material aidiyyəti üzrə baxılması üçün Ucar Rayon Məhkəməsinə göndərilsin. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-135/2024
Lerik Rayon Məhkəməsi Qərardad — İş №3(048)-135/2024
14.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver