Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-138/2025 19.06.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X8, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1955-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lerik rayonu, Çeşman kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Lənkəran-Astara Regional şöbəsi tərəfindən tərtib olunmuş protokola və ona əlavə edilmiş materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Lənkəran-Astara Regional şöbəsi tərəfindən tərtib edilmiş 20 may 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materialda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2025-ci il tarixli, 3-17-5/3-2-264/2025 nömrəli əmri ilə yaradılmış təhqiqat komissiyası tərəfindən xx.xx.2025-ci il tarixində "xxxx" ASC-nin Cənub RETSİ-nin X7 elektrik montyoru X9 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin araşdırması başa çatmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, “Azərişıq" ASC-nin Cənub RETSİ-nin X7 paylayıcı şəbəkənin ustası Şəxs xx.xx.2025-ci il tarixdə 7 nömrəli naryada əsasən işlərin aparılması üzrə iş icraçısı olaraq "xxxx" ASC-nin X17 Təchizatı və Satışı İdarəsinin rayon elektrik şəbəkələrində çalışan ustanın vəzifə təlimatının 6-cı bəndinin (elektrik avadanlıqlarının saz vəziyyətdə istismar olunmasını təmin etmək, qəzaları vaxtında aradan qaldırmaq, sənədləşməni düzgün və dəqiq aparmaq, tabeliyində olan işçi heyətinin təhlükəsizliyini təmin etmək), 9-cu bəndinin (tabeçiliyində olan işçilərin naryad əsasında işə başlamasını təmin etmək və Əməyin Mühafizəsi və X3, Texniki İstismar qaydalarından, habelə Qəza açılmaları ilə bağlı işçilərə təlimlər keçmək), 11-ci bəndinin (əməyin təhlükəsizliyini qanunvericilikdə müəyyən edilmiş qaydalar çərçivəsində təmin etmək) və 24-cü bəndinin (gündəlik, aylıq və rüblük təlimatların vaxtında keçirilməsi, avadanlıq və mühafizə vasitələrinin yararlı olmasına və onlardan düzgün istifadə olunmasına nəzarət etmək) tələblərinə riayət edilməməsi və Azərbaycan Respublikası Energetika Nazirliyinin Kollegiyasının 2024-cü il 29 may tarixli 3-15/3-1-1/2024 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası” Qaydalarının “7.İşlərin təhlükəsiz aparılması ilə bağlı məsuliyyət” bölməsinin “7.16.iş icraçısı aşağıdakılara cavabdehdir:” bəndinin “7.16.6” yarımbəndinin (özünün və briqada üzvlərinin işləri təhlükəsiz aparmasına) və “7.16.7” yarımbəndinin (briqada üzvlərinə daimi nəzarətin həyata keçirilməsinə) tələblərinə riayət edilməməsi səbəbindən briqada üzvü olan elektrik montyoru X15 xəsarət almışdır. Lerik rayon prokurorluğundan təqdim edilmiş xx.xx.2025-ci il tarixli 16-C-25 nömrəli məktubda X7 elektrik montyoru X9 xx.xx.2025-ci il tarixdə rayon ərazisində elektrik xətlərində iş görərkən gərginliyə düşərək xəsarət alması ilə bağlı rayon prokurorluğunda aparılmış araşdırna ilə bağlı məhkəmə-tibbi ekspertizasının təyin edildiyi və sənədə qoşma kimi təqdim edilmiş Lənkəran rayonlararası MTE və PA zona mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 20 nömrəli ekspert rəyində X9 bədəni üzərində-hər iki əl barmaqları, sol baldır, sol diz oynağı, nahiyələrinin ll-lll dərəcəli termiki yanığının aşkar edildiyi, qeyd olunan xəsarətlərin yüksək hərarətin termiki təsirindən törəndiyi, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə elektrik naqilinin partlaması zamanı əmələ gəldiyi, alovun təsirindən əmələ gələ bilməsinin istisna edilmədiyi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edildiyi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixdə 7 nömrəli naryada əsasən işlərin aparılması üzrə iş icraçısı "xxxx" ASC-nin Cənub RETSİ-nin X7 paylayıcı şəbəkənin ustası Şəxs tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində elektrik montyoru X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edildiyi halı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən orqan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X16 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə 7 nömrəli naryada əsasən işlərin aparılması üzrə iş icraçısı "xxxx" ASC-nin Cənub RETSİ-nin X7 paylayıcı şəbəkənin ustası Şəxs tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində elektrik montyoru X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Şəxs barəsində qanuna uyğun qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 16 fevral 2025-ci il tarixində 35/10 kV-luq Şingədulan y/stdan çıxan 3 saylı 10 kV-luq hava xəttində qüsur yaranmışdır. Bu məqsədlə o, X12 iş yerinə dəvət etmiş və bir yerdə xəttə baxış keçirmişlər. Bir neçə yerdən xətti parçalayaraq qüsuru bərpa edə bilmədiyindən məsləhətləşərək yarımstansiyada 3 saylı 10 kV-luq hava xəttinin şit ayrıcısından keçən izolyatorlarda çat ola biləcəyi qərarına gəlmişdir. Bu işi görməzdən əvvəl o, A.Əliyevlə birlikdə xx.xx.2025-ci tarixində saat 09:10-09:20 radələrində Şingədulan y/st-dan kənarda 3 kilometr məsafədə Yenoni kəndində yerləşən 4 saylı hava xəttinə aid “Ağçay” budaqlanmasında qırılmış şleyfi bağlamış və A.Əliyevin maşını ilə Şingədulan y/st-na gəlmişlər. Həmin işin görülməsi üçün o, telefon vasitəsi ilə A.Əliyevin yanından saat 09:10-da 4 saylı hava xəttinin açılmasını və iş icra olunduqdan sonra isə saat 09:20-də 4 saylı hava xəttinə gərginliyin verilməsi barədə stansiyada olan növbətçi elektrik montyoru N.Əkbərova göstəriş vermişdir. Saat 10:00 radələrində yarimstansiyaya çatdıqdan sonra 7 №-li naryad-buraxılışa əsasən 3 saylı hava xəttində yaranmış qüsuru bərpa etmək məqsədi ilə 3 və 2 saylı 10 kV-luq hava xətlərinin açılması üçün Nemət Əkbərova sərəncam verərək bu barədə baş mühəndis Ə.Şahbazova məlumat vermişdir. Şəxs xətt açılandan sonra A.Əliyevə sərəncam verərək bildirmişdir ki, xətt açıqdır. A.Əliyev dayağın yanına gələrkən həmin an ona zəng gəlmiş, həmin vətəndaşla danışa-danışa y/st-da şitlərin qabağına keçmiş, A.Əliyevin dayağa qalxdığını və onun dayaqda izolyatorun bağlayıb-bağlamamasını görməmişdir. Sonradan qışqırıq səsini eşitmiş və geri dönərək Aqil Əliyevin səhvən 4 saylı dayağa qalxaraq gərginliyə düşdüyünü hiss etmiş və ani olaraq 4 saylı 10 kV-luq hava xəttini açmışdır. Bir qədər sonra Aqil Əliyev tələsə-tələsə dayaqdan düşmüş və dərhal onu öz maşını ilə xəstəxanaya aparmaq qərarına gələrək baş mühəndis Ə.Şahbazova zəng vurmuş, Ə.Şahbazov onu təcili olaraq xəstəxanaya gətirilməsini və onları qarşılayacağını bildirmişdir. Ə.Şahbazov onları qarşıladığı yerdə öz maşınına götürmüş və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Yolda Ə.X18 yardıma zəng etmiş və Lənkəran Rayon Qurumba kəndi ərazisində X20 briqadası ilə rastlaşaraq A.X19 Yardım briqadasının maşınına qoymuşlar və özləri də onların arxasınca xəstəxanaya getmişlər. Xəstəxanada A.Əliyevə tibbi yardım göstərilmiş və daha sonra A.Əliyevi evinə aparmışlar. İnzibati xəta haqqında materiala əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş: “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 18-1-58/2-231/2025 nömrəli məktubdan görünür ki, Lerik rayonu, Molalan kənd sakini xx.xx.1990-cı il təvəllüdlü X9 16 02 2025-ci il tarixində “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin Təcili Yardım şöbəsinə və 17 02.2025-ci il tarixində poliklinika şöbəsinə “T22.2 Yuxarı ətrafın və çiyin qurşağı nahiyəsinin, bilək və əl istisna olmaqla İİ dərəcəli termiki yanığı” diaqnozu ilə müraciəti qeydə alınmışdır. Xəstə sarğı olunaraq xx.xx.2025-ci il tarixində isə X11 göndərişlə təmin olunmuşdur. Deməsinə görə iş yerində elektrik cərəyanı vurmuşdur. "xxxx" MMC-dən təqdim edilmiş xx.xx.2025-ci il tarixli 102 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü X15 xx.xx.2025-ci il tarixdə “Sol aşağı ətrafın elektro travması” diaqnozu ilə gətirilmiş, Təcili və X5 şöbəsində xəstəyə ilk yardım göstərilərək ixtisaslı həkim tərəfindən müvafiq müayinələrdən sonra stasionar şöbəyə yerləşdirilmişdir. X2 müayinə olunarkən onda alkoqollu içkilər, narkotik vasitələr, psixotrop, toksik və digər zəhərli maddələr aşkar olunmamışdır Vətəndaşın verdiyi məlumata əsasən yuxarıda sözü gedən xəsarəti Lerik rayonunda iş yerində almışdır. Xəstəyə "xxxx" MMCdə “Əmək qabiliyyətinin olmaması vərəqəsi” açılmamışdır. “Lerik Rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən təqdim edilmiş xx.xx.2025-ci il tarixli, 171 nömrəli məktubda göstərilmişdir ki, Lerik rayonu, Molalan kənd sakini X15 “hər iki əlin ll-lll dərəcəli elektrik yanığı” diaqnozu ilə xx.xx.2025-ci il tarixdən Lerik RMX-nın poliklinika şöbəsində ambulator müalicədədir və müalicəsi davam edir. Lerik Rayon Mərkəzi Xəstəxanasının A.Əliyevə verdiyi xx.xx.2025-ci il tarixli, ******* nömrəli əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, o xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək ambulator rejimdə müalicədə olmuşdur. “Məhkəmə-Tibbi Ekspertiza və X6” PHŞ-nin Lənkəran şəhər şöbəsindən təqdim edilmiş 21.02 2025-ci il tarixli 18 nömrəli məktubunda göstərilmişdir ki, X4 rayonlararası MTE və PA zona mərkəzində məhkəmə-tibbi ekspertizadan keçməmişdir. Lerik rayon prokurorluğundan təqdim edilmiş 25 04.2025-cı il tarixli, 16-C-25 nömrəli məktubda X7 elektrik montyoru X9 xx.xx.2025-ci il tarixdə rayon ərazisində elektrik xətlərində iş görərkən gərginliyə düşərək xəsarət alması ilə bağlı rayon prokurorluğunda aparılmış araşdırma ilə bağlı məhkəmə-tibbi ekspertizasının təyin edildiyi və sənədə qoşma kimi təqdim edilmiş Lənkəran rayonlararası MTE və PA zona mərkəzi tərəfindən təqdim edilmiş 10.04 2025-ci il tarixli 20 nömrəli ekspert rəyindən görünür ki, X9 bədəni üzərində-hər iki əl barmaqları, sol baldır, sol diz oynağı, nahiyələrinin ll-lll dərəcəli termiki yanığının aşkar edildiyi, qeyd olunan xəsarətlərin yüksək hərarətin termiki təsirindən törəndiyi, o cümlədən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə elektrik naqilinin partlaması zamanı əmələ gəldiyi, alovun təsirindən əmələ gələ bilməsinin istisna edilmədiyi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edildiyi qeyd edilmişdir. X7 7 nömrəli naryad-buraxılış vərəqindən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10:10-dan 17:00-a kimi X13 3 saylı 10 kV-luq hava xəttində yaranmış qüsuru aradan qaldırmaq və budama aparmaq işləri iş icraçısı "xxxx" ASC-nin Cənub RETSİ-nin X7 ustası Şəxs tərəfindən tapşırılmışdır. Məhkəmə iclasında aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, X7 elektrik montyoru A.Əliyev stansiyanın həyətində bir-birinə paralel istiqamətində 3 metr aralı olan 3 saylı dayağa qalxmaq əvəzinə gərginlik altında olan 4 saylı dayağa qalxmış, dayaqda olarkən izolyatoru aşağı traversə bərkitmiş və xətti açmaq üçün hava xəttinə yaxınlaşmaq istəyərkən nəticədə gərginlik altında olan cərəyan təsirinə məruz qalmış, Aqil Əliyev 3 saylı 10 kV-luq hava xəttinin dayağına çıxmaq əvəzinə səhvən 4 saylı 10 kV-luq hava xəttinin dayağına qalxmış, X7 ustası Şəxs 3 saylı hava xəttində yaranmış qüsuru bərpa etmək məqsədi ilə 3 və 2 saylı 10 kV-luq hava xətlərinin açılması üçün Nemət Əkbərova sərəncam vermiş, Şəxs xətt açılandan sonra A.Əliyevə sərəncam verərək xəttin açıq olduğunu bildirmiş, sonra A.Əliyev dayağın yanına gələrkən həmin an Şəxs telefonuna zəng gəldiyindən vətəndaşla danışa-danışa y/st-da şitlərin qabağına keçmiş və A.Əliyevin dayağa qalxdığını görməmiş, "xxxx" ASC-nin Cənub RETSİ-nin X7 paylayıcı şəbəkənin ustası Şəxs tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarının pozulması nəticəsində elektrik montyoru X1 uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurulmasına səbəb olmuşdur. Beləliklə inzibati materialda olan tədqiq edilmiş sənədlərlə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tam sübuta yetirilmişdir. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir; 198.3-cü maddəsinə əsasən bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-138/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-138/2025
19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver