Məhkəmə qərarları › İş №3(048)-14/2023

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-14/2023

24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-14/2023 24.01.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Böyük məsləhətçi Məmmədov Anar Musarza oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Tələbkar Rabitəbank ASC-in etibarnamə üzrə nümayəndsi Nümayəndə və Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1982-cı ildə Lerik rayonunun Veri-Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, Lerik rayonunun Veri-Əliabad kəndində qeydiyyatda olmaqla orada yaşayan, Lerik rayon Veri-Əliabad kənd orta məkətəbində müəllim işləyən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Lerik rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(048)-792/2021 saylı, xx.xx.2022-ci il tarixli 2(048)-39/2022 saylı və xx.xx.2022-ci il tarixli 2(048)-297/2022 saylı icra sənədlərinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclası zamanı Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında göstərdi ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(048)-792/2021 saylı saylı icra vərəqəsinə əsasən Şəxs 7535.27 manat borc və 100.92 manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ASC-in xeyrinə, Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(048)-39/2022 saylı icra vərəqəsinə əsasən 8786.72 manat borc və 108.62 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-in xeyrinə və Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(048)-297/2022 saylı icra vərəqəsinə əsasən Şəxs 1230.79 manat borc və 32.31 manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ASC-in xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədləri Lerik Rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkarlara göndərilmişdir. Hazırda borclu Şəxs icra məmurunun qanuni tələbindən yayınaraq məhkəmə qərarlarının icrasını təmin etməmiş və üzərində olan borc pulunu ödəməkdən yayınmışdır. Göründüyü kimi borclu icra qeydinin icrasını təmin etməyərək icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, həqiqətən də, Lerik Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(048)-792/2021 saylı saylı icra vərəqəsinə əsasən ondan 7535.27 manat borc və 100.92 manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ASC-in xeyrinə, Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(048)-39/2022 saylı icra vərəqəsinə əsasən 8786.72 manat borc və 108.62 manat ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" ASC-in xeyrinə və Lerik Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(048)-297/2022 saylı icra vərəqəsinə əsasən Şəxs 1230.79 manat borc və 32.31 manat ödənilmiş dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs ASC-in xeyrinə ödənilməsi qərara alınmışdır. Hazırda aliment öhdəliyi olduğundan banklara olan borcunu tam ödəyə bilmir. Ancaq borcunu hissə-hissə ödəyəcəkdir. Borcunu ödəməkdən yayınmır. Sadəcə hazırda maddi imkanı olmadığından borcu ödəyə bilmir. Söz verir ki, borcunu hissə-hissə ödəyəcəkdir.Göstərilənləri nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasınada tələbkar Rabitəbank ASC-in etibarnamə üzrə nümayəndsi Nümayəndə izahatında göstərdi ki, borclu Şəxslə dəfələrlə telefonla əlaqə saxlanılmış və banka olan borcunu ödəməsi ona bildirilsə də, lakin o borcunu ödəyə bilmədiyini bildirməklə borcu ödəməkdən imtina etmişdir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, cərimə növündə tənbeh tətbiq etməyi kifayət hesab etməyərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 24 yanvar 2023-cü il tarixdən saat 16:25-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar