Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-140/2024 10.06.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Hacızadə Emin Rüfət oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru – X3 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 10 iyun 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 izahatında bildirdi ki, Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(048)-346/2023 nömrəli icra sənədinə əsasən Şəxs ilə X4 arasında Lerik rayon qeydiyyat şöbəsində 227 sayla 27 noyabr 2008-ci il tarixdə qeyd edilmiş nikah qeydi pozulmalı, tərəflərin birgə nikahından olan xx.xx.2009-cu il tarixdə anadan olmuş X8 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 adlı uşaqların anası X1 yanında qalmaqla həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 verilməli, iddiaçı X4 tərəfindən mediasiya xidmətinə ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, zəruri icra tədbirləri görülmüş, borclunun əmlak vəziyyəti yoxlanılmış, hər hansı gəliri müəyyən edilməmişdir. İcra tədbirləri nəticəsində borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş və axtarışla gətirilmişdir. Borclu şəxs icra şöbəsinə xx.xx.2023-cü il tarixli ödəniş qəbzi təqdim edərək aliment borcudan 4000 manat ödəniş etdiyini bildirmişdir. Lakin tələbkar tərəflə əlaqə saxlanılmış, tələbkar tərəf isə borclu şəxslə birgə nikah dövründə torpaq sahəsi aldıqlarını və həmin 4000 manat ödənişin də aliment borcuna görə deyil həmin torpağın borclu tərəfindən satılmasından ona düşən hissənin pul məbləği olduğunu iddia edir. Bununla bağlı tələbkar torpağın sənədlərini icra şöbəsinə təqdim etmişdir. Tələbkar tərəf aliment borcundan heç bir ödəniş olunmadığını bildirir. Göstərilənləri nəzərə alaraq borclu barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında tələbkara aliment borcundan 4000 manat ödədiyini, birgə nikah dövründə onun adına torpaq sahəsi olsa da, həmin torpaq sahəsini 2023-cü il tarixdə sentyabr ayında satdığını, məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləğinin çox olduğunu, həmin məbləğlə razı olmadığını, heç bir yerdə işləmədiyini, hazırda aliment borcundan hər hansı bir məbləğdə ödəniş etməyə imkanının olmadığını bildirdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(048)-346/2023 nömrəli icra sənədindən görünür ki, Şəxs ilə X4 arasında Lerik rayon qeydiyyat şöbəsində 227 sayla 27 noyabr 2008-ci il tarixdə qeyd edilmiş nikah qeydi pozulmalı, tərəflərin birgə nikahından olan xx.xx.2009-cu il tarixdə anadan olmuş X8 və xx.xx.2014-cü il tarixdə anadan olmuş X6 adlı uşaqların anası X1 yanında qalmaqla həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə 200 manat olmaqla cəmi 400 manat sabit pul məbləğində aliment tutulub iddiaçı X2 verilməli, iddiaçı X4 tərəfindən mediasiya xidmətinə ödənilmiş 50 manat mediasiya xərci və 50 manat dövlət rüsumu cavabdeh Şəxs tutularaq iddiaçıya ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir (təqdim edilmişdir). İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs tapmaq mümkün olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, X5 hesabına 4000 manat pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan y/m, 5-ci kvartal, 87D saylı sahə xx.xx.2016-cı il tarixdə Şəxs adına qeydiyyata alınmışdır. Məhkəmə borclu tərəfindən aliment borcundan 4000 manat məbləğində ödəniş edilməsi barədə təqdim etdiyi qəbzə münasibətdə bildirir ki, alimentin tutulmasına dair məhkəmə qətnaməsi xx.xx.2023-cü il tarixdə qəbul edilmiş, icra sənədi xx.xx.2023-cü il tarixdə icra şöbəsinin icraatına daxil olmuş, borclu tərəfindən iddia olunan aliment borcundan 4000 manat məbləğində ödəniş isə məhkəmə qətnaməsi qəbul edildikdən 8 gün sonra yəni xx.xx.2023-cü il tarixdə ödənilmişdir. Aliment məbləğinin aylıq ödənilməsi nəzərdə tutulduğundan, eləcə də məhkəmə qətnaməsinin qəbulundan 8 gün sonra borclu tərəfindən 4000 manat məbləğində pulun aliment borcuna ödənilməsi inandırıcı hesab edilmir. Bundan əlavə icra məmuru izahatında tələbkar tərəflə əlaqə saxladığını, tələbkar tərəf isə borclu şəxslə birgə nikah dövründə torpaq sahəsi aldıqlarını və həmin 4000 manat ödənişin də aliment borcuna görə deyil həmin torpağın borclu tərəfindən satılmasından ona düşən hissənin pul məbləği olduğunu iddia etdiyini bildirmişdir. Məhkəmə iclasında borcu şəxs də izahatında tələbkarla birgə nikah dövründə torpaq sahəsi əldə etdiklərini, həmin torpaq sahəsini 2023-cü ilin sentyabr ayında, yəni tələbkara 4000 manat ödəniş olunmamışdan bir müddət əvvəl satdığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə həmin 4000 manat pulun aliment borcuna ödənilməsini inandırıcı hesab etmir. Bundan əlavə borclu şəxs aliment borcundan sonuncu dəfə xx.xx.2023-cü il tarixdə ödəniş etdiyini, həmin tarixdən sonra heç bir ödəniş etmədiyini bildirmişdir. Göründüyü kimi Şəxs qanunvericiliyin qeyd olunan tələblərini pozaraq heç bir üzrlü səbəb olmadan icra sənədini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Borclu Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş və axtarışla gətirilmişdir. Borcluya ödəniş edilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, üzürsüz səbəbdən öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, Şəxs məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədində göstərilən aliment məbləğini heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 10 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 10 iyun 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-140/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-140/2024
10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver