Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-146/2025 30.05.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Lerik RPŞ-nin sahə inspektoru, polis baş leytenantı X9, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Lerik şəhəri, Şıxəli Qurbanov küçəsində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 30 may 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:20 radələrində Lerik rayonu, Nizami küçəsində “Elvin” şadlıq sarayının qarşısında yüksək səslə qeyri-etik ifadələr işlədərək mübahisə etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 29 may 2025-ci il tarixli, 41 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 05:35-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Lerik Rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, müayinə zamanı 1996-cı il təvəllüdlü Şəxs spirtli içki qəbul etməsi nəticəsində orta dərəcəli sərxoşluq aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis baş leytenantı X17 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, təqdim olunmuş raporta əsasən xx.xx.2025-ci il tarixdə, saat 02:20 radələrində Lerik RPŞ-nin PPXB-nin taqım komandiri, polis leytenantı X2 RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X11 və polis baş serjantı X4 ilə birlikdə Lerik rayonu, Nizami küçəsində xidməti avtopatrulla hərəkətdə olduqları zaman “Elvin” şadlıq sarayının kafesinin qarşısında 4 nəfər şəxsin ictimai yerdə yüksək səslə qeyri-etik ifadələr işlədərək mübahisə etdiklərini və ictimai asayişi kobud şəkildə pozduqlarını müşahidə etmişlər. Polis əməkdaşları həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək, onları dəfələrlə nizam-intizama dəvət etsələr də, həmin şəxslər öz əməllərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmamışlar, bu səbəbdən həmin şəxslərin Lerik RPŞ-yə gətirilmələri təmin edilmişdir. Növbətçi hissədə mübahisə edən şəxslərin Lerik rayon sakinləri X18, X6, Şəxs və Lerik rayon Zərdəbərə kənd sakini X5 olduqları müəyyən olunmuşdur. Bu səbəbdən barələrində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək əməlindən səmimi peşman olmasını, İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X11 izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat 02:20 radələrində Lerik RPŞ-nin PPXB-nin taqım komandiri, polis leytenantı X15 və polis baş serjantı X4 ilə birlikdə Lerik rayonu Nizami küçəsində xidməti avtopatrulla hərəkətdə olduqları zaman “Elvin” şadlıq sarayının kafesinin qarşısında 4 nəfər şəxsin ictimai yerdə yüksək səslə qeyri-etik ifadələr işlədərək mübahisə etdiklərini və ictimai asayişi kobud şəkildə pozduqlarını müşahidə etmişlər. Onlar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək, onları dəfələrlə nizam-intizama dəvət etsələr də, həmin şəxslər öz əməllərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmadıqları üçün Lerik RPŞ-yə gətirilmələri təmin edilmişdir. Növbətçi hissədə mübahisə edən şəxslərin Lerik rayon sakinləri X18, X6, Şəxs və Lerik rayon Zərdəbərə kənd sakini X5 olduqları müəyyən olunmuşdur. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Lerik RPŞ-nin PPXB-nin taqım komandiri, polis leytenantı X15 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 02:20 radələrində Lerik RPŞ-nin PPXB-nin polis nəfəri polis kiçik serjantı X12 və polis baş serjantı X4 ilə birlikdə Lerik rayon Nizami küçəsində xidməti avtopatrulla hərəkətdə olduqları zaman “Elvin şadlıq sarayının” kafesinin qarşısında 4 nəfər şəxsin ictimaı yerdə yüksək səslə qeyri etik ifadələr işlədərək mübahisə etdiklərini və ictimai asayişı kobud şəkildə pozduqlarını müşahidə ediblər. Vətəndaşlara yaxınlaşıb özlərini təqdim edərək, onları dələlərlə nizam-intizama dəvət etsələrdə öz əməllərini davam etdirərək polisin qanuni tələblərinə tabe olmadıqları üçün Lerik RPŞ-nə təmin edilmişdir. Növbətçi hissədə məlum oldu ki, mübahisə edən şəxslər Lerik rayon sakinləri X18, X6, Şəxs və Lerik rayon Zərdəbərə kənd sakini X3r. Onları sakitləşdirməyə çalışan şəxslər isə Lerik rayon sakinləri X7, X13 və X8 olmuşdur. Lerik RPŞ-nin inzibati binasının həyətində olan zaman X1 Özal Azad oğlunun sağ qaş nahiyəsinə yumruq zərbəsi endirərək xəsarət yetirmişdir. İş materiallarında olan videgörüntüyə məhkəmə iclasında tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı Şəxs Lerik rayonu, Nizami küçəsində “Elvin” şadlıq sarayının qarşısında yüksək səslə qeyri-etik ifadələr işlədərək polisin qanuni tələblərinə tabe olmadığı müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 00:20 radələrində Lerik rayonu, Nizami küçəsində “Elvin” şadlıq sarayının qarşısında yüksək səslə qeyri-etik ifadələr işlədərək və polisin qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən səmimi peşman olmasını və İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını məsuliyyətini yüngülləşdirilən hal kimi nəzərə alır. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin Şəxs xx.xx.2025-ci il tarixdən (saat 05:35-də) inzibati qaydada tutulduğunu, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, ona tətbiq olunmuş cərimə inzibati tənbehin həddi 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-146/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-146/2025
30.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver