Məhkəmə qərarları › İş №3(048)-157/2023

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-157/2023

06.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-157/2023 06.09.2023 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 və inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş şəxs X6 iştirakları ilə, xx.xx.1969-cu ildə Lerik rayon Bilnə kəndində anadan olan, Azaərbaycan Respublikasının vətəndaşı, ailəli, Lerik RMX-da işləyən, Lerik rayon Bilnə kəndində qeydiyyatda olmaqla orada yaşayan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Qida X2 Regional Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının Qida X2 X5 böyük məsləhətçisi X9 tərəfindən X4 Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 25 may 2023-cü il tarixli MN № ******* saylı protokol tərtib edilmişdir. Tərtib edilmiş 25 may 2023-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, X3 rayonu 22-ci km-də fəaliyyət göstərən “Çənlibel” İstirahət Mərkəzi istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməsinə şərait yaratmamış nəticədə X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. Sözügedən protokol Lerik Rayon Məhkəməsinə daxil olmuş və Lerik Rayon Məhməsinin 20 iyun 2023-cü il tarixli qərarı ilə X4 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Qida X2 X5 rəisi Xalid Ələkbərli tərəfindən Lerik Rayon Məhməsinin 20 iyun 2023-cü il tarixli qərarından apelyasiya şikayəti vermiş və Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(106)-313/2023 sayı qərarı ilə apelyasiya şikayəti təmin edilməklə Lerik Rayon Məhməsinin 20 iyun 2023-cü il tarixli 3 (048)-157/2023 saylı qərarı ləğv olunmuş və X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə barəsində olan inzibati xəta haqqında iş yenidən baxılmasıLerik Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X8 məhkəmə iclası zamanı inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, əvvəllər həmin obyeki işlətsə də 2022-ci ilin sentyabr ayından sözügedən İstirahət Mərkəzi ilə heç bir əlaqəsi yoxdur. Həmçinin vergi ödəyicisi kimi fəaliyyəti dayandırlmışdır. Həmçinin təqdim etdyi video diskdən də məlum olur ki, Agentliyin işçiləri tərəfindən obyektə baxış zamanı obyekdə təmir işləri gedir, heç bir müştəri qəbul olunmur.Odur ki, barəsində olan inzibati materialın icraatına xitam verilməsini xahiş edir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməməsi barədə vermiş olduğu izahatını inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu əməldən yaxa qurtarmağa yönəlmiş izahat kimi qəbul edir. Məhkəmə iclası zamanı izahat verən Azərbaycan Respublikasının Qida X2 X5 nümayəndəsi X11 göstərdi ki, 25 may 2023-cü il tarixdə X7 məxsus Lerik rayon 22-ci kmdə yerləşən “Çənlibel” İstirahət Mərkəzində AQTA əməkdaşları ilə birlikdə yoxlma keçirmək üçün qabaqcadan məlumatlandırlmış İstirahət Mərkəzinə getmişlər. Lakin mərkəzin sahibi E.Hacıyev tərəfindən yoxlamanın keçirilməsinə şərait yaradılmamışdır. Bu səbədən tərəflərindən akt tərtib edilmiş, həmçinin hadisə olduğu kimi video görüntüylə çəkilmişdir. Ona görə E.Hacıyev barəsində İXM-in 544.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərəfindən tərtib edilmiş iznibati xəta haqqında protokol qanuni və əsaslı olmaqla E.Hacıyev barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında 25 may 2023-cü il tarixli MN № ******* saylı protokolu, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, X4 əməlində Azərbaycan Respublikasının İXM-nin 544.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə QTA-in məhkəməyə təqdim etdiyi video diskə baxış keçirilən zaman müəyyən etdi ki, QTA-in əməkdaşlarının obyektə baxış keçirilərkən onlara şərait yaradılmır, mətbəxtin qapıs onların üzrəinə açılmır, onlara heç kim məhəl qoymur. Hətta Agentliyin işçiləri müəsisisənin sahibi Elxanla mobil telefonla əlaqə yaratsalar da müəssisə sahibi onlara hədə-qorxu qələrək onlara şərait yaratmır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X1 fəaliyyəti (VÖEN **********) ilə məşğul olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeydinə əsasən vəzifəli şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM 17-ci maddəsinin tələbinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Azərbaycan Respublikasının İXM 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati xəta törətmiş X4 hərəkətlərində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsiri-nin dərəcəsini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinin sanksiyasının həddi daxilində müəyyən miqdarda cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar