Məhkəmə qərarları › İş №3(048)-157/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-157/2025

01.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-157/2025 01.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X8, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 nümayəndələri X11 və X4 iştirakları ilə, X8 Azərbaycan Respublikasının Qida X5-X20 tərəfindən qəbul edilmiş 10 iyun 2024cü il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X12 Azərbaycan Respublikasının İXM-nin 220.3-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X12 məhkəməyə şikayət verərək Azərbaycan Respublikasının Qida X5-X20 tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Lerik rayonu Yuxarı Bilnə kəndində yaşayır, heç bir yerdə işləmir, himayəsində 3 azyaşlı uşağı vardır. O, ailəsini həyətində saxladığı toyuq-cücə, mal qara və bağında əkdiyi təsərrüfat məhsulları ilə dolandırır. Belə ki, may ayında Lerik rayon Polis şöbəsinin əməkdaşları onun həyətinə gələrək qanunsuz toyuq-cücə sağladığını ona bildirmişlər. O, isə polis əməkdaşlarına “şəxsi təsərrüfatında toyuq-cücə saxlamaq olmaz ki, bəs ailəsini necə dolandırsın” demişdir. Onlar şəxsi təsərrüfatında saxladığı toyuq-cücə ilə yaşayırlar. Polis əməkdaşları ona bildirmişlər ki, 30dan artıq toyuq saxlaya bilməzsən, əks halda barəndə cərimə tətbiq olunar. Bu səbəbdən onu Lerik RPŞ-yə gətirmişlər. O, şöbədə də onlara bildirmişdir ki, toyuq-cücənin kəsimi ilə məşğul deyildir, özü üçün saxlayıb böyüdür. Cücələr böyüyəndən sonra ehtiyacı olsa satıb digər ailə məsrəflərinə sərf edir. Hazırda isə heç bir toyuq-cücə kəsimi və satışı ilə məşğul deyil. Buna baxmayraq polis əməkdaşları onunla razılaşmamışlar. Ona görə də o, polis şöbəsindən müvafiq orqanlara şikayət etmişdir. Onu polisdən buraxandan sonra Qida Agentliyindən ünvanına məktub gəlmiş və onu agentliyə dəvət etmişlər. Orada da, o eyni sözləri demiş, onlara bildirmişdir ki, Qida təhlükəsizliyi haqqında qanunvericiliyin tələblərini pozmamışdır. Buna baxmayaq Lerik rayon Polis şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı protokol əsasında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 rəisi Xalid Ələkbərli tərəfindən barəsində əsassız olaraq 10 iyun 2025-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qəbul edilməklə o, İXM-in 220.3-cü maddisi ilə 400 (dörd yüz) manat cərimə olunmuşdur. O, hesab edir ki, barəsində qəbul olunmuş protokol və qərar əsassızdır. Belə ki, qərar Azərbaycan Respublikasının Qida X5-X20 tərəfindən elə tərtib olunmuşdur ki, xətanı necə törətməsi belə məlum olmur. Agentlik işçiləri də onun barəsində qərar qəbul edərkən heç bir sübut olmadığından qərara səthi yanaşmış və qərarın müəyyən etdi hissəsində oxunması mümkün olmayan cümlələrdən isitfadə etmişlər. Onun maddi imkanı yaxşı olmadığından sosial yardım almaqdan ötrü torpaq sahəsində buğda əkilməsi üçün VÖEN lazım olduğundan vergi orqanına müraciət etmiş və fiziki şəxs kimi onun üçün 2022-ci ildə VÖEN açılmışdır. Sonra sosial yadım ala bilmədiyinə görə VÖEN-i bağlatdırmışdır. May ayında polislər tərəfindən toyuq cücə saxlaya bilməyəcəyi ona bildirildikdə düşünmüşdür ki, VÖEN-i yenidən açdırsın, heç olmasa ailəsini dolandırmaq üçün sosial yardım alsın. Ona görə VÖEN-i aktivləşdirmişdir. Ancaq onun VÖEN-i toyuq-cücə istehsalı üçün nəzərdə tutulmamışdır. O, heç bir xəta törətməmiş, Qida təhlükəsizliyi haqqında qanunvericiliyin tələblərini pozmamış və həyətində ailəsini saxlamaq üçün toyuq-cücə saxlamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X12 şikayəti müdafiə edərək izahatında iki baş inəyinin olduğunu, onları sataraq min ədəd cücə aldığını, onları böyüdüb həm öz ailəsinin istifadəsi, həm də dən alınması üçün qohum-əqrəbasına satmaq üçün saxladığını, polislər reyd keçirən zaman həyətində 300-400 ədəd cücə olduğunu, qalanlarını isə qohum-əqrəbasına satdığını, X7 qeydiyyatının olmadığını bildirərək şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 nümayəndəsi X16 şikayətə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə X9 məxsus yaşayış sahəsində olan ilkin istehsal obyektinə baxış keçirilmiş, baxış zamanı onun cücələrin yetişdirilməsi ilə məşğul olduğu faktı aşkar edilmiş, bununla bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən vətəndaş X9 hüquq və vəzifələri izah olunmuş, X12 izahatında da həmin məhsulların müəyyən hissəsinin kommersiya məqsədilə satışı ilə məşğul olduğunu bildirmişdir. Daha sonra yığılmış sənədlər üzrə Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən X12 barəsində Azərbaycan Respublikası İXM-nin 220.2 və 202.3-cü maddələri ilə protokol tərtib edilmiş və qərar qəbul edilməsindən ötrü Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 göndərilmişdir. Azərbaycan Respublikasının Qida X5-X20 tərəfindən təqdim olunmuş sənədlərə ümumi baxış keçirildikdən sonra X12 barəsində Azərbaycan Respublikasının Qida X5-X20 tərəfindən Azərbaycan Respublikası İXM-nin 220.3-cü maddəsinin tələblərinə uyğun olaraq minimum həddə 400 (dörd yüz) manat məbləğində inzibati cərimə olunması barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və qərarını surəti X9 təqdim olunmuşdur. Nümayəndə əlavə olaraq izahatında bildirmişdir ki, vətəndaş məhkəmə iclasında izahatında bildirir ki, həmin məhsulların satışını həyata keçirir və ya keçirəcək, polisə əməkdaşları reyd keçirən zaman da izahatında həmin məhsulları yetişdirmək üçün ilkin istehsal obyekti tikdiyini, həmin məhsulları satış məqsədilə saxladığını bildirmiş, bu halda vətəndaş X7 qeydiyyata durmalı, həmin istehsal obyekti müəyyən şərtlərə cavab verməlidir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən qərarından şikayət verilən orqan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 nümayəndəsi X10 nümayəndə X11 izahatına uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, vətəndaş barəsində Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən tərtib olunmuş protokol X7 dəyərləndirilir, hər hansı bir uyğunsuzluq varsa, yəni vətəndaşın fəaliyyəti sahibkarlıq fəaliyyəti kimi qiymətləndirilməsə və yaxud ilkin istehsal müəsissəsi olmasa, o halda protokol geri qaytarılır. Vətəndaş min, iki min ədəd də cücə saxlaya bilər, lakin onun satışını həyata keçirirsə, dövlət xəstəliklərin qarşısını almaq üçün nəzarət tədbirləri həyata keçirir və sanitar-gigiyenik normalara əməl olunub-olunmadığı yoxlayılır. Vətəndaş İXM-nin 220.3-cü maddəsinə əsasən yəni ilkin istehsal müəssisəsi olaraq sanitar-gigiyenik normalara əməl etmədiyi üçün cərimə edilmişdir. Odur ki, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikasının Qida X5-X20 tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Lerik RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X18 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində Lerik RPŞ-nin İTB-nin polis nəfəri, polis baş serjantı Atif Ağayev və Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Özal Sultanzadə ilə birlikdə Lerik rayonu Yuxarı Bilnə kənd ərazisində xidmətdə olduqları zaman Lerik rayonu Bilnə kənd sakini X8 həmin yaşadığı ünvanda diri ev quşlarının satış məqsədilə saxladığı və qeydiyyatsız fəaliyyət göstərməsi barədə şifahi məlumat daxil olmuşdur. İş materiallarında olan X8 xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o ünvan 6ində yaşayır. ünvan 6 ərazisində yerləşən fərdi yaşayış evinin həyətində tövlə qismində obyekt tikmiş, təxminən 2-3 ay ay bundan öncə 1000 ədəd cücə və 35 ədəd ördək almış, onun alqı-satqısı və öz tədarükünü görmək üçün saxlamışdır. Hal-hazırda 100-150 arası cücə qalmışdır. Saxladığı cücə və ördəklərlə bağlı fərdi sahibkarlıqla əlaqədar hər hansı bir VÖEN-i yoxdur. Bundan əlavə Qida Təlükəsizlik İdarəsindən qeydiyyatdan keçməklə əlaqədar sənədi və sertifikatı yoxdur. Sağlamlıq haqqında arayış, dizefeksiya müqaviləsi, cücəni aldığı yerdən heç bir baytarlıq şəhadətnaməsi yoxdur. Cücə və ördəklərin saxlanılması və alqı-satqısı ilə bağlı hər hansı bir müvafiq orqana müraciət etməmişdir. İzahat öz sözləri ilə yazılmış, ucadan oxunmuş və doğruluğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Lerik RPŞ-nin İTB-nin polis sahə rəisi, polis leytenantı X18 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, X12 diri ev quşlarının satış məqsədi ilə saxlaması və qeydiyyatsız fəaliyyət göstərməsi, sanitar-texniki tələblərin pozulması faktı ilə bağlı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 220.3-cü maddələrinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X5-X20 tərəfindən X9 ünvanlanmış 03 iyun 2025-ci il tarixli, 3-44-8/2-S-1036/2025 nömrəli bildirişdən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2 və 220.3-cü maddələrinə əsasən Lerik rayon Polis Şöbəsi tərəfindən X12 barəsində xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 61.3-cü maddələrinə əsasən həmin inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün xx.xx.2025-ci il tarixdə, saat 09:50-də ünvan 3 ünvanında yerləşən Agentliyin X2 inzibati binasına gəlməsinin zəruriliyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X5-X20 tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X12 ev quşlarının yetişdirməsi ilə məşğul olması, Qida Təhlükəsizliyi qeydiyyatının mövcud olmaması və sanitar-gigiyena tələbləri pozulmaqla fəaliyyət göstərməsi faktı ilə bağlı Azərbaycan Respublikasının İXM-nin 220.2 və 220.3-cü maddələri ilə təqsirli bilinərək İXM-nin 220.3-cü maddəsinə əsasən 400 (dörd yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, X8 adına “Buğdanın becərilməsi” ilə bağlı VÖEN açılmışdır. İş materiallarında olan ünvan 6 ərazisində X9 məxsus fərdi yaşayış evinin həyətinə keçirilmiş baxış zamanı çəkilmiş videogörüntüyə tərəflərin iştirakı ilə məhkəmə iclasında baxış keçirilmiş və baxış zamanı X9 məxsus fərdi yaşayış evinin həyətində tövlə qismində tikili olduğu, həmin tövlədə ev quşlarını yetişdirməsi və saxlaması müəyyən edilmişdir. Məhkəmə iclasında aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Lerik RPŞnin İTB-nin sahə rəisi, polis leytenantı X18 xx.xx.2025-ci il tarixdə, saat 18:00 radələrində Lerik RPŞ-nin İTB-nin polis nəfəri, polis baş serjantı Atif Ağayev və Lerik RPŞ-nin PPXBnin polis nəfəri, polis kiçik serjantı Özal Sultanzadə ilə birlikdə Lerik rayonu Yuxarı Bilnə kənd ərazisində xidmətdə olduqları zaman Lerik rayonu Bilnə kənd sakini X8 yaşadığı ünvanda diri ev quşlarının satış məqsədilə saxladığı və qeydiyyatsız fəaliyyət göstərməsi faktı müəyyən edildiyindən X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2 və 220.3-cü maddələrinə əsasən protokol tərtib edilmiş, tərtib edilmiş protokol qərar qəbul edilməsindən ötrü Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 göndərilmiş və Azərbaycan Respublikasının Qida X5-X20 tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla X12 ev quşlarının yetişdirməsi ilə məşğul olması, Qida Təhlükəsizliyi qeydiyyatının mövcud olmaması və sanitar-gigiyena tələbləri pozulmaqla fəaliyyət göstərməsi faktı ilə bağlı Azərbaycan Respublikasının İXM-nin 220.2 və 220.3-cü maddələri ilə təqsirli bilinərək, İXM-nin 220.3-cü maddəsinə əsasən 400 (dörd yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Məhkəmə iş üzrə toplanmış və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 220.2 və 220.3cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinən X12 Azərbaycan Respublikasının Qida X5-X20 tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. X1 şikayətində göstərdiyi xüsusatlar, yəni təqsirinin olmaması onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Məhkəmə şikayət verən şəxs X9 istinad edilən inzibati xətaya inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq qeyd edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 220.2 və 220.3-cü maddələri ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə iclasında aparılmış araşdırma zamanı X8 yaşadığı ünvan 6i ünvanında ev quşlarının yetişdirilməsi ilə məşğul olması, Qida Təhlükəsizliyi qeydiyyatının mövcud olmaması və sanitar-gigiyena tələbləri pozulmaqla fəaliyyət göstərməsi faktı öz təsdiqini tapmışdır. Şikayətçi bunu təkzib etsə də, məhkəməyə həmin sübutları şübhə altına ala biləcək heç bir sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsinə əsasən “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan qida zənciri obyektlərinin və subyektlərinin, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların istehsalı və emalını həyata keçirən obyektlərin qeydiyyata alınmadan qida sahəsində fəaliyyət göstərməsinə görə – fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, qida zənciri subyektləri tərəfindən qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərinin həyata keçirilməsi zamanı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə əməl edilməməsinə görə - fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 1.1.12. ilkin istehsal - heyvanların kəsiminə qədər heyvan mənşəli məhsulların əldə edilməsi də daxil olmaqla ilkin istehsal məhsullarının yığılması, becərilməsi, çeşidlənməsi, habelə çöl heyvanlarının, balıqların və dəniz məhsullarının ovlanması və yabanı bitki məhsullarının yığılması; 1.1.13. ilkin istehsal məhsulları - ilkin istehsaldan, o cümlədən torpaqdan və diri heyvandan, habelə arıdan alınan qida və yem məhsulları, dəniz məhsulları, o cümlədən balıq və balıq kürüsü, ovlanmış çöl heyvanları və yığılmış yabanı bitki məhsulları; 1.1.19. qida və yem məhsulunun bazara yerləşdirilməsi - qida və yem məhsulunun kommersiya və qeyri - kommersiya məqsədləri ilə satışı və ya hər hansı formada ötürülməsi, satış üçün saxlanması və paylanması; 1.1.20. qida zənciri - qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi mərhələlərinin məcmusu; 1.1.21. qida zəncirində fəaliyyət - qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi ilə bağlı həyata keçirilən fəaliyyət; 1.1.22. qida zənciri subyektləri - qida zəncirində fəaliyyətlə məşğul olan fiziki və ya hüquqi şəxslər, bələdiyyə, dövlət orqanları (qurumları); 1.1.23. qida zənciri obyekti - qida zəncirində fəaliyyətin həyata keçirildiyi məkan, sahə, bina, nəqliyyat vasitəsi və digər modul tipli (daşına bilən) obyekt; 1.1.25. qida təhlükəsizliyi - qida zəncirinin bütün mərhələlərində, habelə qida məhsullarının istehlakı zamanı qida məhsullarının insanların həyat və sağlamlığına zərər vurmasını tam istisna edən vəziyyəti; 1.1.26. qida təhlükəsizliyi göstəriciləri - sanitar-gigiyenik normalar, qalıqların və çirkləndirici maddələrin yolverilən maksimum miqdarı, gündəlik qəbul hədləri və digər parametrlər də daxil olmaqla, insan həyatının və sağlamlığının qorunmasını təmin edən göstəricilər; 4.1.1. həyat və sağlamlığın, istehlakçıların hüquqlarının müdafiəsi qida təhlükəsizliyi sahəsində dövlət tənzimlənməsinin məqsədidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə X8 şikayət ərizəsində göstərdiklərini onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir və hesab edir ki, onun göstərdiklərinin inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Əksinə, məhkəmə iclasında müəyyən edilərək bir-birini tamamlayan mötəbər sübutlarla X8 Azərbaycan Respublikası İXM-nin 220.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şikayət vermiş şəxs qərarın ləğv edilməli olmasını onun təqsirinin olmaması ilə əsaslandırmağa çalışmışdır ki, yuxarıda istinad edilən qanunvericiliyin tələbləri və işin faktiki halları baxımından onun irəli sürdüyü dəlillərlə məhkəmə razılaşmır, əsassız olması qənaətinə gəlir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X8 Azərbaycan Respublikasının İXM-nin 220.2 və 220.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə inzibati qərar qəbul etmiş Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X2 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli qərarı tam qanuni və əsaslıdır. Ona görə də, X8 şikayət təmin edilməməli, Azərbaycan Respublikasının Qida X5-X20 tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikasının Qida X5-X20 tərəfindən qəbul edilmiş 10 iyun 2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar