Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-169/2024 18.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X3, Qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X5 iştirakları ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 18 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 18 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə X10 Azərbaycan Respublikasının İXM-nin 192.1ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X10 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən qəbul edilmiş 18 iyul 2024-cü il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, güya o, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X11 və X8 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bununla da, guya o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Buna görə barəsində 12 iyul 2024-cü il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra həmin protokol əsasında 18 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi yanında X19 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəisi X14 tərəfindən qərar qəbul edilərək o, 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. O, həmin qərarla razı deyildir. Belə ki, Lerik rayonu, Bibiyanı kəndində yerləşən “Bibiyani şəlaləsi” ailəvi istirahət mərkəzinin sahibi X2r və işçilərlə əmək müqaviləsi (kontrakt) bağlayanda odur. Həmin ailəvi istirahət mərkəzinin ona heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq polis əməkdaşları “Bibiyani şəlaləsi” ailəvi istirahət mərkəzinə gələndə onun sahibi X4 orada olmadığı üçün və o həmin vaxtı orada olduğu üçün və onun həmkəndlisi olduğu üçün qeyd olunan sənədlərə imza etmişdir. O, həmin sənədlərə imza edəndə də polis əməkdaşlarına bildirmişdir ki, “Bibiyanı şəlaləsi” ailəvi istirahət mərkəzinin sahibi X2r və həmin obyektin ona heç bir aidiyyəti yoxdur. Lakin onlar buna məhəl qoymadan barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Baxmayaraq ki, X25 oglu “Bibiyani şəlaləsi” ailəvi istirahət mərkəzinin rəsmi işçisidir və onun həmin obyektin sahibi olan X4 ilə əmək müqaviləsi də vardır. X22 oglu isə X6 dostu olduğu üçün həmin günü orada olmuş və ona köməklik göstərmişdir. “Bibiyani şəlaləsi” ailəvi istirahət mərkəzi onların kəndində, yəni Lerik rayonu, Bibiyani kəndində yerləşdiyi üçün onun sahibi X4, X11 və X15 da həmkəndliləri olduqları üçün onun bütün bunlardan məlumatı vardır. Lakin bir daha qeyd edir ki, həmin obyektin ona heç bir aidiyyəti yoxdur. Sadəcə olaraq o, vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olduğu üçün və həmin vaxtı orada olduğu üçün barəsində qeyd olunan inzibati xəta haqqında protokolu tərtib etmişlər. Beləliklə, o heç bir inzibati xətaya yol vermədiyi halda inzibati məsuliyyətə cəlb edilmiş, yəni inzibati qaydada cərimə edilmişdir. Ona görə də o, hazırkı şikayət ərizəsi ilə məhkəməyə müraciət edir və həmin qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X10 şikayəti müdafiə edərək izahatında bildirmişdir ki, Lerik rayonu, Bibiyani kəndində “Bibiyani şəlaləsi” ailəvi istirahət mərkəzi fəaliyyət göstərir. Həmin ailəvi istirahət mərkəzini VÖEN əsasında işlədən həmkəndlisi və qohumu X2r. O, özü Sumqayıt şəhərində yaşayır və yay aylarında kəndə istirahətə gəlir və həmin gün kənd sakini kimi “Bibiyani şəlaləsi” ailəvi istirahət mərkəzinə istirahət üçün gəlmiş, həmin gün Qəzənfər Şabanov orada olmamış, ona Bakı şəhərinə gedəcəyini və “Bibiyani şəlaləsi” ailəvi istirahət mərkəzini ona tapşırdığını bildirmişdir. Həmin gün, yəni 17 iyun 2024-cü il tarixdə Lerik rayon Polis şöbəsinin əməkdaşları həmin istirahət mərkəzinə gəlmiş, ondan bu obyektin kimin olduğunu soruşmuşlar, o da sahibinin X4 olduğunu bildirmiş, polis əməkdaşları ona barəsində protokol tərtib olunacağını bildirmiş və ondan Qəzənfər Şabanov orda olmadığından protokola qol çəkilməsini istəmişlər, o da protokolu imzalamışdır. Bundan sonra 18 iyul 2024-cü il tarixdə X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən 3000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs daha sonra izahatında adına VÖEN olduğu üçün cərimə olunduğunu, həmin VÖEN-i də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün deyil, bankdan kredit götürmək üçün açdırdığını, X11 və X15 da həmkəndliləri olduqları üçün tanıdığını bildirmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X16 izahatında göstərmişdir ki, Lerik rayon Polis şöbəsindən daxil olmuş materiala əsasən yetkinlik yaşına çatmayanların əməyindən sui-istifadə hallarının qarşısının alınması istiqamətində ictimai iaşə ocaqlarında, kafelərdə və şadlıq saraylarında keçirilən reydlər zamanı, həmçinin Lerik rayon polis şöbəsinə verilmiş məlumatlar əsasında Lerik rayonu Bibiyanı kəndinin yaxınlığında yerləşən “Bibiyanı şəlaləsi” adlanan istirahət mərkəzində yetkinlik yaşına çatmayanları heç bir əmək müqaviləsi olmadan işə qəbul edilərək ofisant kimi işlədilmələri tərəflərindən müəyyən olunmuşdur. Keçirilən reydlər və aparılan araşdırmalar zamanı göstərilən obyektdə yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü Lerik rayon Bibiyani kənd sakini X12 və xx.xx.2007-ci il təvəllüdlü Lerik rayon Bibiyani kənd sakini X6 ofisant kimi işə qəbul edərək işlədilmələri müəyyən olunmuşdur. Odur ki, “Bibiyanı şəlaləsi” adlanan istirahət mərkəzində əməkdən sui-istifadə hallarının qarşısının alınması və mərkəzdə inzibatçı işləyən X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddələrinə əsasən müvafiq tədbir görülməsi xahiş olunmuşdur. Lerik rayon Polis şöbəsi tərəfindən toplanmış material əsasında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən X10 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 (üç min) manat məbləğində cərimə edilməsi barədə 18 iyul 2024-cü il tarixli qərar qəbul edilmişdir. Odur ki, şikayəti əsassız hesab edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lerik RPŞ-nin YYÇPİTQ-nin baş inspektoru, polis mayoru X18 izahatında bildirmişdir ki, Lerik rayon Polis şöbəsinə şifahi məlumatlar daxil olmuşdu ki, X10 “Bibiyanı şəlaləsi” adlanan istirahət mərkəzini işlədir və yetkinlik yaşına çatmayan şəxsləri əmək müqaviləsi olmadan işə qəbul edərək onların əməyindən istifadə edir. Məlumat əsasında həmin istirahət mərkəzinə getmişlər və orada 15 yaşı tamam olmuş lakin yetkinlik yaşına çatmayan şəxslərin əməyindən əmək müqaviləsi olmadan istifadə edildiyini aşkar etmişlər. Həmin şəxslər sorğu sual zamanı “Bibiyani şəlaləsi” adlanan istirahət mərkəzini işlədən şəxsin Ceyhun Qubadov olduğunu bildirmişlər. Daha sonra Ceyhun Qubadov onlara yaxınlaşaraq qeyd edilən obyektin onun tərəfindən işlədildiyini, obyektin mövsümi olaraq işlədiyini, əsasən yay aylarında işlədiyini, işçiləri də onun tərəfindən işə götürüldüyünü bildirmişdir. Həmin istirahət mərkəzi Ceyhun Qubadovun özünün də bildirdiyinə görə onun tərəfindən işlədildiyindən onun izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti orqana göndərilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 18 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan X10 tərəfindən yazılaraq imzalanmış xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o Lerik rayonu Bibiyani kəndinin yaxınlığında meşə ərazisində yerləşən “Bibiyanı şəlaləsi” adlanan ailəvi istirahət mərkəzində inzibatçı işləyir, yəni həmin istirahət mərkəzi onun tərəfindən işlədilir. Lerik rayon Polis şöbəsi tərəfindən yetkinlik yaşına çatmayanların əməyinin hər hansı formada istismarı və onların qanunsuz əməllərə cəlb olunmasının qarşısının alınması istiqamətində keçirilən reydlər zamanı onun tərəfindən işlədilən “Bibiyanı şəlaləsi” istirahət mərkəzində yetkinlik yaşına çatmayanlar yəni xx.xx.2008-ci il təvəllüdlü Lerik rayon Bibiyani kənd sakini X12 və xx.xx.2007-ci il təvəllüdlü Lerik rayon Bibiyani kənd sakini X6 ofisant kimi işlədilmələri müəyyən olunmuşdur. Bildirir ki, həmin işçilər onun tərəfindən işə götürülmüş və ofisant kimi işləyirlər. İşləmələrinin müqabilində onun tərəfindən onlara zəhmət haqqı kimi gündəlik olaraq işin gedişatından asılı olaraq 8-10 manat miqdarında əmək haqqı verir. Həmin şəxslər istirahət mərkəzində yerləşən masalara xidmət göstərir, yəni qonaqlara sifarişlərir əsasında qida və çay təklif edirlər, həmçinin təmizlik işlərini həyata keçirirlər. Bildirir ki, “Bibiyanı şəlaləsi” istirahət mərkəzində adlarını qeyd etdiklərindən başqa işləyən ofsiant yoxdur. Özü isə digər xidmətlər həyata keçirir. Sifarişlər əsasında menyuda olan qidaları hazırlayır. Obyektdə müştərilərə əsasən çay (şokolad və mürəbbə ilə), eləcə də kabablar (lülə və tikə) təklif olunur. İş vaxtı səhər 9:00 radələrində başlayır və axşam saat 20:00-dək davam edir, elə günlər olur ki, müştərilər olmadıqda daha tez işi qurtararaq evə gedirlər. X9 və Riyad Şahbazlı da onunla birgə iş qurtardıqdan sonra evlərinə gedirlər. Bildirir ki, istirahət mərkəzi mövsümi olaraq ancaq yay aylarında fəaliyyət göstərir. Bildirir ki, onun tərəfindən ofisant kimi işlədilən X12 və X15 ilə əmək müqaviləsi bağlanmamışdır. İş materiallarında olan Lerik RPŞ-nin YYÇPİTQ-nin baş inspektoru, polis mayoru Amil Kərimov tərəfindən Lerik rayon Bibiyani kənd sakinləri Ceyhun Qubadov və Alqış Şabanovun iştirakları ilə tərtib olunmuş və onlar tərəfindəni imzalanmış xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində yetkinlik yaşına çatmayanların əməklərinin hər hansı bir formada istismarı və onların qanunsuz əməllərə cəlb olunmasının qarşısının alınması istiqamətində tərəfindən keçirilən reydlər və daxil olmuş məlumatlar əsasında Lerik rayonu Bibiyani kəndinin yaxınlığında yerləşən “Bibiyanı şəlaləsi” adlanan istirahət mərkəzində yetkinlik yaşına çatmayanların ofisant kimi işlədilmələri müəyyən olundu. Lerik rayon Bibiyani kənd sakini X10 istirahət mərkəzinin onun tərəfindən işlədildiyini, həmin ofisantların Lerik rayon Bibiyani kənd sakinləri xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X15 olduqlarını, onlarla əmək müqaviləsi bağlamadığını, günəmuzd olaraq hərəsinə 8-10 manat miqdarında zəhmət haqqı verdiyini bildirdi. Həmçinin ofisant kimi təqdim olunan Muhəmməd Muradov və Riyad Şahbazlı da Bibiyani kənd sakini X3 dediklərini təsdiq edərək istirahət mərkəzində ofisant kimi əmək müqaviləsi olmadan işlədiklərini, gündəlik olaraq 8-10 manat miqdarında zəhmət haqqı aldıqlarını bildirdilər. İş materiallarında olan Lerik RPŞ-nin YYÇPİTQ-nin baş inspektoru, polis mayoru X18 tərəfindən tərtib olunmuş xx.xx.22024-cü il tarixli raportdan görünür ki, yetkinlik yaşına çatmayanların əməyindən sui-istifadə hallarının qarşısının alınması istiqamətində ictimai iaşə ocaqlarında, kafelərdə və şadlıq saraylarında keçirilən reydlər, həmçinin daxil olan məlumatlar əsasında Lerik rayonu, Bibiyani kəndinin yaxınlığında yerləşən “Bibiyani şəlaləsi” adlanan istirahət mərkəzində inzibatçı işləyən X10 yetkinlik yaşına çatmayan şəxsləri, yəni xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X8 əmək müqaviləsi olmadan həmin istirahət mərkəzində ofisant kimi işə qəbul edilərək işlətməsi müəyyən olunmuşdur. Odur ki, Lerik rayon Bibiyani kənd sakini X10 barəsində müvafiq tədbir görülməsinə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan Lerik RPŞ-nin YYÇPİTQ-nin baş inspektoru, polis mayoru X18 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X10 inzibatçı işlədiyi “Bibiyani şəlaləsi” adlanan istirahət mərkəzində xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X8 əmək müqaviləsi olmadan işə qəbul edərək işlətməsi faktı ilə bağlı X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan Lerik rayon Polis şöbəsi tərəfindən X19 Xidmətinin Lənkəran- Astara regional şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, yetkinlik yaşına çatmayanların əməyindən sui-istifadə hallarının qarşısının alınması istiqamətində ictimai iaşə ocaqlarında, kafelərdə və şadlıq saraylarında keçirilən reydlər zamanı, həmçinin Lerik rayon polis şöbəsinə verilmiş məlumatlar əsasında Lerik rayonu Bibiyanı kəndinin yaxınlığında yerləşən “Bibiyani şəlaləsi” adlanan istirahət mərkəzində yetkinlik yaşına çatmayanları heç bir əmək müqaviləsi olmadan işə qəbul edilərək ofisant kimi işlədilmələri tərəflərindən müəyyən olunmuşdur. Keçirilən reydlər və aparılan araşdırılmalar zamanı göstərilən obyektdə aşağıdakı adları göstərilən yetkinlik yaşına çatmayanlar xx.xx.2008-ci il təvəllüdlü Lerik rayon Bibiyani kənd sakini X12 və xx.xx.2007ci il təvəllüdlü Lerik rayon Bibiyani kənd sakini X6 ofisant kimi işə qəbul edilərək işlədilmələri müəyyən olunmuşdur. Odur ki, “Bibiyani şəlaləsi” adlanan istirahət mərkəzində əməkdən sui-istifadə hallarının qarşısının alınması və mərkəzdə inzibatçı işləyən X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddələrinə əsasən müvafiq tədbir görülməsi məqsədilə toplanmış material aidiyyəti üzrə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən X7 ünvanlanmış 02 iyul 2024-cü il tarixli bildirişdən görünür ki, “Bibiyani şəlaləsi” istirahət mərkəzində yetkinlik yaşına çatmayanlar X11 və X15 ilə əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməyiniz barədə Lerik Rayon Polis şöbəsindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin ünvanına daxil olmuş müraciətə baxılır. X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə daxil olmuş məlumat və sənədlərə baxılmaqla inzibati xətanın əlamətlərinin olması müəyyən edilmişdir. Bu səbəbdən barənizdə inzibati xəta haqqında protokolun tərtib olunmasında iştirak etməyiniz məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 11:00-da X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə dəvət olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən X7 ünvanlanmış 12 iyul 2024-cü il tarixli bildirişdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Əmək və X13 Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 12 iyul 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 18 iyul 2024-cü il tarixdə saat 11:00-a təyin olunmuşdur. Qeyd olunan vaxtda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsinə çağırılırmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən qəbul edilmiş 18 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X10 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X12 və X8 Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyindən Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin X7 ünvanladığı 18 iyul 2024-cü il tarixli məktubdan görünür ki, Lerik rayon Polis şöbəsindən daxil olmuş müraciətə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran- Astara regional şöbəsində baxılan zaman müəyyən edilmişdir ki, tərəflərindən Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinin tələbi pozulmaqla X12 və X15 ilə yazılı əmək müqaviləsi bağlanmadan işlərin və xidmətlərin görülməsinə cəlb edilməsi halı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş xətaya səbəb olmuşdur. Bu halın onun vəzifə funksiyalarına aid olduğunu nəzərə alaraq vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə barəsində xx.xx.2024-cü il tarixində tərtib olunmuş MN ******* nömrəli İnzibati Xəta haqqında Protokola əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 3000 (üç min) manat məbləğində cərimə olunmuş, cərimə məbləğinin ödənilməsi xahiş olunmuşdur. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, X3 adına fiziki şəxs kimi xx.xx.2022-ci il tarixdə ********** nömrəli VÖEN açılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya sistemindən əldə olunmuş xx.xx.2024cü il tarixli bildirişdən görünür ki, X4 ilə X15 arasında xx.xx.2024-cü il tarixdə əmək müqaviləsi bağlanmış, o ofisant kimi işə götürülmüş, əmək müqaviləsi elektron sistemə xx.xx.2024-cü il tarixdə daxil edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X10 həqiqətən xx.xx.2022-ci il tarixində aldığı təqaüdə əsasən "xxxx" ASC-nin pərakəndə satış kanalları vasitəsi ilə 25000 (iyirmi beş min) manat gündəlik tələbat krediti əldə etmişdir. Məhkəmə iş üzrə toplanmış və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinən X10 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsi tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. X1 şikayətində göstərdiyi xüsusatlar, yəni təqsirinin olmaması onun özünü müdafiəsi kimi qiymətləndirilməlidir. Məhkəmə şikayət verən şəxs X7 istinad edilən inzibati xətaya inzibati xətalar qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq qeyd edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-nin 192.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, X10 şikayətində “Bibiyanı şəlaləsi” ailəvi istirahət mərkəzinin sahibinin X4 olduğunu və həmin obyektin ona heç bir aidiyyətinin olmadığını qeyd etsə də, Lerik rayon Polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı X10 tərəfindən yazılaraq imzalanmış xx.xx.2024-cü il tarixli izahatından, eləcə də Lerik RPŞ-nin YYÇPİTQ-nin baş inspektoru, polis mayoru Amil Kərimov tərəfindən Lerik rayon Bibiyani kənd sakinləri Ceyhun Qubadov və Alqış Şabanovun iştirakları ilə tərtib olunmuş və onlar tərəfindəni imzalanmış xx.xx.2024-cü il tarixli protokoldan onun Lerik rayonu Bibiyani kəndinin yaxınlığında meşə ərazisində yerləşən “Bibiyanı şəlaləsi” adlanan ailəvi istirahət mərkəzini inzibatçı kimi işlətdiyi, yəni həmin istirahət mərkəzinin onun tərəfindən işlədildiyi, yetkinlik yaşına çatmayanlar Bibiyani kənd sakinləri xx.xx.2008-ci il təvəllüdlü X12 və xx.xx.2007-ci il təvəllüdlü X6 ofisant kimi onun tərəfindən işə götürüldüyü və ofisant kimi işlədildiyi, işləmələrinin müqabilində onun tərəfindən onlara zəhmət haqqı kimi gündəlik olaraq işin gedişatından asılı olaraq 8-10 manat miqdarında əmək haqqı verdiyi, onlarla əmək müqaviləsi bağlanmadığı müəyyən olunur. Məhkəmə həmçinin X15 ilə X4 arasında balanmış əmək müqaviləsinə münasibət bildirərək qeyd edir ki, X15 ilə əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlansa da, əmək müqaviləsi elektron sistemə xx.xx.2024-cü il tarixdə, yəni X10 barəsində inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra daxil edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinrin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci bəndinə əsasən bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir. Məhkəmə, həmçinin X3 izahatında qeyd etdiyi adına VÖEN olduğu üçün cərimə olunması, həmin VÖEN-i də sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün deyil, bankdan kredit götürmək üçün açdırmasına münasibət bildirərək qeyd edir ki, Ceyhun Qubadov tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, X7 Bank tərəfindən verilmiş kredit açdırdığı VÖEN-ə görə deyil, aldığı təqaüdə əsasən gündəlik tələbat üçün verilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1, 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə X3 şikayət ərizəsində göstərdiklərini onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirir və hesab edir ki, onun göstərdiklərinin inzibati məsuliyyətdən azad edilməsi üçün heç bir hüquqi əsası yoxdur. Əksinə, məhkəmə iclasında müəyyən edilərək bir-birini tamamlayan mötəbər sübutlarla X3 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şikayət vermiş şəxs qərarın ləğv edilməli olmasını onun təqsirinin olmaması ilə əsaslandırmağa çalışmışdır ki, yuxarıda istinad edilən qanunvericiliyin tələbləri və işin faktiki halları baxımından onun irəli sürdüyü dəlillərlə məhkəmə razılaşmır, əsassız olması qənaətinə gəlir. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, X3 Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olması barədə inzibati qərar qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 18 iyul 2024-cü il tarixli, MN ******* nömrəli qərarı tam qanuni və əsaslıdır. Ona görə də, X3 şikayət təmin edilməməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 18 iyul 2024-cü il tarixli, MN ******* nömrəli qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 114-115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X19 Xidmətinin Lənkəran-Astara regional şöbəsinin 18 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-169/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-169/2024
18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver