Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-17/2024 15.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı ildə Lənkəran rayon Darquba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, Lənkəran rayon Darquba kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2024-cü il tarixdə Lerik rayon Piran kəndində polisin xidməti fəaliyyətinə maneəçilik göstərdiyinə görə saxlanılmış və Lerik RPş-nə gətirilmiş, sidiyində narkotik vasitə kannobionid THC aşkarlanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək polis əməkdaşlarına hörmətsizlik etmədiyini bildirdi. Məhkəmə iclası zamanı dindirilmiş Lerik RPŞ-nin PPXT-nin bölük komandiri polis kapitanı X8 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Lerik rayon Piran kəndi ərazisində polis əməkdaşları X3, X6 və X1 və sürücü X5 ilə xidmətdə olduğu zaman VAZ 2106 markalı 07 BG-347 dövlət qeydiyyat nişanlı avtomobildə 3 nəfər şəxsin yüksək səslə danışaraq nalayıq ifadələr işlətdiklərini eşitmişlər. Avtomobilə yaxınlaşaraq onları nizam intizama dəvət etsələrdə onlar qanuni tələblərinə tabe olmayaraq hərəkətlərini davam etdirdilər. Ona görə də raportla Lerik RPŞ-nə müraciət etmişlər. Məhkəmə iclası zamanı dindirilmiş Lerik RPŞ-nin PPXT-nin polis serjantları X3, X6 və X1 şahid qismində dindirilmiş polis əməkdaşı T.Turabovla eyni məzmunlu izahat verdilər. Məhkəmə inzibati icraatda iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələrinin tərkibi vardır və o, həmin maddələrlə təqsirli bilinərək, İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 206-ci maddəsi ilə barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyəti yüngülləşdirən haldır. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar yoxdur. İş materiallarında olan Lerik RPŞnin İTB-nin sahə rəisi polis mayoru İsmayıl Məhərrəmov tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 04:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən verilmiş X2 Narkotik Vasitələrin və Psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqəsdi ilə tibbi müayinənin keçirilməsi haqqında 32 saylı AKT-dan görünür ki, Şəxs sidiyində, THC müsbət aşkar olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.1-ci madəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-ci madəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halın olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, cərimə növündə tənbeh tətbiq etməyi kifayət hesab etməyərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutlmuş inzibati xətaları törətməkdə təqsirli bilinib, İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 14 yanvar 2024-cü il tarixdən saat 04:00-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-17/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-17/2024
15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver