Məhkəmə qərarları › İş №3(048)-173/2024

Lerik Rayon Məhkəməsi Qərardad — İş №3(048)-173/2024

19.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lerik rayonu İş № 3(048)-173/2024 19.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2003-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.1.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik Rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.1.3-cü maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:25 radələrində “Hyundai Sonata” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edərək nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması halına yol vermişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin DYPB-nin YPX-nin baş inspektoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:25 radələrində “Hyundai Sonata” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə edərək nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması halına yol vermişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs daha sonra izahatında inzibati xəta haqqında protokolu videogötüntüyə əsasən tərtib etdiklərini, videogötüntünün Lerik Rayon Polis şöbəsinə BDYPİ-dən göndərildiyini, qeyd edilən hadisənin Sumqayıt şəhəri maşın bazarında baş verdiyini, maşını idarə edən şəxsin Şəxs olduğunu, inzibati xəta törədən şəxslə avtomobilin sahibinin BDYPİ-yə çağrıldığını, orda maşının sahibinə materialın Sumqayıt şəhəri Polis İdarəsinə yoxsa Lerik rayon Polis şöbəsinə göndərilməsinin bildirildiyini, maşının sahibi də Lerik rayon qeydiyyatı olduğundan materialın Lerik rayon Polis şöbəsinə göndərilməsini xahiş etdiyini, Lerik rayon Polis şöbəsində də inzibati xəta hadisəsi baş verən zaman avtomobili idarə edən şəxs yəni inzibati xəta hadisəsini törədən şəxs Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunduğunu bildirdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, “Hyundai Sonata” markalı, ** VP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi dostu Lerik şəhər sakini X2 məxsusdur. xx.xx.2024-cü il tarixdə dostu Eldəniz Şiriyev qeyd edilən avtomobili yumaq üçün onun işlədiyi avtoyuma məntəqəsinə vermişdir. O, avtomaşını yuduqdan sonra avtomaşının sahibinin xəbəri olmadan maşını götürüb avtoyuma məntəqəsinin ətrafında bir-iki dairə vuraraq protokolda göstərilən hərəkətləri etmiş, ətrafda olan vətəndaş isə onun xəbəri olmadan həmin anı telefonun kamerasına çəkərək sosial şəbəkəyə yerləşdirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs daha sonra izahatında hadisənin Sumqayıt şəhəri maşın bazarında baş verdiyini, əməlindən səmimi peşman olduğunu bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.1.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati material aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikasının İXM-nin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə, məhkəmə qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq hesab edir ki, inzibati xəta hadisəsi Sumqayıt şəhəri ərazisində törədildiyindən, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Lerik rayonu ərazisində yaşamadığından Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.1.3-cü maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 511.1.3-cü maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati material aidiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar