Məhkəmə qərarları › İş №3(048)-173/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-173/2025

11.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-173/2025 11.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – X5 iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Lerik rayonu, Camaşair kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lerik rayonu, Camaşair kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşayan X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 tərəfindən tərtib edilmiş 11 iyul 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X7 izahatında bildirdi ki, Lerik rayon Məhkəməsinin 2(048)-663/2024 saylı, 07 noyabr 2024-cü il tarixli icra sənədinə əsasən X3 xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X8 3 yaşına çatanadək hər ay 30 (otuz) manat məbləğində aliment borclu tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. Həmin icra sənədi 19 noyabr 2024-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. Bundan başqa Lerik Rayon Məhkəməsinin 2(048)-935/2023 saylı, 26 dekabr 2023-cü il tarixli icra sənədinə əsasən X3 1386 (min üç yüz səksən altı) manat borc və 35,24 (otuz beş manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməlidir. Həmin icra sənədi 09 fevral 2024-cü il tarixdə şöbənin icraatına daxil olmuşdur. İcra tədbirləri nəticəsində X1n yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində xx.xx.2025-ci il tarixdə axtarış elan edilmiş və borclu Lerik rayon Polis şöbəsi tərəfindən axtarışla icra şöbəsinə gətirilmişdir. İcra şöbəsində X1n izahatı alınmış və izahatında tələbkar X6 2210 (iki min iki yüz on) manat aliment borcunun, "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə isə 921 (doqquz yüz iyirmi bir) manat borcunun olduğunu, işsiz olduğundan borcunu ödəyə bilmədiyini, bu borcları hissə-hissə ödəyə biləcəyini bildirmişdir. X11 hazırki vaxtadək aliment borcundan 4 ay olmaqla cəmi 530 manat ödəniş etmiş, sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 150 manat ödəniş etmiş, digər icra sənədi üzrə isə cüzi ödənişlər etmişdir. Hazırda X1n Lerik Rayon Məhkəməsinin 2(048)-663/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli icra sənədi icra sənədi üzrə ödənilməyən 2210 (iki min iki yüz on) manat məbləğində aliment borcu və Lerik Rayon Məhkəməsinin 22(048)-935/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli icra sənədi üzrə 921 (doqquz yüz iyirmi bir) manat borcu vardır. Göstərilənləri nəzərə alaraq borclu barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 izahatında işsiz olduğu üçün borclarından vaxtında ödənişlər edə bilmədiyini, borcları birdəfəlik ödəməyə maddi imkanının olmadığını, hazırda işə düzəldiyini və borcları hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, X5 Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-663/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli icra sənədindən görünür ki, X3 xx.xx.2024-cü il tarixdən hesablanmaqla xx.xx.2022-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cəmi 190 (yüz doxsan) manat sabit pul məbləğində aliment və xx.xx.2022-ci il təvəllüdlü X8 3 yaşına çatanadək hər ay 30 (otuz) manat məbləğində aliment tutularaq tələbkar X6 verilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-663/2024 nömrəli, 07 noyabr 2024-cü il tarixli icra sənədi üzrə Lerik rayon İcra şöbəsi tərəfindən icraata başlanılmışdır. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-935/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli icra sənədindən görünür ki, X3 1386 (min üç yüz səksən altı) manat borc və 35,24 (otuz beş manat iyirmi dörd qəpik) manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-935/2023 nömrəli, 26 dekabr 2023-cü il tarixli icra sənədi üzrə Lerik rayon İcra şöbəsi tərəfindən icraata başlanılmışdır. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borcluda tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Lerik rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində X1 yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Göründüyü kimi X11 qanunvericiliyin qeyd olunan tələblərini pozaraq heç bir üzrlü səbəb olmadan icra sənədlərini qanunla müəyyən olunmuş müddətdə və qaydada icra etməmiş, icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. X1 yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmiş və axtarışla gətirilmişdir. Borcluya ödəniş edilməsi ilə bağlı xəbərdarlıq edilməsinə baxmayaraq, üzürsüz səbəbdən öhdəliyini yerinə yetirməkdən yayınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. «İcra haqqında» Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə qeyd edir ki, X5 məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, X5 şəxsiyyətini xarakterizə edən halları, təqsirinin dərəcəsini, əmlak vəziyyətini və icra sənədlərində göstərilən borcları heç bir üzürlü səbəb olmadan ödəmədiyini nəzərə alaraq hesab edir ki, X10 inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbsin əvvəli 11 iyul 2025-ci il tarixdən, saat 18:10-dan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və 08 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 11 iyul 2025-ci il tarixdən, saat 18:10-dan hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar