Məhkəmə qərarları › İş №3(048)-176/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-176/2025

08.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-176/2025 08.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 23844744 saylı və xx.xx.2024-cü il tarixli, EQ 23844745 saylı inzibati tənbeh vermə haqqında qərarlardan X4 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-in Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 23844744 saylı və xx.xx.2024-cü il tarixli, EQ 23844745 saylı inzibati tənbeh vermə haqqında elektron qərarların ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Lənkəran şəhərində “Nissan Maxima” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil ayrı-ayrı saatlarda inzibati xəta hadisəsi törətmişdir. Onun həmin avtomobillə heç bir aiddiyatı yoxdur. Lakin həmin avtomobil barəsində elektron inzibati qərar qəbul edilərkən onun adı qeyd olunmuş və həmin xətaların onun tərəfindən törədilməsi müəyyən olmuş və o cərimə olunmuşdur. O, bu səbəbdən Lənkəran şəhərinə getmiş və sözügedən avtomobilin kimə və hansı təşkilata məxsus olmasın müəyyənləşdirmişdir. Ona məlum olmuşdur ki, həmin avtomobil Lənkəran Rayon İcra hakimiyyətinin mülkiyyətində olmaqla avtomobil təhkim olunmuş şəxsdə Lənkəran şəhər icra hakimiyyətinin işçisidir. O, onlara cərimə ödəmələrini bildirsə də, onlar hər dəfə bir bəhanə gətirmiş və cərimə ödənilməmişdir. Belə ki, yuxarıda qeyd etdiyi kimi onun həmin avtomobilə heç bir aiddiyyatı yoxdur. O, həmin avtomobili heç vaxt idarə etməmiş, həmçinin həmin avtomobil üzərində istifadəçilik hüququ yoxdur. Ancaq nə səbəbdən barəsində elektron qərar qəbul edilməsini bilmir. Hesab edir ki, barəsində tətbiq olunmuş qərarlar əsasızdır. Həmin xətanı o törətməmişdir. Odur ki, inzibati xəta hadisəsi mövcud olmadığından və barəsində tərtib olunmuş qərarların heç bir hüquqi əsası olmadığından Azərbaycan Respublikası DİN Baş X8 İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli, EQ 23844744 saylı və xx.xx.2024-cü il tarixli, EQ 23844745 saylı inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X1 ərizəsində göstərilənləri müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası Baş X9 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Baş X9 İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən verilmiş AC 461170 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, X3 BC kateqoriyalı nəqliyyat vasitələrini xx.xx.2025-ci il tarixədək idarə etmə hüququ vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23844744 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 10:53 radələrində X2 NTS dairəsi Girdəni istiqamətində “Nissan Maxima” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 (əlli) manat miqdarında cərimə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23844745 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə 09:46 radələrində X2 şəhəri H.Aslanov xiyabanında “Nissan Maxima” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olan zaman təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 40 (qırx) manat miqdarında cərimə edilmişdir. İş materiallarında olan Lənkəran şəhər İcra Hakimiyyətinin 01 avqust 2025-ci il tarixli, 5-2/2-599/2025 saylı məktubundan və ona əlavə edilmiş yol vərəqəsinin surətindən görünür ki, “Nissan Maxima” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil Lənkəran şəhər İcra Hakimiyyətinin balansındadır və 34 nömrəli “Yol vərəqəsi” ilə 1-31 avqust 2024-cü il tarixlərdə sürücü Ziyafət Əsgərov tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibatı xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən edir ki, X4 barəsində xx.xx.2024-cü il tarixdə “Nissan Maxima” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşının müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə xx.xx.2024-cü il tarixli, EQ 23844744 saylı inzibati tənbeh vermə haqqında elektron qərar, eləcə də xx.xx.2024-cü il tarixdə “Nissan Maxima” markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomaşın hərəkətdə olan zaman təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə etməyə görə xx.xx.2024-cü il tarixli, EQ 23844745 saylı inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərək cərimə edilsə də, məhkəmənin sorğusuna əsasən Lənkəran şəhər İcra Hakimiyyətinin 01 avqust 2025-ci il tarixli, 5-2/2-599/2025 saylı cavab məktubundan və ona əlavə edilmiş yol vərəqəsindən müəyyən edilir ki, “Nissan Maxima” minik markalı, ** AA *** dövlət qeydiyyat nişanlı avtomobil Lənkəran şəhər İcra Hakimiyyətinin balansındadır və 34 nömrəli “Yol vərəqəsi” ilə 1-31 avqust 2024-cü il tarixlərdə sürücü Ziyafət Əsgərov tərəfindən qəbul edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən X3 barəsində xx.xx.2024-cü il tarixli, EQ 23844744 saylı və xx.xx.2024-cü il tarixli, EQ 23844745 saylı inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilsə də, məhkəmə iclasında aparılmış araşdırma ilə X3 onun həmin inzibati xətaların törədilməsinə aidiyyəti müəyyən edilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23844744 saylı və xx.xx.2024-cü il tarixli, EQ 23844745 saylı inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilməli və qərarlar inzibati xəta haqqında işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası DİN-nin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş “inzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EQ 23844744 saylı və xx.xx.2024-cü il tarixli, EQ 23844745 saylı inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin və qərar işə yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar