Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-177/2025 12.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida X1- X13 nümayəndələri X5 və X10 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Qida X1- X17 tərəfindən tərtib olunmuş protokola və ona əlavə edilmiş materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Qida X2- X17 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida X2-X13 nümayəndəsi X9 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi X3 LRBPK-25/129 nömrəli xx.xx.2025-ci il tarixli “Yoxlama aparılması haqqında Qərarı”na və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən əldə edilmiş xx.xx.2025-ci il tarixli KY252328623 nömrəli Çıxarışa əsasən Şəxs sahibkarlıq fəaliyyəti göstərdiyi Lerik rayonu Lənkəran-Lerik yolunun 22-ci km-də yerləşən Çənlibel restoranında plandankənar (növbədənkənar) yoxlama keçirilməsi üçün yoxlayıcı şəxslər X15 və o sözügedən obyektə yaxınlaşmışlar. Həyata keçirilən planlı və ya plandankənar yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun 3.2-ci bəndinə əsasən Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü maddəsinə əsasən Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər, eyni zamanda həmin Əsasnamənin 1.5-ci, 5.2-ci, 5.3-cü və 5.4-cü bəndinə əsasən uyğun olaraq, sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Yoxlamanın keçirilməsi, dayandırılması və ya vergi yoxlamasının müddətinin artırılması üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması, dayandırılması və ya müddətinin artırılması barədə Reyestrdən çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Yoxlama çıxarışda göstərilən məlumatlara uyğun aparılmalıdır. Yoxlayıcı orqanlar və sahibkarlar Reyestrin istifadəçiləridirlər. Reyestrdə qeydiyyata alınmış yoxlamalar barədə məlumat qeydiyyat aparıldığı gün Ədliyyə Nazirliyi tərəfindən bu Əsasnamənin 5.5-ci və 5.6-cı bəndlərinin tələbləri nəzərə alınmaqla internet şəbəkəsində yerləşdirilir. Onlar yoxlama obyektinə yaxınlaşan zaman özünü Şəxs kimi təqdim edən şəxs onları qarşılamışdır. Onlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 20.1-ci bəndinə əsasən yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı Şəxs təqdim edib, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermişlər. Buna baxmayaraq Şəxs təqdim edilən sənədləri qanunsuz və əsassız hesab edərək, üstəlik dövlət orqanı haqqında böhtan ifadələr bildirərək yoxlamanın həyata keçirilməsinə şərait yaratmamışdır. Vətəndaş Şəxs Vergi orqanında qeydiyyatdan keçməklə və uçota alınmaqla aktiv olan VÖEN-ə (**********) sahibdir və Azərbaycan Respublikası İnzibari Xətalar məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxs hesab edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 4-3.1.1-ci maddəsində göstərilən hər hansı bir bəndin tələbləri Yoxlayıcı orqan və ya yoxlayıcı şəxslər tərəfindən pozulmadığı halda sahibkarın, (bu Qanunun 4-1.1.1-ci və 4-4.1.2-ci maddələrinə əsasən) yoxlayıcı şəxslərin yoxlamanı aparmağına şərait yaratmağı və yoxlama obyektinə buraxmaq vəzifəsidir. Buna baxmayaraq Şəxs plandankənar yoxlamanın aparılmasına əsas verən və müraciəti qeyd olunan şikayətçi (müraciət edən şəxs) barədə məlumatların yoxlayıcı şəxslər tərəfindən verilməsini, əks təqdirdə yoxlamağa şərait yaratmayacağını bildirmişdir. Bildirirlər ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 7.7-ci maddəsinə əsasən yoxlayıcılar “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əldə olunması məhdudlaşdırılan informasiyanın qorunmasını təmin etməlidirlər. Yuxarıda göstərilən səbəblər nəzərə alınmaqla Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Beləliklə, Azərbaycan Respublikası İnzibari Xətalar Məcəlləsinin 544.1-ci maddəsində göstərilən istehlakçıların hüquqlarının müdafiəsi və ya qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN №2101742 nömrəli inzibati xəta haqqında protokolda və MN №0107163 nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadda göstərilənlər nəzərə alınmaqla Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Qida X2-X13 nümayəndəsi X16 inzibati xəta haqqında protokolu müdafiə edərək digər nümayəndə X5 izahatına uyğun izahat verərək Şəxs inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində protokol tərtib olunmuş şəxs Şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə Şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndələrinin fikirlərini dinləyib, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibari Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Qida X2-X13 “yoxlamanın aparılması haqqında” xx.xx.2025-ci il tarixli, LRBPK-25/129 nömrəli qərardan görünür ki, Lerik rayonu, Lerik-Lənkəran yolunun 22-ci km yerləşən “Çənlibel” restroranında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək planlı yoxlamanın keçirilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X2-X13 xx.xx.2025-ci il tarixli, LRBPK-25/129 nömrəli aktından görünür ki, Lerik rayonu, Lerik-Lənkəran yolunun 22-ci km yerləşən “Çənlibel” restroranında planlı yoxlamanın aparılması ilə bağlı qeyd olunan ünvanda olmuşlar, obyektə daxil olduqdan sonra özünü sahibkar olaraq təqdim edən və Şəxs olduğunu deyən şəxs onları qarşılamışdır. Sahibkara nəzarət tədbirinin onlyan yaxa kamerası ilə həyata keçirildiyini xatırladıb yoxlamanın hüquqi sənədlərini tanış olmaq üçün təqdim etmişlər. Yoxlamanın vətəndaş tərəfindən yoxlayıcı quruma konkret faktlar əsasında müraciəti ilə açıldığını qeyd etsələr də, sahibkar şikayətçinin barəsində onlardan məlumat əldə etdikdən sonra yoxlamaya şərait yaradacağını bildirmişdir. Sahibkara tələb etdiyi sənədi reyestrdən əldə edə biləcəyini söyləsələr də, onlardan təqdim etməyi tələb etmiş, əks təqdirdə yoxlamaya buraxmayacağını qeyd etmişdir. Sahibkara sənədin əldə olunması ilə bağlı müddət verib əks təqdirdə yoxlamaya şərait yaratmamaq kimi qiymətləndiriləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X2-X13 xx.xx.2025-ci il tarixli, LRBPK-25/129 nömrəli aktından görünür ki, Lerik rayonu, Lerik-Lənkəran yolunun 22-ci km yerləşən “Çənlibel” restroranında planlı yoxlamanın aparılması ilə bağlı 11 iyul 2025-ci il tarixdə qeyd olunan ünvanda təkrar olmuşlar, sahibkar Şəxs 10 iyul 2025-ci il tarixdə yoxlamanın həyata keçirilməsinə şərait yaratmamış, şikayətçi barədə məlumatın ona təqdim olunmasını tələb etmiş, yoxlayıcılar olaraq məlumatın reyestrdən əldə edə biləcəyini söyləsələr də, sahibkar yoxlamaya şərait yaratmamışdır, yoxlama sənədlərinin saxta olduğunu qeyd etmişdir. 11 iyul 2025-ci il tarixdə sahibkara hüquq və vəzifələri izah edilmiş, yoxlamaya şərait yaratması tələb olunmuş, lakin sahibkar yenə də yoxlamaya şərait yaratmamışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2025-ci il tarixli, KY252328623 saylı çıxarışın surətindən görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şəxs fəaliyyət göstərdiyi obyektdə “Çənlibel” restoranı barəsində yoxlama xx.xx.2025-ci il tarixdə başlamış, xx.xx.2024-cü il tarixdə bitmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 19 iyun 2025-ci il tarixli 3-21-2-13/2-44729/2025 saylı məlumat məktubundan görünür ki, vergi ödəyicilərinin dövlət reyestrində olan məlumatlara əsasən bildirirlər ki, X11 (VÖEN: **********) adına Lerik rayonu, 23-cü km ünvanında uçotda olan “Çənlibel” yeməkxanasının fəaliyyəti dayandırılmış vəziyyətdədir və həmin təsərrüfat subyektinin (obyektinin) digər vergi ödəyicisinin adına uçotda olması barədə məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş 08 iyul 2025-ci il tarixli, 3-21-2-13/2-49462/2025 saylı məlumat məktubundan görünür ki, müraciətin icrası ilə bağlı qeyd olunan “Çənlibel” restoranında vergi ödəyicisi Şəxs (VÖEN: **********) fəaliyyət göstərir, hazırda obyektin vergi orqanında uçota alınması istiqamətində qanunamüvafiq işlər görülür. Eyni zamanda müraciətdə qeyd edilən və vergi orqanlarının səlahiyyətlərinə aid olan məsələlər Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən nəzarətə götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Qida X2-X17 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Qida X1-X13 əməkdaşları tərəfindən “sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunun 16.1.3-cü maddəsinə əsasən Lerik rayonu Lənkəran-Lerik yolunun 22-ci km-də fəaliyyət göstərən “Çənlibel” restoranında plandankənar yoxlama həyata keçirilmişdir. Lakin, istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxləri tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilmiş, səlahiyyətli şəxslər yoxlama yerinə buraxılmamışdır. Nəticədə Şəxs tərəfindən vəzifəli şəxs kimi İXMin 544.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Qida X1-X17 tərəfindən məhkəməyə təqdim edilmiş videogörüntülərə baxış keçirilən zaman müəyyən edilmişdir ki, Lerik rayonu Lənkəran-Lerik yolunun 22-ci km-də fəaliyyət göstərən “Çənlibel” restoranında planlı yoxlamanın aparılması ilə bağlı ünvana gedilmiş, lakin sahibkar yoxlamanın həyata keçirilməsinə şərait yaratmamışdır. Məhkəmə iş materiallarını proses iştirakçılarının verdikləri ifadələrini video materialla birgə araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Qida X1-X17 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokol əsaslı olduğundan təmin edilməlidir. Belə ki, video materiala baxış keçirilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qida X1-X13 səlahiyyətli nümayəndələri ard-arda iki gün “Çənlibel” restoranının yerləşdiyi ünvana gəlsələr də, səlahiyyətli quruma yoxlamanın keçirilməsi üçün zəruri şərait yaradılmamışdır. Məhkəmədə tədqiq edilmiş iş materiallarından isə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qida X1-X17 tərəfindən Lerik rayonu Lənkəran-Lerik yolunun 22-ci km-də fəaliyyət göstərən “Çənlibel” restoranında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək planlı yoxlamanın keçirilməsi ilə bağlı “Yoxlamanın aparılması haqqında” xx.xx.2025-ci il tarixli, LRBPK-25/129 nömrəli qərar qəbul edilmişdir. Səlahiyyətli orqanın nümayəndələri qeyd olunan ünvana baxış üçün getmələrinə baxmayaraq, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində sahibkar Şəxs yoxlamanın həyata keçirilməsinə şərait yaratmamış, şikayətçi barədə məlumatın ona təqdim olunmasını tələb etmiş, yoxlayıcılar məlumatın reyestrdən əldə edə biləcəyini söyləsələr də, sahibkar yoxlamaya şərait yaratmamışdır, yoxlama sənədlərinin saxta olduğunu qeyd etmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar Şəxs İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini sübuta yetirməsinə kifayət etmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” 2 iyul 2013-cü il tarixli Azərbaycan Respublikasının Qanunun 1.1.5-ci maddəsinə görə plan üzrə (növbəti) yoxlama dedikdə risklərin idarə olunması sisteminə və yoxlamaların aparılmasının bu Qanunla müəyyənləşdirilmiş dövriliyinə uyğun olaraq əvvəlcədən tərtib olunan yoxlama planı əsasında aparılan yoxlama başa düşülür. Eyni Qanunun 9-cu maddəsinə görə plan üzrə (növbəti) yoxlamaların təşkili və aparılması məqsədilə sahibkarlar yüksək, orta və aşağı risk qruplarına bölünür. Sahibkarların risk qrupları üzrə bölgüsü risk qruplarının müəyyənləşdirilməsi meyarları əsasında yoxlayıcı orqan tərəfindən onun nəzarət sahəsinə uyğun aparılır və yoxladığı bütün sahibkarlara şamil edilir. Yoxlayıcı orqanın nəzarət sahəsi üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarları təsdiqlənməyibsə, həmin yoxlayıcı orqan plan üzrə (növbəti) yoxlama apara bilməz. Qanunun 15-ci maddəsində isə müəyyən edilir ki, plan üzrə (növbəti) yoxlama yoxlayıcı orqanın tərtib etdiyi və vahid məlumat reyestrinə daxil edilmiş illik plan əsasında və həmin planda göstərilən tarixlərdə aparılır. İllik yoxlama planı risklərin idarə olunması sisteminə və hər risk qrupu üçün ayrıca müəyyən edilən yoxlama dövriliyinə uyğun olaraq hazırlanır. Qanunun 17-ci maddəsində göstərilir ki, yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Qeyd edilən normaların təhlilindən müəyyən edilir ki, Azərbaycan Respublikası Qida X1-X17 yoxlamanı tam qanunauyğun formada təşkil etmiş, belə ki, 2025-ci il üzrə “Çənlibel” restoranında planlı yoxlama nəzərdə tutaraq bu barədə xx.xx.2025-ci il tarixli, LRBPK-25/129 nömrəli qərar qəbul etmiş, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərində səlahiyyətli orqanın nümayəndələri tərəfindən yoxlama aparılmağa cəhd edilsə də, “Çənlibel” restoranının sahibi tərəfindən buna imkan yaradılmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq həmin Məcəllənin 544.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən və inzibati məsuliyyətə səbəb olan əmələ inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə araşdırmalarında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu Şəxs istinad edilən inzibati məsuliyyətə səbəb olan əmələ qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası İXM-nin 544.1-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi və ya qida təhlükəsizliyi sahəsində dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanuna uyğun yoxlamaların və digər nəzarət tədbirlərinin keçirilməsinə maneçilik törədilməsinə və ya həmin məqsədlə səlahiyyətli şəxslərin yoxlama yerinə buraxılmamasına, yaxud həmin şəxslərin qanuni tələblərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs təqsiri tam sübuta yetirildiyinə görə vəzifəli şəxs qismində inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-nin 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-nin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-nin 17-ci maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən fiziki şəxslər də vəzifəli şəxslər hesab edilirlər. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-nin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 17, 40, 43, 48-50, 110, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs (VÖEN: **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, vəzifəli şəxs qismində 3000 (üç min) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-177/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-177/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver