Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-178/2024 23.08.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Lerik rayonu, Cəngəmiran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lerik rayonu, Cəngəmiran kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik Rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 23 avqust 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı və ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə polisin qanuni tələblərinə tabe olmamış, eləcə də, müayinə protokoluna əsasən narkotik vasitə olan kannobinoid istifadə etmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında 21 avqust 2024-cü il tarixli, 64 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X2 izahatında göstərmişdir ki, xx.xx.2024cü il tarixdə, saat təqribən 16:20 radələrində Lerik RPŞ-nin PPXB-nin polis nəfərləri X8 və X7 birlikdə dislokasiya üzrə Lerik-Zuvand yolunda xidmətdə olduqları zaman Lerik-Zuvand yolunun Cəngəmiran kəndindən keçən hissəsində “Vaz 2107” markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında bir nəfər şəxsin dayandığını və onun hərəkətlərində qeyri adekvatlıq olduğunu müşahidə etmişlər. Sürücünün narkotik vasitənin təsiri altında olması şübhəsi olduğu üçün həmin sürücünü şöbəyə təmin etdikləri zaman onlara müqavimət göstərmiş, şöbəyə gəlməkdən imtina etmiş, sürücüyə dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq həmin şəxs polisin qanuni tələblərinə məhəl qoymamışdır. Bu səbəbdən onun məcburi qaydada xidməti avtomobilə əyləşdirilərək şöbəyə gətirilməsi təmin edilmişdir. Şöbədə həmin şəxsin Lerik rayonu, Cəngəmiran kənd sakini Şəxs olduğu məlum olmuşdur. Daha sonra Şəxs Lənkəran rayonlararası Narkoloji xəstəxanasında müayinədən keçirmişlər, müayinə zamanı həmin şəxsin narkotik vasitə olan marixuana (kannobinoid) istifadə etdiyi müəyyən edilmişdir. Bu səbəbdən həmin şəxsin barəsində İXM-nin 206 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, o, xx.xx.2024cü il tarixdə Lerik-Zuvand yolunun Cəngəmiran kəndindən keçən hissəsində atasına məxsus avtomobilin yanında dayanmışdır. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları ona yaxınlaşmış, onu narkotik vasitənin təsiri altında olması şübhəsi ilə polis şöbəsinə dəvət etmişlər. O, da polis əməkdaşlarına narkotik vasitədən çoxdan istifadə etdiyini bildirmişdir. Bu səbəbdən o, məcburi qaydada xidməti avtomobilə əyləşdirilərək şöbəyə gətirilmişdir. O, narkotik vasitə istifadəçisi deyildir, narkotik vasitədən bir ay bundan əvvəl istifadə etmişdir. Hazırda əməlindən peşman olduğunu, ailəli olmaqla iki azyaşlı övladının olduğunu, övladlarından birinin xəstəliyinin olduğunu nəzərə alaraq barəsində yüngül inzibati tənbeh növünün seçilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə Şəxs özünü Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli protokolu tərtib etmiş orqanın nümayəndəsinin izahatı, raport və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə olunmuş Lerik RPŞ-nin PPXB-nin manqa komandiri, polis baş serjantı X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportundan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat təqribən 16:20 radələrində Lerik RPŞ-nin PPXB-nin polis nəfərləri X8 və X7 birlikdə dislokasiya üzrə Lerik-Zuvand yolunda xidmətdə olduqları zaman Lerik-Zuvand yolunun Cəngəmiran kəndindən keçən hissəsində “Vaz 2107” markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında bir nəfər şəxsin dayandığını və onun hərəkətlərində qeyri adekvatlıq olduğunu müşahidə etmişlər. Sürücünün narkotik vasitənin təsiri altında olması şübhəsi olduğu üçün həmin sürücü nü şöbəyə təmin etdikləri zaman onlara müqavimət göstərmiş, şöbəyə gəlməkdən imtina etmiş, sürücüyə dəfələrlə xəbərdarlıq etmələrinə baxmayaraq həmin şəxs polisin qanuni tələblərinə məhəl qoymamışdır. Bu səbəbdən o, məcburi qaydada xidməti avtomobilə əyləşdirilərək şöbəyə gətirilməsi təmin edilmişdir. Şöbədə həmin şəxsin Lerik rayonu, Cəngəmiran kənd sakini Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Lənkəran Rayonlararası Narkoloji Xəstəxanasının “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında” 21 avqust 2024-cü il tarixli, 001131 nömrəli Protokoldan görünür ki, Şəxs sidiyində kannobinoid aşkar edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı – qanunsuz olaraq narkotik vasitəni, psixotrop maddəni istehlakı etməsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı – polis əməkdaşlarının qanuni tələblərinə tabe olmaması tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı, həmçinin narkotik vasitə istifadə edərək Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) İş materiallarına əlavə edilmiş “Elektron Məhkəmə İnformasiya sistemi”ndən əldə olunmuş məlumatdan görünür ki, Şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X5 adlı uşaqları varldır. Məhkəmə, Şəxs əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsi tətbiq edilməklə onun barəsində təqsirli bilindiyi daha ciddi xəta olan Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinsin və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən barəsində 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-178/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-178/2024
23.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver