Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-2/2024 10.12.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi ilə, xx.xx.1987-ci il tarixdə Lerik şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş 01 mart 2022-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Lerik rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Lerik Rayon Məhkəməsinin 2(048)-106/2020 saylı, 12 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 1270 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq X1 xeyrinə ödənilməlidir. İş üzrə icra sənədləri Lerik rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və «icraata başlamaq haqqında» qərar qəbul edilmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinin tələbinə əsasən tələbin könüllü icrası haqqında borcluya icra məmurunun bildirişi göndərilmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq borclu ona verilmiş müddət ərzində icra sənədi üzrə tələbi təmin etməmişdir. Ona görə də, icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati protokol tərtib edilən şəxsə, zərərçəkmiş şəxsə və Lerik rayon İcra və probasiya şöbəsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə tərəflərin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 2(048)-106/2020 saylı, 12 noyabr 2020-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 1270 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan Lerik rayon Məhkəməsinin 3(048)-58/2022 saylı, 02 mart 2022-ci il tarixli qərarından görünür ki, inzibati xəta törədən şəxs Şəxs heç bir üzürlü səbəblər olmadan məhkəməyə gəlmədiyinə görə məcburi qaydada məhkəməyə gətirilməsi və iş üzrə icraat dayandırılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətala Məcəlləsinin 53.0.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda başlanmış icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 38.5-ci maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə, qanunvericiliyin qeyd edilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində inzibati materialın məhkəməyə daxil olmasından bir ildən artıq müddət keçdiyinə görə onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6, 38.5, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-2/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-2/2024
10.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver