Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-206/2025 30.07.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musayev Hökməli Oktay oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqan - Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Həsən Zeynalovun iştirakı ilə, xx.xx.1973-cü ildə Lerik rayonunun Molalan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Lerik rayonunun Molalan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Lerik Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM-nin) 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-442/2012 saylı, xx.xx.2012-ci il tarixli və Salyan Rayon Məhkəməsinin 2(057)-506/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Həsən Zeynalov tərəfindən Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə 30 iyul 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir.Həmin protokola əsasən Şəxsun Salyan Rayon Məhkəməsinin 2(057)- 442/2012 saylı, xx.xx.2012-ci il tarixli və Salyan Rayon Məhkəməsinin 2(057)-506/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqələrinə əsasən 9250 manat aliment borcu vardır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-442/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən 17 iyul 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2012-ci il tarixdən başlayaraq ondan hər ay 50 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi və Salyan Rayon Məhkəməsinin 2(057)-506/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Salyan Rayon Məhkəməsinin 2(057)-442/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək 17 iyul 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəsini aldıqdan sonra ondan hər ay 150 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qərara alınmışdır. Şəkər xəstəsidir. Gələcəkdə hissə-hissə alimenti ödəyəcəkdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin 2(057)-442/2012 saylı, xx.xx.2012-ci il tarixli icra vərəqəsinə əsasən 17 iyul 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2012-ci il tarixdən başlayaraq Şəxs hər ay 50 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi və Salyan Rayon Məhkəməsinin 2(057)-506/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Salyan Rayon Məhkəməsinin 2(057)-442/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək 17 iyul 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəsini aldıqdan sonra Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qərara alınmışdır.İcra vərəqəsi Lerik Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkara göndərilmişdir. Dəfələrlə borcluya məlum qətnamənin icra edilməsi bildirlsə də borclu aliment borcundan ödəniş etməmişdir.Hazırda borclu Şəxs üzərində 9250 manat ödənilməmiş aliment borcu vardır. Borclu Şəxs icra məmurunun qanuni tələbindən yayınaraq məhkəmə qərarının icrasını təmin etməmiş və üzərində olan aliment pulunu ödəməkdən yayınmışdır. İnzibati xəta haqqında iş üzrə icraat materiallarından görünür ki: Salyan Rayon Məhkəməsinin 2(057)-442/2012 saylı, xx.xx.2012-ci il tarixli saylı icra vərəqəsinə əsasən 17 iyul 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2012-ci il tarixdən başlayaraq Şəxs hər ay 50 manat sabit pul məbləğində aliment tutulub iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-506/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Salyan Rayon Məhkəməsinin 2(057)-442/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək 17 iyul 2009-cu il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəsini aldıqdan sonra Şəxs hər ay 150 manat sabit pul məbləğində aliment tutulub iddiaçıya verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında qərardan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-506/2024 saylı, xx.xx.2024-cü il tarixli tərəfindən verilmiş icra sənədi üzrə Lerik Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru H.Zeynalov tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, icraata başlamaq haqqında qərarın surəti Şəxs göndərilmiş, ona məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyəti izah olunmuşdur. Mərkəzləşdirilmiş informasiya sistemindən Çıxarışdan və izahatından görünür ki, Şəxs heç bir növ əmək pensiyası və sosial müavinət almır. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı, icra məmurunun ifadəsi, «inzibati xəta haqqında» protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 30 iyul 2025-ci il tarixli MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun tələblərini yerinə yetirməmiş, məhkəmə qətnaməsini üzrsüz səbəbdən icra etməmiş və bununla da o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə, inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən halları və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq inzibati xəta törətmiş şəxs Şəxs barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsini mümkün hesab edir. Qeyd olunanlara əsasən İXM-nin 40, 43, 53, 115 və 198-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Qərar dərhal icra olunsun. Həbsetmənin əvvəli «30 » iyul 2025-cü il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Lerik Rayon Polis Şöbəsinə həvalə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(048)-206/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-206/2025
30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver