Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-21/2024 23.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət verən şəxs X5 və qərarından şikayət verilmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin 21.11. 2023-cü il tarixli, MN ******* saylı qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəis müavini X10 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 21.11. 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə X11 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. X11 həmin qərardan Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə uyğun olaraq yaşayış yer üzrə Lerik Rayon Məhkəməsinə şikayət verib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran- Astara regional şöbəsinin rəis müavini X10 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 21.11. 2023-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı X11 şikayətini müdafiə edərək izahatında göstərdi ki, Lerik şəhər V.Müslümov küçəsində yerləşən “Ruslan Palace” şadlıq sarayı ona məxsusdur. Vergi ödəyicisidir. Şadlıq sarayında çalışan bütün əməkdaşların əmək müqaviləsi vardır. Lerik RPŞ-in əməkdaşlarının müəyyən etdiyi X6 və X13 şadlıq sarayında keçirilən şənlik üzrə toy sahiblərinin qohumlarıdır. Onlar şadlıq sarayının işçləri deyildir. X1 və X17 isə sarayın işçiləridir. xx.xx.2023-cü il tarixdə şadlıq sarayında toy olmuş X1 və X17 xx.xx.2023-cü il tarixdə ona müraciət edərək sarayda işləmək istədiklərini bildirmiş, onlarla xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanaraq ofisant kimi işə cəlb etmişdir. Hər iki müqavilə elektron sistemə işlənmişdir. Müqavilələri məhkəməyə təqdim etmişdir. Əli Quliyev isə onun şadlıq sarayında işləməmişdir. O qanaq kimi qohumunun toyuna gəlmişdir. Lerik RPŞ-in əməkdaşları onları güya şadlıq sarayında əmək müqaviləsiz işləyirlər kimi rəsmiləşdirirək əsassız müraciətlə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsinə müraciət etmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsi tərəfindən 21.11. 2023-cü il tarixli, MN ******* saylı qərarla İXM-in 192.1-ci maddəsi ilə 3000 manat cərimə edilmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəis müavini X10 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 21.11. 2023-cü il tarixli, MN ******* saylı qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin nümayəndəsi X7 izahatında göstərdi ki, Lerik rayon Polis Şöbəsi xx.xx.2023-cü il tarixli məktubla müfəttişliyə müraciət edərək müraciətlərində göstərmişlər ki, Lerik şəhərində fəaliyyət göstərən “Ruslan Palace” şadlıq sarayında yetkinlik yaşına çatmayan şəxslər heç bir əmək müqaviləsi olmadan işə qəbul edilərək ofisiant kimi işlədilmələri tərəflərindən müəyyən edilmişdir. Ona görə də, “Ruslan Palace” şadlıq sarayı barədə tədbir görülməsi üçün toplanmış material aiddiyyatı üzrə göndərilmişdir. Bu səbəbdən şadlıq sarayının sahibinə sarayda işləyən adları müraciətdə qeyd olunmuş şəxslərin əmək müqavilələrinin və zərurui sənədlərin müfəttişliyə göndərilməsi xahiş olunmuşdur. Müfəttişliyə göndərilmiş sənədlər araşdırldıqdan sonra müəyyən olmuşdur ki, sadlıq sarayının rəhbəri tərəfindən sözügedən işçilərin əmək müqavilələri polis “Ruslan Palace” şadlıq sarayında yoxlama aparandan sonra imzalanmışdır. Bu səbəbdən tərəfindən 14 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokola əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəis müavini X10 tərəfindən inzibati tənbeh vermə haqqında 21.11. 2023-cü il tarixli, MN ******* saylı qərar qəbul edilərək X11 3000 manat cərimə edilmişdir. Hesab edir ki, iznibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Ona görə də X5 qərarın ləğv edilməsi barədə şikayətinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclası zamanı yetkinlik yaşına çatmayan X13 anası X8 iştirakı ilə dindirilərkən izahatında göstərdi ki, o, məktəblidir. 14 oktyabr 2023-cü il tarixdə Lerik şəhərində yerləşən Ruslan şadlıq sarayına toya dəvət olunduqları üçün gəlmiş və toy mərasimində iştirak etmişdir. Həmin sarayda işləyən qohumu Cahangir Həbibovun yanında olarkən polis əməkdaşları onlara yaxınlaşmış və sarayda ofisiant kimi işləyibişləmədiyini soruşmuşdur. O, polislərə sarayada işlədmədiyini desə də, lakin polis əməkdaşları onun adınıda qeyd edərək getmişlər. Lakin xx.xx.2023-cü il tarixdə şadlıq sarayında toy olmuş onunla birlikdə X1 və X17 müqavilə bağlayaraq şadlıq sarayında ofisant kimi işləmişlər. Məhkəmə iclası zamanı X9 dindirilərkən izahatında göstərdi ki, o, Lerik şəhərində yerləşən Ruslan Şadlıq sarayında uzun müddətdir ki, “Ruslan Palace” şadlıq sarayında toy olan vaxtlarda müqavilə əsasında işləyir. Özü qazi olduğuna görə hazırda xatırlamır ki, X1 və X17 əvvəlki tarixlərdə sarayda işləyib-işləməmələrini bilmir. Məhkəmə iclası zamanı X1 dindirilərkən izahatında göstərdi ki, o, Lerik şəhərində yerləşən “Ruslan” Şadlıq sarayında xx.xx.2023-cü il tarixdə toy olduğu vaxt müqavilə əsasında işləmişdir. Məhkəmə iclası zamanı X17 dindirilərkən izahatında göstərdi ki, o, Lerik şəhərində yerləşən “Ruslan” Şadlıq sarayında toy olduğu vaxt xx.xx.2023-cü il tarixdə müqavilə əsasında işləmişdir. İş materiallarından olan “X4 ilə bağlı Əmək Müqaviləsi bildirişlərindən görünür ki, X1 və X17 işçi-ofisinat 13.102023-cü il tarixdə vaxtamuzd kimi işə qəbul olunmuş və bildiriş xx.xx.2023-cü il tarixdə imzalanmış və həmin müqavilələr elektron sistemə yerləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin müfəttişi X7 tərəfindən tərtib edilmiş 14 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X11 R.İsmayılzadə, E.Aslan və A.Ağamalızadə ilə əmək müqaviləsi bağlamadan, həmçinin Ə.Quliyevin 15 yaşına çatmadığı halda onları, işlərin və xidmətlərin görülməsinə cəlb etməklə Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci və 46-cı maddəsinin 4-cü hissəsinin tələblərini pozmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəis müavini X10 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 21.11. 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb, sübutlara obyektiv, hüquqi qiymət verərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2–135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edə bilər. Məhkəmə iclası zamanı işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Lerik RPŞin müraciəti əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin müfəttişi X7 tərəfindən X11 barəsində 14 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin prokol əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəis müavini X10 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 21.11. 2023-cü il tarixli, MN ******* saylı qərarı ilə X11 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi məhkəmə iclasında dindirlmiş şəxslərin izahatlarıdan və “X4 ilə bağlı Əmək Müqaviləsi bildirişlərindən məlum olur ki, adları qeyd olunan şəxslərlə xx.xx.2023-cü il tarixdə “Ruslan Palace” Şadlıq saryında işləmələri üçün əmək müqavilələri bağlanmaqla elektron sistemə yerləşdilmiş, digər yetkinlik yaşına çatmayan şəxslər isə toy günü toy sahibinin dəvəti ilə qonaq kimi şənlikdə iştirak etmək üçün orada olmuşlar. Məhz bu səbəbdən də məhkəmə hesab edir ki, şikayət təmin edilməli və X11 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin müfəttişi X2 14 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəis müavini X10 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında 21.11. 2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130, 133-134-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin müfəttişi X2 14 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Lənkəran-Astara regional şöbəsinin rəis müavini X10 tərəfindən X11 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında 21.11. 2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilsin. Həmin qərarın hüquqi nəticələri ləğv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-21/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-21/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver