Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-214/2025 06.08.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Lerik rayonu Veri Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, Lerik rayonu, Veri Əliabad kəndində kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayonunun Veri Əliabad kənd sakini Şəxs 13 iyun 2025-ci il tarixdə, saat 16:39 radələrində Azərbaycan Respublikası DİN-nin “102” XZM-yə zəng edərək, qaynatası Zərərçəkmiş şəxs adlı şəxsin onu döyməsi, silahla hədələməsi barədə məlumat vermişdir. Lənkəran RMX-nin həkimi X8 RPŞ-nə məlumat verərək, Lerik rayonunun Veri Əliabad kənd sakini 1970-ci il təvəllüdlü Zərərçəkmiş şəxs “sol döş qəfəsinin küt travması, sağ bel nahiyəsində qançır, sol baldır nahiyyəsində qançır, sıyrılmış yaralar” diaqnozu ilə xəstəxanaya daxil olmasını bildirmişdir. Lerik rayonunun Veri Əliabad kənd sakini Şəxs 17 iyun 2025-ci il tarixdə saat 11:14 radələrində Azərbaycan Respublikası DİN-nin “102” XZM-yə zəng edərək, qaynatası Zərərçəkmiş şəxs adlı şəxsin onu döyməsi, silahla hədələməsi barədə mərkəzə etdiyi müraciətlə bağlı Lerik RPŞ-yə ərizə yazması, lakin tədbirlər görülməməsinə narazılıq bildirmişdir. Şəxs xx.xx.2025-ci il tarixdə Lerik RPŞ-yə yazdığı ərizəsində göstərmişdir ki, həmin gün, saat 16:20 radələrində qaynatası Zərərçəkmiş şəxs həyətinə gələrək onu nalayiq ifadələrlə təhqir etmiş, başına yumruq zərbəsi vurmuş, onu yerdə sürümüş, həmçinin başına silah dayamışdır. O, Sərxoş vəziyyətdə olmuşdur. Bu barədə tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Lerik RPŞ-yə yazdığı ərizəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə gəlini Şəxs daş və ağac parçası ilə ona zərbə vuraraq xəsarət yetirmişdir. Bu barədə tədbir görülməsini xahiş etmişdir. Ərizə əsasında Lerik RPŞ-nin TQ-nun təhqiqatçısı, polis kapitanı X1 tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə 14 iyul 2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və vətəndaşlar Şəxs və Zərərçəkmiş şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmələri qərara alınmışdır. Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X3 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati protokol tərtib edərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında çıxış edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X3 izahatında 13 iyun 2025-ci il tarixdə, saat 16:20 radələrində Lerik rayonu Veri Əliabad ərazisində Şəxs Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəmnində mübahisə edərək daş və ağac parçası ilə ona zərbə vuraraq xəsarət yetirmişdir. Odur ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətanı etiraf edərək hazırda Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən toplanmış material üzrə qəbul edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Lənkəran rayonlarası MTE və PA şöbəsinin 23 iyun 2025-ci il tarixli, 55 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - döş qəfəsi nahiyəsində sıyrıq aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 11-12 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, 13 iyun 2025-ci il tarixdə Lerik rayonu Veri Əliabad ərazisində Şəxs ilə Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə baş vermiş, mübahisə zamanı Əliyev Şəxs Qurban Talıb oğlunu daş və ağac parçası ilə vuraraq, ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, Şəxs ilə barışmışdır və ona dəyən ziyan Şəxs tərəfindən ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs qızının əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışmışdır, ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-214/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-214/2025
06.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver