Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-215/2024 13.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Lerik rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “X4” sosial işçi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik Rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 13 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat təxminən 22:00 radələrində Lerik şəhərində xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 12 sentyabr 2024-cü il tarixli, protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan “Lerik Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 647 nömrəli arayışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 23:00-da spirtli içki qəbul edib-etməməsinə görə müayinə olunmuş və spirtli içki qəbul etməsi aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X2 izahatında göstərmişdir ki, raporta əsasən xx.xx.2024-cü il tarixdə, saat təqribən 22:00 radələrində Lerik RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid1 birlikdə dislokasiya üzrə Lerik şəhəri, H.Əliyev meydanında xidmətdə olduqları zaman bir nəfər şəxsin spirtli içkinin təsiri altında mobil telefonda danışaraq yüksək səslə nalayiq ifadələr işlətdiyini və ictimai qaydanı pozduğunu görmüşlər. Həmin şəxsi dəfələrlə intizama dəvət etmələrinə baxmayaraq həmin şəxs polisin qanuni tələblərinə heç bir məhəl qoymadan intizamsız hərəkətlərini davam etdirmişdir. Bu zaman YPX əməkdaşları onlara yaxınlaşmış və həmin şəxs ictimai qaydanı pozduğu üçün RPŞ-yə təmin edilmişdir. Şöbədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və onun barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Lerik şəhərinin mərkəzində telefonla danışan zaman qarşı tərəf ona nalayiq sözlər söylədiyi üçün o, da qarşı tərəfə nalayiq sözlər söyləmişdir. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları onu intizama dəvət etsələr də o, polisin qanuni tələblərinə heç bir məhəl qoymadan intizamsız hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobilə əyləşdirərək polis şöbəsinə gətirmişlər. Sonda o, əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təqribən 22:00 radələrində Lerik RPŞ-nin PPXB-nin polis nəfəri Şahid1 ilə birlikdə dislokasiya üzrə Lerik şəhəri, H.Əliyev meydanında xidmətdə olduqları zaman bir nəfər şəxsin spirtli içkinin təsiri altında mobil telefonda danışaraq yüksək səslə nalayiq ifadələr işlətdiyini və ictimai qaydanı pozduğunu görmüşlər. Həmin şəxsi dəfələrlə intizama dəvət etmələrinə baxmayaraq həmin şəxs onların qanuni tələblərinə heç bir məhəl qoymadan intizamsız hərəkətlərini davam etdirmişdir. Bu zaman YPX əməkdaşları onlara yaxınlaşmış və həmin şəxs ictimai qaydanı pozduğu üçün RPŞ-yə təmin edilmişdir. Şöbədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş edilmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Lerik RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat təqribən 22:00 radələrində Lerik RPŞ-nin PPXB-nin polis nəfərləri Şahid2 və Şahid1 birlikdə dislokasiya üzrə Lerik şəhəri, H.Əliyev meydanında xidmətdə olduqları zaman bir nəfər şəxsin spirtli içkinin təsiri altında mobil telefonda danışaraq yüksək səslə nalayiq ifadələr işlətdiyini və ictimai qaydanı pozduğunu görmüşlər. Həmin şəxsi dəfələrlə intizama dəvət etmələrinə baxmayaraq həmin şəxs polisin qanuni tələblərinə heç bir məhəl qoymadan intizamsız hərəkətlərini davam etdirmişdir. Bu zaman YPX əməkdaşları onlara yaxınlaşmış və həmin şəxs ictimai qaydanı pozduğu üçün RPŞ-yə təmin edilmişdir. Şöbədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat təxminən 22:00 radələrində Lerik şəhərinin mərkəzi meydanında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal, inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal hesab edir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etmir və onun barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilməli və inzibati həbs müddətinin əvvəli 12 sentyabr 2024-cü il tarixdən, saat 23:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 12 sentyabr 2024-cü il tarixdən, saat 23:30-dan hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin. Qərar dərhal icra olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-215/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-215/2024
13.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver