Məhkəmə qərarları › İş №3(048)-216/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-216/2024

16.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-216/2024 16.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Lerik rayonu, Blaband kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 16 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 21:30 radələrində Lerik rayonu Nizami küçəsində sərxoş vəziyyətdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İş materiallarında olan inzibati qaydada tutma haqqında 15 sentyabr 2024-cü il tarixli, protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan “Lerik Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 660 nömrəli arayışdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 22:05 radələrində spirtli içki qəbul edib-etməməsinə görə müayinə olunmuş və yüngül dərəcəli sərxoşluq aşkar olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, təqdim olunmuş raporta əsasən Lerik RPŞ-nin CAB-in əməliyyat müvəkkili Şahid xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında saat 21:30-da xidməti fəaliyyətini həyata keçirərkən həmin ərazidə yerləşən ərzaq məhsulu dükanının qarşısında tanımadığı bir nəfər şəxs ona “Sən kimsən? Sənin burda nə işin var? Kimin şoferisən?” və digər nalayiq sözlər işlətmişdir. O, bu zaman həmin şəxsə özünü təqdim etmiş, ona polis əməkdaşı olduğunu bildirmiş, lakin həmin şəxs onun sözlərinə məhəl qoymayaraq öz əməllərinə davam etmişdir. Bu zaman o, xidməti fəaliyyətinə uyğun olaraq dərhal Lerik RPŞ-nin NH-ə məlumat vermiş və həmin vaxtı xidməti ərazidə olan PPXB-nin polis nəfəri, polis baş serjantı X5 və PPXB-nin manqa komandiri, polis baş serjantı X3 həmin əraziyə yaxınlaşmışlar. Həmin şəxsə etdiyi əməlləri dayandırmağa və intizama dəvət etmişlər, lakin həmin şəxs polisin qanuni tələbinə məhəl qoymadığına görə tərəflərindən Lerik RPŞ-yə gətirilməsini təmin edilmişdir. Şöbədə aparılmış araşdırma zamanı həmin şəxsin Lerik rayonu Blaband kənd sakini Şəxs olması məlum olmuş, o tibbi müayinədən keçirilmiş, alkoqol sərxoşluğunun olduğu müəyyən edilmiş və həmin şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə toydan çıxaraq taksi ilə evə gedən zaman Lerik rayonunun mərkəzində yerləşən dükandan su almaq üçün düşmüş, dükana daxil olub sərin su istəmiş, bu zaman bir nəfər tanımadığı şəxs ona növbəsini gözləməsini bildirmiş, o isə takisinin gözlədiyini, tələsdiyini, kəndə getdiyini bildirmiş, bu zaman həmin şəxslə arasında mübahisə düşmüşdür. Həmin şəxs ona polis əməkdaşı olduğunu bildirmiş, onu intizama dəvət etsə də o, polisin qanuni tələblərinə heç bir məhəl qoymadan intizamsız hərəkətlərini davam etdirmişdir. Bundan sonra polis əməkdaşları onu xidməti avtomobilə əyləşdirərək polis şöbəsinə gətirmişlər. Sonda o, əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin CAB-in ə/m polis leytenantı Şahid izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında saat 21:30-da xidməti fəaliyyətini həyata keçirərkən həmin ərazidə yerləşən ərzaq məhsulu dükanının qarşısında tanımadığı bir nəfər şəxs ona “Sən kimsən? Sənin burda nə işin var? Kimin şoferisən?” və digər nalayiq sözlər işlətmişdir. O, bu zaman həmin şəxsə özünü təqdim etmiş, ona polis əməkdaşı olduğunu bildirmiş, lakin həmin şəxs onun sözlərinə məhəl qoymayaraq öz əməllərinə davam etmişdir. Bu zaman o, xidməti fəaliyyətinə uyğun olaraq dərhal Lerik RPŞ-nin NH-ə məlumat vermiş və həmin vaxtı xidməti ərazidə olan PPXB-nin polis nəfəri, polis baş serjantı X5 və PPXB-nin manqa komandiri, polis baş serjantı X3 həmin əraziyə yaxınlaşmışlar. Həmin şəxsə etdiyi əməlləri dayandırmağa və intizama dəvət etmişlər, lakin həmin şəxs polisin qanuni tələbinə məhəl qoymadığına görə tərəflərindən Lerik RPŞ-yə gətirilməsini təmin edilmişdir. Şöbədə aparılmış araşdırma zamanı həmin şəxsin Lerik rayonu Blaband kənd sakini Şəxs olduğu müəyyən edilmiş edilmişdir. Məhkəmə proses iştirakçılarının və şahidin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Lerik RPŞ-nin CAB-in ə/m polis leytenantı Şahid tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanında saat 21:30-da xidməti fəaliyyətini həyata keçirərkən həmin ərazidə yerləşən ərzaq məhsulu dükanının qarşısında tanımadığı bir nəfər şəxs ona “Sən kimsən? Sənin burda nə işin var? Kimin şoferisən?” və digər nalayiq sözlər işlətmişdir. O, bu zaman həmin şəxsə özünü təqdim etmiş, ona polis əməkdaşı olduğunu bildirmiş, lakin həmin şəxs onun sözlərinə məhəl qoymayaraq öz əməllərinə davam etmişdir. Bu zaman o, xidməti fəaliyyətinə uyğun olaraq dərhal Lerik RPŞ-nin NH-ə məlumat vermiş və həmin vaxtı xidməti ərazidə olan PPXB-nin polis nəfəri, polis baş serjantı X5 və PPXB-nin manqa komandiri, polis baş serjantı X3 həmin əraziyə yaxınlaşmışlar. Həmin şəxsə etdiyi əməlləri dayandırmağa və intizama dəvət etmişlər, lakin həmin şəxs polisin qanuni tələbinə məhəl qoymadığına görə tərəflərindən Lerik RPŞ-yə gətirilməsini təmin edilmişdir. Şöbədə aparılmış araşdırma zamanı həmin şəxsin Lerik rayonu Blaband kənd sakini Şəxs olduğu müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat təxminən 21:30 radələrində xx.xx.2024-cü il tarixdə ünvan 2ndə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 33.1.7-ci maddəsinə əsasən, inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Şəxs səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal, inzibati xətanı sərxoş halda törətməsini məsuliyyəti ağırlaşdıran hal hesab edir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin Şəxs xx.xx.2024-cü il tarixdən (saat 00:50-də) inzibati qaydada tutulduğunu, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, ona tətbiq olunmuş cərimə inzibati tənbehin həddi 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar