Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-218/2024 17.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru – X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Lerik rayonu, Orand kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Lerik rayonu, Orand kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lerik rayon İcra və Probasyia şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 17 sentyabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirmişdir ki, Lerik rayon Notariat Kontorunun 8i-33 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs 4000 (dörd min) manat məbləğində pul və 25 manat dövlət rüsumu tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2022-ci il tarixdə Lerik rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədi üzrə borclunun əmlak vəziyyəti yoxlanılmış, tələbin yönəldiləsi hər hansı əmlak müəyyən edilməmişdir. Borclu şəxs Şəxs Lerik rayonu, Orand kəndində yaşamadığından barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilmiş, borclu şəxs Lerik rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Lerik rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Borclu şəxslə borcun ödənilməsi ilə bağlı profilaktik söhbətlər aparılmış, lakin borclu şəxs heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 manat inzibati cərimə tətbiq edilmişdir. Bundan sonra borclu şəxs yenidən yaşayış yerini tərk etmişdir. Bu səbəbdən barəsində yenidən axtarış elan edilmiş və Lerik rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Lerik rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Borclu şəxsin izahatı alınmış və heç bir ödəniş edə bilməyəcəyini bildirmişdir. Bu səbəbdən barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 gün inzibati qaydada həbs tətbiq olunmuşdur. Yenidən borclu şəxsin əmlak və gəlirləri müəyyən edilərkən borclunun "xxxx" MMC-də işlədiyi müəyyən edilmişdir. Bu səbəbdən tələb onun əmək haqqına yönəldilmiş və əmək haqqından təqribən 1200-1300 manat tutulmalar aparılmışdır. Daha sonra borcu şəxs işdən azad olunduğuna görə tutulmalar dayandırılmış və bu səbəbdən icra sənədi yenidən Lerik Rayon İcra və Probasiya şöbəsinə qaytarılmışdır. Bundan sonra borclu şəxsin yaşayış yerini müəyyən etmək mümkün olmadığından barəsində yenidən axtarış elan edilmişdir. Borclu şəxs Lerik rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq Lerik rayon İcra və Probasiya şöbəsinə təhvil verilmişdir. Borclu şəxs borcundan 2200 manat ödəniş etmiş, 1825 manat isə ödənilməmiş borcu qalmışdır. Sonuncu ödənişi isə bugün etmiş, borcundan 500 manat ödəmişdir. İş üzrə tələbkar icra sənədinin icrasının təmin edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında pulu xəstəliyinin müalicəsi üçün aldığını, borcundan halhazırda 500 manat olmaqla ümumilikdə 2200 manat ödəniş etdiyini, 1825 manat ödənilməmiş borcunun qaldığını, səhhəti ilə əlaqədar mütəmadi işləyə bilmədiyini, himayəsində övladlarının olduğunu bildirərək nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Lerik rayon Notariat Kontorunun 8i-33 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Şəxs 4000 (dörd min) manat məbləğində pul və 25 manat dövlət rüsumu tutularaq X2 xeyrinə ödənilməlidir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(048)- 324/2024 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, borclu Şəxs borcundan 500 (beş yüz) manat məbləğində ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Lerik rayon Notariat Kontorunun 8i-33 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 4000 (dörd min) manat məbləğində pul və 25 manat dövlət rüsumu tutularaq X2 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Lerik rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra məmuru tərəfindən aparılmış icra tədbirləri nəticəsində Şəxs tərəfindən borc məbləğindən xx.xx.2024-cü il tarixdə 500 manat da daxil olmaqla olmaqla, ümumilikdə 2200 manat ödəniş olunmuş, hazırda 1825 manat ödənilməmiş borc məbləği qalmışdır. Qeyd edilən hallar icra məmuru və borclunun izahatı ilə də öz təsdiqi tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulduğunu, lakin borclu Şəxs borc məbləğindən xx.xx.2024-cü il tarixdə 500 manat da daxil olmaqla olmaqla, ümumilikdə 2200 manat ödəniş etməsini nəzərə alaraq, Şəxs izahatında göstərdiyi dəlillərini ağlabatan hesab edir və belə qənaətə gəlir ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əəsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.0.2, 48-51, 105.1, 114-117, 128-130 və 528.1-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-218/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-218/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver