Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-221/2025 04.09.2025 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 Qərarından şikayət verilmiş şəxs Lerik rayon YPX-nin inspektoru, polis serjantı Allahverdiyev Elşənin iştirakı ilə, xx.xx.1989-cu ildə Lənkəran, Avrora qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Lənkəran, Hirkan qəsəbəsində qeydiyyatda olan və yaşayan X1 Azərbaycan Respublikası Lerik Lerik rayon PŞ-ni YPX-i tərəfindən tərtib edilmiş EQ 29599945 saylı, xx.xx.2025 saylı inzibati xəta haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Azərbaycan Respublikası Lerik rayon Lerik rayon PŞ-ni YPX-i tərəfindən «HUNDAİ İ30» minik markalı “** CF ***” dövlət qeydiyyat nişanlı özünə məxsus avtomobili idarə edən X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə «inzibati xəta haqqında» xx.xx.2025-ci il tarixli, EQ 29599945 saylı protokol tərtib olunmuşdur. Qeyd edilən protokoldan X3 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Lerik rayon Lerik rayon PŞ-ni YPX-i tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29599945 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Həmin qərardan görünür ki, X3 xx.xx.2025-cü il tarixdə saat 16:44:38 radələrində «HUNDAİ İ30» minik markalı “** CF ***” dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Qərarından şikayət verilmiş şəxs Lerik rayon YPX-nin inspektoru, polis serjantı Allahverdiyev Elşən tərtib etdiyi protokulu müdafiə edərək, X2 məxsus «HUNDAİ İ30» minik markalı “** CF ***” dövlət qeydiyyat nişanlı avtomobili Lerik rayon 40-cı kilometr ərazisində maşınların gəliş istiqaməti üzrə saxlayaraq digər avtomobillərin hərəkət istiqamətinə maneçilik yaradaraq Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir.Həmin istiqamətdə Dayanmaq-durmaq qadağan edici nişanların olub olmadığını bilmir. Şikayət vermiş şəxs X3 məhkəmə iclası zamanı şikayətini müdafiə edərək bildirdi ki, Lerik rayon 40-cı kilometr ərazisində özünə məxsus minik avtomobilini yolun kenarında saxlayaraq, Bobo ocağı adlanan əraziyə daxil olduqdan sonra mobil telefonuna İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı məlumat gəlmiş və 72 manat cərimə olunmuşdur.Həmin ərazidə dayanmaq və durmaq hərəkətinə qadağan edən heç bir nişan qoyulmamışdır.Barəsində tərtib olunmuş protokolun və qərarın heç bir hüquqi əsası olmadığından xx.xx.2025-ci il tarixli, EQ 29599945 saylı qərar ləğv edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Lerik rayon Lerik rayon PŞ-ni YPX-nin tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29599945 saylı inzibati xəta haqqında protokola əsasən yazılmış qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması üçün səlahiyyətli orqana qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Beləliklə tərəflərin izahatlarından və iş materiallarından müəyyən olunmuşdur ki, Zaur Rəhimov xx.xx.2025-ci il tarixdə Lerik rayon 40-cı kilometr ərazisində «HUNDAİ İ30» minik markalı “** CF ***” dövlət qeydiyyat nişanlı avtomobili yolun kənarında saxlayarkən Lerik RPŞ-nın YPX-nin əməkdaşı tərərfindən yolun hissəsinin kənarında ikinci və sonuncu cərgələrində dayandığına görə 346.4-cü maddəsi ilə protokol tərtib edilmişdir.Lakin həmin nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonuncu cərgələrində dayanması barədə və həmin yerdə dayanmaq və durmaq qadağandır nişanların olub olmaması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.Bununla əlaqədar məhkəmə hesab edir ki,mühum əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığından həmin qərar ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxilması üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası 134.1.4-cü məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 133-cü və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Lerik rayon PŞ-ni YPX-i tərəfindən X3 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29599945 saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş qərarı Azərbaycan Respublikası İXM-nin 134.1.4-cu maddəsinə əsasən ləğv edilsin və inzibati xəta haqqında işin baxılması üçün Lerik RPŞ-nə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(048)-221/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-221/2025
04.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver