Məhkəmə qərarları › İş №3(048)-222/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-222/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-222/2024 18.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Lerik rayonunda kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 18 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Lerik şəhəri “Nur” şadlıq sarayının qarşısında ünvansız nalayiq söyüşlər söymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X7 izahatında göstərmişdir ki, raporta əsasən xx.xx.2024-cü il tarixdə, saat təqribən 21:15 radələrində Lerik RPŞ-nin PPXB-nin polis nəfərləri X11, X3 və X4 ilə birlikdə xidmətdə olduqları zaman Lerik şəhəri, H.Əliyev meydanının yaxınlığında yerləşən “Nur” Şadlıq sarayının qarşısında iki nəfər şəxsin yüksək səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai asayişi pozduqlarını görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq onları intizama dəvət etmişlər və ictimai qaydanı pozan şəxslərdən biri şöbəyə gətirilmiş, lakin Fərid adlı şəxs toyda iştirak edən digər şəxslərin oraya toplaşmasından istifadə edərək həmin ərazidən uzaqlaşdır. Daha sonra həmin şəxslərin Şəxs və X6 olduqları müəyyən edilmiş və onlar barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında X6 ilə toyda mahnı sifarişi üstündə mübahisəsinin düşdüyünü, X1 təhqir etmədiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X11 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təqribən 21:15 radələrində Lerik RPŞ-nin PPXB-nin polis nəfərləri X3 və X4 ilə birlikdə xidmətdə olduqları zaman Lerik şəhəri, H.Əliyev meydanının yaxınlığında yerləşən “Nur” Şadlıq sarayının qarşısında iki nəfər şəxsin yüksək səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai asayişi pozduqlarını görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq onları intizama dəvət etmişlər və ictimai qaydanı pozan şəxslərdən biri RPŞ-yə təmin edilmiş, lakin Fərid adlı şəxs toyda iştirak edən digər şəxslərin oraya toplaşmasından istifadə edərək həmin ərazidən uzaqlaşdır. Həmin şəxslərdən birinin Lerik şəhər sakini X6 olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X4 şahid X8 izahatına oxşar izahat vermişdir. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə Şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli protokolu tərtib etmiş orqanın nümayəndəsinin, şahidlərin izahatları və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə olunmuş Lerik RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı X11 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat təqribən 21:15 radələrində Lerik RPŞ-nin PPXB-nin polis nəfərləri X3 və X4 ilə birlikdə xidmətdə olduqları zaman Lerik şəhəri, H.Əliyev meydanının yaxınlığında yerləşən “Nur” Şadlıq sarayının qarşısında iki nəfər şəxsin yüksək səslə ünvansız nalayiq ifadələr işlədərək ictimai asayişi pozduqlarını görmüşlər. Həmin şəxslərə yaxınlaşaraq onları intizama dəvət etmişlər və ictimai qaydanı pozan şəxslərdən birini RPŞ-yə təmin edilmiş, lakin Fərid adlı şəxs toyda iştirak edən digər şəxslərin oraya toplaşmasından istifadə edərək həmin ərazidən uzaqlaşdır. Həmin şəxslərdən birinin Lerik şəhər sakini X6 olduğu müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Lerik şəhəri “Nur” şadlıq sarayının qarşısında ünvansız nalayiq söyüşlər söydüyünə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar