Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-227/2024 23.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X7, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Ucar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Lerik rayonu, Xocadoy kəndində kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayonunun Xocadoy kənd sakini Şəxs 20 avqust 2024-cü il tarixdə, saat 13:09da Azərbaycan Respublikasının DİN-in 102 XZM-nə məlumat verərək Vazeh adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Lerik rayonunun Xocadoy kənd sakini X30 20 avqust 2024-cü il tarixdə Lerik RPŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 20 avqust 2024-cü il tarixdə, saat 12:45 radələrində Zərərçəkmiş şəxs çəpər payası ilə sağ əlinin ovuc hissəsinə və sol ayağının çanaq hissəsinə xəsarət yetirmişdir. Bu barədə tədbir görülməsini xahiş edir. Lerik rayonunun Amburdərə kənd sakini Zərərçəkmiş şəxs 20 avqust 2024-cü il tarixdə Lerik RPŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 20 avqust 2024-cü il tarixdə Lerik rayonunun Xocadoy kənd sakinləri Şəxs və X31 onu döyərək xəsarət yetirmi və təhqir etmişdir. Bu barədə tədbir görülməsini xahiş edir. Lerik rayonunun Amburdərə kənd sakini Zərərçəkmiş şəxs 20 avqust 2024-cü il tarixdə, saat 13:23-də Azərbaycan Respublikasının DİN-in 102 XZM-nə məlumat verərək Ənvər və Namiq adlı şəxslə arasında mübahisə olması barədə məlumat vermişdir. Lerik RMX-nin həkimi Qafarov Lerik RPŞ-yə 20 avqust 2024-cü il tarixdə, saat 15:10- da telefon məlumatı verərək Lerik rayonunun Xocadoy kənd sakini 1956-cı il təvəllüdlü X15 “sağ qolun pəncə içinin sıyrılmış yarası, sol budun çanaq nahiyəsinin zədəsi” diaqnozu ilə xəstəxanaya daxil olmasını bildirdi. Deməsinə görə döyülmüşdür. Lerik RMX-nin həkimi Qafarov Lerik RPŞ-yə 20 avqust 2024-cü il tarixdə, saat 15:10da telefon məlumatı verərək Lerik rayonunun Xocadoy kənd sakini 1968-ci il təvəllüdlü Şəxs “sağ əlin said bilək nahiyyəsinin zədəsi, sağ çənənin zədəsi” diaqnozu ilə xəstəxanaya daxil olmasını bildirdi. Deməsinə görə döyülmüşdür. Lerik rayonunun Xocadoy kənd sakini X31 20 avqust 2024-cü il tarixdə, saat 13:09də Azərbaycan Respublikasının DİN-in 102 XZM-nə məlumat verərək xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs paya ilə onu döyməsi, həmin vaxt mobil telefonunun yerə düşməsi və Vazehin telefonu sındırması, onu öldürməklə hədələməsindən şikayət etmişdir. Şikayətlər əsasında Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti X31 və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Lerik RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X21 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati protokol tərtib edərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X11 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 20 avqust 2024-cü il tarixdə Lerik rayonunun Xocadoy kənd sakinləri Şəxs və onun qaynatası X16 Lerik rayonunun Amburdərə kənd sakini Zərərçəkmiş şəxs ilə sonuncunun qeyri-qanuni subarteziyan quyuları qazması barədə Ənvər Rzayevin ekologiyaya şikayət etməsi səbəbi ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı Şəxs təpik zərbəsi ilə Zərərçəkmiş şəxs sinə nahiyəsinə zərbə vurmuş, X30 isə yerdən daşı götürərək Zərərçəkmiş şəxs Mirslam oğlunun qarnının sağ hissəsinə vurmuş, bu xüsusatlar müvafiq ekspert rəyləri ilə də təsdiq edilmişdir. Göstərilənləri nəzərə alaraq X16 barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Lerik rayonunun Xocadoy kəndində yaşayır. Zərərçəkmiş şəxs tanıyır. Onunla arasında narazılıq vardır. Belə ki, qaynatası X2 ekologiyaya şikayət etmişdir. Ekologiyanın Xəzər adlı işçisi digər adını bilmədiyi işçi ilə birlikdə Lerik rayonunun Amburdərə kəndinin giriş hissəsinə gəlmişlər. O, qaynatası Ənvərlə birlikdə oraya getmişdir. Vazeh bir neçə dəqiqədən sonra oraya əlində çəpər payası ilə gəlmiş, heç bir səbəb olmadan onları təhqir etməyə başlamışdır. Vazeh əvvəlcə paya ilə qaynatasının başına zərbə vurmuş, qaynatası əli ilə zərbənin qarşısını almışdır. Daha sonra paya ilə onun sol ayağının çanaq nahiyəsinə zərbə vurmuş, Xəzər və yanındakı ekologiya işçisi onları ayırmışdır. Həmin vaxt o bir qədər aralıda olmuş, davanı görüb oraya yaxınlaşmışdır. Vazeh ona tərəf gəlmiş, onu təhqir edib çənəsinin sağ hissəsinə bir yumruq zərbəsi vurmuş, əlindəki paya ilə isə sağ əlinin üst hissəsinə də bir dəfə vurmuşdur. Vazeh onlara xəsarət yetirəndən sonra oranı tərk etmişdir. Hadisə zamanı orada başqa heç kəs olmamışdır. O, çənə və sağ əlinin üst nahiyəsindən xəsarət almışdır. O, Zərərçəkmiş şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Lerik rayonunun Amburdərə kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Şəxs və X22 tanıyır, onlarla arasında narazılıq vardır. Belə ki, Ənvər Rzayev ondan ekologiyaya şikayət etdiyi üçün ekologiyanın işçiləri kəndinə gəlmişlər. Həmin vaxt o, özünə məxsus birinci əkin sahəsində olan zaman Ənvərlə Namiq onun yanına gəlib ona ekologiyanın işçiləri gəlib quyularını dolduracaqlar demişlər. Həmin vaxt orada aralarında mübahisə düşmüş, o Ənvərlə mübahisə edən zaman Namiq təpik zərbəsi ilə onun qarın nahiyəsinə zərbə vurmuşdur. Daha sonra Ənvər yerdən daşı götürmüş və onun qarnının sağ hissəsinə vurmuş, o sancıdan yerə əyləşmişdir. Bu zaman Namiqlə Ənvər yaxınlıqda olan Arif Qurbanov, Bayram Məmmədov və Rahib Məmmədovun onun yanına gəldiklərini görüb hadisə yerini tərk edərək asfalt yola tərəf getmişlər. Orada ekologiyanın Xəzər adlı işçisi və adını bilmədiyi digər işçi onları gözləmişlər. O bir qədər sonra özünə gəlib Xəzərin yanına getmiş, həmin vaxt Namiqlə Ənvər orada olmuş və ona məxsus arteziyan su quyusunu özbaşına doldurmaq istəmişlər. O, onlara irad bildirmiş, aralarında bir az mübahisə baş vermiş və əbəyaxa olmuşlar. Xəzərgil onları ayırmış və Namiqlə Ənvər oranı tərk edib getmişlər. Hazırda şikayətçi olduğunu, Şəxslə barışığın olmadığını nəzərə alaraq, onun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X5 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, materiala əlavə edilmiş Lənkəran rayonlarası MTE və PA şöbəsinin 20 avqust 2024-cü il tarixli, 65 saylı ekspert rəyində göstərilmişdir ki, Şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Materiala əlavə edilmiş Lənkəran rayonlarası MTE və PA şöbəsinin 21 avqust 2024-cü il tarixli, 66 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - döş qəfəsi, qarın nahiyələrində qançırlar aşkar edilmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 1 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Materiala əlavə edilmiş Lənkəran rayonlarası MTE və PA şöbəsinin 20 avqust 2024-cü il tarixli, 66 saylı ekspert rəyində göstərilmişdir ki, X17 bədəni üzərində - sağ əl nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni paya ilə (ağac parçası) vurma nəticəsində əmələ gələ bilməsi az inandırıcıdır. Daha çox qabarıq bərk küt əşyaya toxunma və ya sürtünmə nəticəsində əmələ gələ bilər, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə Şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli protokolu tərtib etmiş orqanın nümayəndəsinin, zərərçəkmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, araşdırma zamanı iş materialları, o cümlədən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla və qərarda göstərilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Lerik rayonunun Xocadoy kənd sakinləri Şəxs və X30 20 avqust 2024-cü il tarixdə Lerik rayonunun Amburdərə kənd sakini Zərərçəkmiş şəxs ilə sonuncunun qeyri-qanuni subarteziyan quyuları qazması barədə Ənvər Rzayevin ekologiyaya şikayət etməsi səbəbi ilə aralarında baş vermiş mübahisə zamanı Şəxs təpik zərbəsi ilə Zərərçəkmiş şəxs sinə nahiyəsinə zərbə vurmaqla, X30 isə yerdən daşı götürərək Zərərçəkmiş şəxs Mirslam oğlunun qarnının sağ hissəsinə vurmaqla döyərək, yəni ona qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişlər. Məhkəmə Şəxs “Zərərçəkmiş şəxs onu təhqir edib çənəsinin sağ hissəsinə bir yumruq zərbəsi vurması, əlindəki paya ilə isə sağ əlinin üst hissəsinə də bir dəfə vurması” barədə izahatına münasibət bildirərək qeyd edir ki, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X9 hadisə ilə bağlı izahatı alınmış və o, izahatında Şəxs, X31 və Zərərçəkmiş şəxs tanıdığını, onlarla arasında əvvəllər narazılıq olmadığını, X15 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə ərizə yazaraq Zərərçəkmiş şəxs məxsus qanunsuz qazdırdığı 4 ədəd subarteziyan quyusunun doldurulması barədə məlumat verdiyini, ərizə ilə bağlı araşdırma aparmaq məqsədi ilə onunla birlikdə məsləhətçi-müfəttiş işləyən iş yoldaşı X12 ilə birlikdə xx.xx.2024-cü il tarixdə Lerik rayonunun Amburdərə kəndinə gediklərini, kəndin girişində Şəxs, X31 və Zərərçəkmiş şəxs gözlədiklərini, əvvəlvcə X34 idarə etdiyi “Niva” markalı avtomobil ilə onların yanına gəldiklərini, bir neçə dəqiqədən sonra Vazeh idarə etdiyi “Vaz 2101” markalı avtomobili ilə onların yanına gəldiyini, Vazehin avtomobilinin arxa oturacağından 1 ədəd ağac parçası götürərək oraya gəldiyini, Vazehin Ənvərə quyular ona məxsus deyil, qardaşına məxsusdur dediyini, bu məqsədlə Ənvərlə Namiqə iradını bildirdiyini, Ənvər də Vazehə vaxtilə ona məxsus subarteziyan quyularını onun etdiyi şikayət əsasında doldurulduğunu, Ənvərlə Vazehin əlbəyaxa olduğını, daha sonra Ənvərin Məftunla birlikdə təxminən 100 metr kənara tərəf getdiyini, Namiqin Vazehlə əlbəyaxa olduğunu, onları ayırdığını, Ənvər Məftunla oraya qayıdandan sonra Namiq Ənvərlə oranı tərk etdiyini, daha sonra o Məftunla oranı tərk etdiyini, Vazehin hadisə yerində qaldığını, Ənvər və Namiqin düzgün izahat vermədiyini, Vazeh onların yanında Ənvərlə Namiqə xəsarət yetirmədiyini bildirmişdir. Eyni zamanda materiala əlavə edilmiş Lənkəran rayonlarası MTE və PA şöbəsinin 20 avqust 2024-cü il tarixli, 65 saylı ekspert rəyində göstərilmişdir ki, Şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi vardır, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi inzibati xətaya görə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növünün aşağı həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov İş № 3(048)-1726/2023 Məhkəmə İclasının Protokolu Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Lerik RPŞ-nin sahə inspektoru, polis mayoru X6, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs - X3, zərərçəkmiş şəxs - X4 iştirakları ilə, X27 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala 24 avqust 2023-cü il tarixdə Bakı şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılır. Məhkəmə iclası saat 16:10-da başlandı. Sədrlik edən məhkəmə iclasını açır və baxılacaq materialı elan edir. Sədrlik edənin göstərişi əsasında məhkəmə iclasının katibi məruzə edərək bildirir ki, məhkəmə iclasına inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis kapitanı X23, zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X27 gəlmişlər. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətini müəyyən edir: X27– xx.xx.1998-ci il tarixdə Qazax rayonu, Orta Salahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, ünvan 5 ünvanında yaşayan. İnzibati xəta haqqında protokolu tərtib etmiş şöbənin nümayəndəsinin şəxsiyyətini müəyyən edir - Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis kapitanı X23. Zərərçəkmiş şəxs: X18 (AZE ********) xx.xx.1989-cu il təvəllüdlü, Bakı şəhəri, Səbail rayonu,İ.Ağayev Küç,3 ,140 ünvanında yaşayan. Sədrlik edən məhkəmə tərkibini və məhkəmə iclas katibini elan edir: Sədrlik edən X28, katib X8. Etiraz daxil olmadı. Sədrlik edən elan proses iştirakçılarına hakimə və məhkəmə iclas katibinə etiraz etmək hüququnu, bunun üçün qanunla nəzərdə tutulmuş əsasları və qaydanı izah edir: Etiraz daxil olmur. Sədrlik edənin s/c X27: - Barəmdə tərtib olunmuş inzibati xəta haqqında protokol ilə tanış olmuşam. Sədrlik edən, Azərbaycan Respublikası İXM-nin 61-cı maddəsinə əsasən nəzərdə tutulmuş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin prossesual hüquq və vəzifələrini izah edir. - Hüquq və vəzifələrim aydındır. - Xeyr, müdafiəçiyə ehtiyacım yoxdu. Məhkəmədə öz hüquqlarımı özüm müdafiə edəcəyəm. Sədrlik edən, Azərbaycan Respublikası İXM-nin 62-ci maddəsinə əsasən nəzərdə tutulmuş zərər çəkmiş şəxsin prossesual hüquq və vəzifələrini izah edir. Zərərçəkmiş şəxs hüquq və vəzifələr ona aydın olduğunu bildirdi. Sədrlik edən proses iştirakçılarından məhkəmə araşdırılmasına qədər hər hansı vəsatətlərin olub-olmamasını soruşur: Proses iştirakçıları məhkəmə araşdırılmasına qədər vəsatətlərinin olmadığını bildirirlər. Sədrlik edənin s/c X27: - İnzibati xəta haqqında protokolun mahiyyəti mənə aydındır. Bu iş üzrə özümü təqsirli bilmirəm. Sədrlik edən İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxsə söz verir: Bakı şəhəri Səbail RPİ-nin 41-ci polis bölməsinin sahə inspektoru, polis kapitanı X23: - Hörmətli hakim, tərtib etdiyim protokolu müdafiə edərək X27 barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş edirəm. Sual daxil olmadı. Sədrlik edən zərər çəkmiş şəxsə izahat verməyi təklif edir. Zərərçəkmiş şəxs: - Hörmətli hakim, xx.xx.2023-cü il tarixdə saat 13.20 radələrində işlədiyim “Fidan studio” gözəllik salonunda olan zaman iş yoldaşım Şəfa Hacıyeva ilə aramızda olan mübahisə zəminində Şəfa Hacıyeva, onun qızı Fidan və qardaşının həyat yoldaşı Ayşən məni döymüşlər. Hazırda şikayətçiyəm, F.Abdullayeva ilə barışmadığımı nəzərə alaraq, X13 barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edirəm. Sual daxil olmadı. Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə izahat verməyi təklif edir. X13 izahatı: - Hörmətli hakim, X1 Şəfa Saday qızını təhqir etdiyiyinə görə onu sakitləşdirmək üçün ona yaxınlaşdım və nəticədə aramızda mübahisə və dava-dalaş yaranmışdır. Əməlimdən peşman olduğumu bildirərək barəmdə yüngül inzibati tənbeh tədbiq edilməsini xahiş edirəm. Sədrlik edənin sualına X13 cavabı: - Xeyr, hər hansı bir xəstəliyim ya da əlilliyim yoxdur. Əlavə sual daxil olmadı. Sədrlik edən inzibati xəta haqqında iş materiallarını araşdırır. Sədrlik edən proses iştirakçılarından vəsatətlərin olub-olmamasını araşdırır. Vəsatət daxil olmur. Sədrlik edən tərəflərin mülahizəsini nəzərə alaraq sübutların tədqiq olunmasının ardıcıllığını müəyyən edir. Sədrlik edən işdə olan sənədləri elan edir. Sədrlik edən tərəflərin məhkəmə tədqiqatının materiallarını daha nə ilə tamamlamağı arzu etdiklərini soruşur. Vəsatət daxil olmadı. Sədrlik edən işə mahiyyəti üzrə baxılmasının qurtardığını elan edir və tərəflərin çıxışlara hazır olub-olmamasını soruşur. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs: – Çıxışa hazıram. Zərərçəkmiş şəxs: – Çıxışa hazıram. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: – Çıxışa hazıram. Sədrlik edən məhkəmə çıxışlarının başlandığını elan edir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs: – X27 barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş edirəm. Zərərçəkmiş şəxs: – X27 barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: – Barəmdə yüngül inzibati tənbeh tədbiq edilməsini xahiş edirəm. Sədrlik edən çıxışla əlaqədar, tərəflərin replika çıxışından istifadə etmək hüquqlarının olduğunu bildirir. Əlavə olmadı. Məhkəmə inzibati xəta haqqında materialı nəzərdən keçirir. Məhkəmə müşavirə otağına gedir, qayıdarkən qərar elan olunur, qərardan şikayət və ya protest vermək hüquq və qaydaları izah olunur. Sədrlik edən məhkəmə iclasını saat 16:20-də bağlı elan edir. Məhkəmə iclas protokolu xx.xx.2023-cü il tarixdə tərtib olundu. Sədrlik edən: Rəna Qafarova Məhkəmə iclas katibi: Pərvin Paşazadə
Məhkəmə qərarları › İş №3(048)-227/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-227/2024
23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver