Məhkəmə qərarları › İş №3(048)-228/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-228/2024

23.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-228/2024 23.09.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1956-cı il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, Lerik rayonu, Xocadoy kəndində kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lerik rayonunun Xocadoy kənd sakini X6 20 avqust 2024-cü il tarixdə, saat 13:09-da Azərbaycan Respublikasının DİN-in 102 XZM-nə məlumat verərək Vazeh adlı şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Lerik rayonunun Xocadoy kənd sakini Şəxs 20 avqust 2024-cü il tarixdə Lerik RPŞnə ərizə ilə müraciət edərək bildirmişdir ki, 20 avqust 2024-cü il tarixdə, saat 12:45 radələrində Zərərçəkmiş şəxs çəpər payası ilə sağ əlinin ovuc hissəsinə və sol ayağının çanaq hissəsinə xəsarət yetirmişdir. Bu barədə tədbir görülməsini xahiş edir. Lerik rayonunun Amburdərə kənd sakini Zərərçəkmiş şəxs 20 avqust 2024-cü il tarixdə Lerik RPŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 20 avqust 2024-cü il tarixdə Lerik rayonunun Xocadoy kənd sakinləri X6 və Şəxs Talib oğlu onu döyərək xəsarət yetirmi və təhqir etmişdir. Bu barədə tədbir görülməsini xahiş edir. Lerik rayonunun Amburdərə kənd sakini Zərərçəkmiş şəxs 20 avqust 2024-cü il tarixdə, saat 13:23-də Azərbaycan Respublikasının DİN-in 102 XZM-nə məlumat verərək Ənvər və Namiq adlı şəxslə arasında mübahisə olması barədə məlumat vermişdir. Lerik RMX-nin həkimi Qafarov Lerik RPŞ-yə 20 avqust 2024-cü il tarixdə, saat 15:10- da telefon məlumatı verərək Lerik rayonunun Xocadoy kənd sakini 1956-cı il təvəllüdlü Şəxs Talib oğlunun “sağ qolun pəncə içinin sıyrılmış yarası, sol budun çanaq nahiyəsinin zədəsi” diaqnozu ilə xəstəxanaya daxil olmasını bildirdi. Deməsinə görə döyülmüşdür. Lerik RMX-nin həkimi Qafarov Lerik RPŞ-yə 20 avqust 2024-cü il tarixdə, saat 15:10da telefon məlumatı verərək Lerik rayonunun Xocadoy kənd sakini 1968-ci il təvəllüdlü X3 “sağ əlin said bilək nahiyyəsinin zədəsi, sağ çənənin zədəsi” diaqnozu ilə xəstəxanaya daxil olmasını bildirdi. Deməsinə görə döyülmüşdür. Lerik rayonunun Xocadoy kənd sakini Şəxs Talib oğlu 20 avqust 2024-cü il tarixdə, saat 13:09-də Azərbaycan Respublikasının DİN-in 102 XZM-nə məlumat verərək xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs paya ilə onu döyməsi, həmin vaxt mobil telefonunun yerə düşməsi və Vazehin telefonu sındırması, onu öldürməklə hədələməsindən şikayət etmişdir. Şikayətlər əsasında Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs Talib oğlu və X6 barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün Lerik RPŞ-nin İTB-yə göndərilməsi qərara alınmışdır. Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X11 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati protokol tərtib edərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X7 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, 20 avqust 2024-cü il tarixdə Lerik rayonunun Xocadoy kənd sakinləri X6 və onun qaynatası Şəxs Lerik rayonunun Amburdərə kənd sakini Zərərçəkmiş şəxs ilə sonuncunun qeyri-qanuni subarteziyan quyuları qazması barədə Şəxs ekologiyaya şikayət etməsi səbəbi ilə aralarında mübahisə baş vermiş, mübahisə zamanı X6 təpik zərbəsi ilə Zərərçəkmiş şəxs sinə nahiyəsinə zərbə vurmuş, Şəxs isə yerdən daşı götürərək Zərərçəkmiş şəxs Mirslam oğlunun qarnının sağ hissəsinə vurmuş, bu xüsusatlar müvafiq ekspert rəyləri ilə də təsdiq edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Lerik rayonunun Xocadoy kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. Zərərçəkmiş şəxs tanıyır, onunla arasında narazılıq vardır. Belə ki, o, Zərərçəkmiş şəxs ekologiyaya şikayət etmiş, ekologiyanın Xəzər adlı işçisi digər adını bilmədiyi işçi ilə Lerik rayonunun Amburdərə kəndinin giriş hissəsinə gəlmişlər. O, kürəkəni X6 birlikdə oraya getmiş, Vazeh bir neçə dəqiqədən sonra oraya əlində çəpər payası ilə gəlmiş, Vazeh heç bir səbəb olmadan onları təhqir etməyə başlamışdır. Zərərçəkmiş şəxs əvvəlcə paya ilə onun başına zərbə vurmuş, o əli ilə zərbənin qarşısını almış, Vazeh sonra paya ilə onun sol ayağının çanaq nahiyəsinə zərbə vurmuş, Xəzər və yanındakı ekologiya işçisi onları ayırmışdır. Həmin vaxt Namiq bir qədər aralıda olmuş, Namiq davanı görüb oraya yaxınlaşmış, Vazeh Namiqə tərəf getmiş, onu təhqir edib çənəsinin sağ hissəsinə bir yumruq zərbəsi vurmuş, əlindəki paya ilə isə Namiqin sağ əlinin üst hissəsinə də bir dəfə paya ilə vurmuşdur. Vazeh onlara xəsarət yetirəndən sonra oranı tərk etmiş, hadisə zamanı orada başqa heç kəs olmamışdır. O, Zərərçəkmiş şəxs vurmamış, ona heç bir xəsarət yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Lerik rayonunun Amburdərə kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə orada yaşayır. X6 və Şəxs tanıyır, onlarla arasında narazılıq vardır. Belə ki, Şəxs ondan ekologiyaya şikayət etdiyi üçün ekologiyanın işçiləri kəndinə gəlmişlər. Həmin vaxt o, özünə məxsus birinci əkin sahəsində olan zaman Ənvərlə Namiq onun yanına gəlib ona eklogiyanın işçiləri gəlib quyularını dolduracaqlar demişlər. Həmin vaxt orada aralarında mübahisə düşmüş, o Ənvərlə mübahisə edən zaman Namiq təpik zərbəsi ilə onun qarın nahiyəsinə zərbə vurmuşdur. Daha sonra Ənvər yerdən daşı götürmüş və onun qarnının sağ hissəsinə vurmuş, o sancıdan yerə əyləşmişdir. Bu zaman Namiqlə Ənvər yaxınlıqda olan Arif Qurbanov, Bayram Məmmədov və Rahib Məmmədovun onun yanına gəldiklərini görüb hadisə yerini tərk edərək asfalt yola tərəf getmişlər. Orada ekologiyanın Xəzər adlı işçisi və adını bilmədiyi digər işçi onları gözləmişlər. O bir qədər sonra özünə gəlib Xəzərin yanına getmiş, həmin vaxt Namiqlə Ənvər orada olmuş və ona məxsus arteziyan su quyusunu özbaşına doldurmaq istəmişlər. O, onlara irad bildirmiş, aralarında bir az mübahisə baş vermiş və əbəyaxa olmuşlar. Xəzərgil onları ayırmış və Namiqlə Ənvər oranı tərk edib getmişlər. Hazırda şikayətçi olduğunu, Şəxslə barışığın olmadığını nəzərə alaraq, onun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardan görünür ki, materiala əlavə edilmiş Lənkəran rayonlarası MTE və PA şöbəsinin 20 avqust 2024-cü il tarixli, 65 saylı ekspert rəyində göstərilmişdir ki, X4 bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Materiala əlavə edilmiş Lənkəran rayonlarası MTE və PA şöbəsinin 21 avqust 2024-cü il tarixli, 66 saylı ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində - döş qəfəsi, qarın nahiyələrində qançırlar aşkar edilmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni bərk küt əşyalarla vurma nəticəsində əmələ gələ bilərdi, müddəti müayinədən 1 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Materiala əlavə edilmiş Lənkəran rayonlarası MTE və PA şöbəsinin 20 avqust 2024-cü il tarixli, 66 saylı ekspert rəyində göstərilmişdir ki, X10 bədəni üzərində - sağ əl nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni paya ilə (ağac parçası) vurma nəticəsində əmələ gələ bilməsi az inandırıcıdır. Daha çox qabarıq bərk küt əşyaya toxunma və ya sürtünmə nəticəsində əmələ gələ bilər, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə Şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli protokolu tərtib etmiş orqanın nümayəndəsinin, zərərçəkmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetirilir. Belə ki, araşdırma zamanı iş materialları, o cümlədən xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla və qərarda göstərilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Lerik rayonunun Xocadoy kənd sakinləri X6 və Şəxs 20 avqust 2024-cü il tarixdə Lerik rayonunun Amburdərə kənd sakini Zərərçəkmiş şəxs ilə sonuncunun qeyri-qanuni subarteziyan quyuları qazması barədə Şəxs ekologiyaya şikayət etməsi səbəbi ilə aralarında baş vermiş mübahisə zamanı X6 təpik zərbəsi ilə Zərərçəkmiş şəxs sinə nahiyəsinə zərbə vurmaqla, Şəxs isə yerdən daşı götürərək Zərərçəkmiş şəxs Mirslam oğlunun qarnının sağ hissəsinə vurmaqla döyərək, yəni ona qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişlər. Məhkəmə Şəxs “Zərərçəkmiş şəxs əvvəlcə paya ilə onun başına zərbə vurması, onun əli ilə zərbənin qarşısını alması, Vazehin sonra paya ilə onun sol ayağının çanaq nahiyəsinə zərbə vurması, Xəzər və yanındakı ekologiya işçisinin onları ayırması” barədə izahatına münasibət bildirərək qeyd edir ki, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X5 hadisə ilə bağlı izahatı alınmış və o, izahatında X6, Şəxs Talib oğlu və Zərərçəkmiş şəxs tanıdığını, onlarla arasında əvvəllər narazılıq olmadığını, Şəxs Talib oğlunun 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə ərizə yazaraq Zərərçəkmiş şəxs məxsus qanunsuz qazdırdığı 4 ədəd subarteziyan quyusunun doldurulması barədə məlumat verdiyini, ərizə ilə bağlı araşdırma aparmaq məqsədi ilə onunla birlikdə məsləhətçi-müfəttiş işləyən iş yoldaşı X8 ilə birlikdə xx.xx.2024-cü il tarixdə Lerik rayonunun Amburdərə kəndinə gediklərini, kəndin girişində X6, Şəxs Talib oğlu və Zərərçəkmiş şəxs gözlədiklərini, əvvəlvcə X16 idarə etdiyi “Niva” markalı avtomobil ilə onların yanına gəldiklərini, bir neçə dəqiqədən sonra Vazeh idarə etdiyi “Vaz 2101” markalı avtomobili ilə onların yanına gəldiyini, Vazehin avtomobilinin arxa oturacağından 1 ədəd ağac parçası götürərək oraya gəldiyini, Vazehin Ənvərə quyular ona məxsus deyil, qardaşına məxsusdur dediyini, bu məqsədlə Ənvərlə Namiqə iradını bildirdiyini, Ənvər də Vazehə vaxtilə ona məxsus subarteziyan quyularını onun etdiyi şikayət əsasında doldurulduğunu, Ənvərlə Vazehin əlbəyaxa olduğını, daha sonra Ənvərin Məftunla birlikdə təxminən 100 metr kənara tərəf getdiyini, Namiqin Vazehlə əlbəyaxa olduğunu, onları ayırdığını, Ənvər Məftunla oraya qayıdandan sonra Namiq Ənvərlə oranı tərk etdiyini, daha sonra o Məftunla oranı tərk etdiyini, Vazehin hadisə yerində qaldığını, Ənvər və Namiqin düzgün izahat vermədiyini, Vazeh onların yanında Ənvərlə Namiqə xəsarət yetirmədiyini bildirmişdir. Eyni zamanda materiala əlavə edilmiş Lənkəran rayonlarası MTE və PA şöbəsinin 20 avqust 2024-cü il tarixli, 66 saylı ekspert rəyində göstərilmişdir ki, X10 bədəni üzərində - sağ əl nahiyəsində sıyrıqlar aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni paya ilə (ağac parçası) vurma nəticəsində əmələ gələ bilməsi az inandırıcıdır. Daha çox qabarıq bərk küt əşyaya toxunma və ya sürtünmə nəticəsində əmələ gələ bilər, müddəti müayinədən bir neçə saat əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi vardır, onun əməli Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi inzibati xətaya görə cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, altmış beş yaşına çatmasını nəzərə alaraq, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növünün aşağı həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsinin qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar