Məhkəmə qərarları › İş №3(048)-229/2023

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-229/2023

09.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-229/2023 09.08.2023 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və tələbkar X2 iştirakı ilə iştirakı ilə, xx.xx.1963-cü ildə Lerik rayonunun Babaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Lerik rayonunun Babaküçə kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə Lerik rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Lerik rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(048)-1214/2017 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclası zamanı Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, Lerik rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(048)-1214/2017 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs tərəfindən iddiaçı X2 evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdehin vəsaiti hesabına istinad divarının çəkilməsi, cavabdeh Şəxs iddiaçıya məxsus qoz ağacının bəhrəsinə görə 150 manat pul, qoz ağacının taxta və oduncağna görə 309.41 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat, alınaraq iddiaçı X3 verilməsi qərara alınmışdır. İcra vərəqəsi Lerik Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkara göndərilmişdir. Hazırda borclu Şəxs icra vərəqəsi üzrə öhdəliyi icra etməkdən imtina edir. Borclu Şəxs icra məmurunun qanuni tələbindən yayınaraq məhkəmə qərarının icrasını təmin etməmiş və üzərində olan öhdəliyi icra etməkdən yayınmışdır. Göründüyü kimi borclu icra vərəqəsinin icrasını təmin etməyərək icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, həqiqətən də Lerik rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(048)-1214/2017 saylı icra vərəqəsinə əsasən iddiaçı X2 evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında onun vəsaiti hesabına istinad divarının çəkilməsi, həmçinin ondan iddiaçıya məxsus qoz ağacının bəhrəsinə görə 150 manat pul, qoz ağacının taxta və oduncağna görə 309.41 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat, alınaraq iddiaçı X3 verilməsi qərara alınmışdır. Belə ki, icra vərəqəsini icra etmək üçün onun heç bir maddi imkanı yoxdur.Göstərilənləri nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar X5 izahatında göstərdi ki, Lerik rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(048)-1214/2017 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs tərəfindən evinin aşağı hissəsini qazması nəticəsində sürüşməyə məruz qalmış torpağın qarşısında cavabdehin vəsaiti hesabına istinad divarının çəkilməsi, cavabdeh Şəxs ona məxsus qoz ağacının bəhrəsinə görə 150 manat pul, qoz ağacının taxta və oduncağna görə 309.41 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30 manat, alınaraq onun xeyrinə verilməsi qərara alınmışdır. Lakin borclu məhkəmə qətnaməsin icra etməkdən boyun qaçırır. Odur ki, borclu barəsində qanuni tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. İş materiallarından müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İİ qrup əlil olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilərkən İXM-in 30.2-ci maddəsi tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, İİ qrup əlil olmasını (orqanizmin funksiyalarının 61-80 faiz itirməsini) və iş üzrə məsuliyyəti yüngülləşdirən halın olmasını və məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar