Məhkəmə qərarları › İş №3(048)-232/2023

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-232/2023

25.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-232/2023 25.09.2023 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İnzibati icraat aparan şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1, 237.1, 239, 266.2, 271 və 275.1.1-ci maddələri ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X12 tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 234.0.1, 237.1, 239, 266.2, 271 və 275.1.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 11 avqust 2023-cü il tarixli MN № ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi nümayəndəsi X7 izahatında göstərdi ki, Lerik-Broyler” MMC-də aparılan yoxlamalarda qeyri-obyektivliyə yol verilir, guya inzibati pozuntulara yol verilməsinə dair əsassız olaraq protokollar tərtib edilir. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müfəttişi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 234.0.1. maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında 19 iyul 2023cü il tarixli MN N ******* saylı protokol tərtib olunmuşdur. Həmin protokol əsassız olduğundan məhkəmənin 31 iyul 2023-cü il tarixli qərari ilə inzibati xəta haqqinda iş üzrə icraata xitam verilmişdir. Qərardan narazı qalan 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəmə qərarı elan olunan gün, yəni iyulun 31-də Lerik-Broyler” MMCdə İnzibati Xətalar Məcəlləsinin 233.1 və 264.0.1. maddələrində nəzərdə tutulmuş inzibati xətanın törətməsi haqqında protokol tərtib etmiş və məhkəmə tərəfindən 09 avqust 2023cü il tarixdə həmin protokola əsasən MMC barəsində cərimə tətbiq olunmuşdur. Yenə də məhkəmə qərarı elan olunan gün, yəni avqustun 09-da Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yoxlama başlanmış və İnzibati xəta haqqında protokol tərtib olunmaqla “istehsal fəaliyyətinin müvəqqəti dayandırılması” bərədə də 14 avqust 2023-ci il tarixli qərar qəbul edilmişdir. Azərbaycan Resbublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət ekoloji təhlükəsizlik xidməti tərəfindən Lerik-Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətində 2023-cü il 09-11 avqust tarixlərində “Ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyə əməl olunması yoxlanılmış, yoxlamanın nəticəsinə dair 11 avqust 2023-cü il tarixli akta əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1, 237.1, 239, 266.2, 271 və 275.1.1- ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi nəticəsinə gəlinərək həmin tarixli MN ******* saylı protokol tərtib olunmuş, həmçinin “istehsal fəaliyyətinin müvəqqəti dayandırılması” bərədə 14 avqust 2023-ci il tarixli qərar qəbul edilmiş, qərarın surəti MMC-yə avqust ayının 24 -də təqdim edilməklə 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ izah olunmuş, bu qərardan 22 sentyabr 2023-cü ildə məhkəməyə şikayət verilmişdir. Belə ki, xx.xx.2013-cü il tarixdə müəssisəyə 5 il müddətinə verılmiş “Atmosfer sənədi və xx.xx.2013-cü il tarixdə 3 il müddətinə verılmiş “Atmosfer havasının zərərli maddələrin atılmasına xüsusi icazə sənədinin vaxtı keçsə də, yenisi ilə əvəzlənməsi təmin olunmamışdır. Bundan əlavə, müəssisənin “Atıla bilən tullantı həddi (ABTH)” normativ sənədi və “Ekoloji pasportu” mövcud deyildir. Bununla bağlı qeyd olunmalıdır ki, müəssisə 2019-2022-ci illər ərzində fəaliyyətini dayandırmışdır və yalnız 2022-ci ilin sonları yenidən fəaliyyətə başlamışdır. Bu müddət ərzində də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən müəssisəyə təqdim olunmuş elektron hesab fakturasına əsasən Nazirliyə ödənilməli olan ödənişlər vaxtı-vaxtında ödənilımişdir. Necə ola bilər ki, pulun ödənilməsi ilə bağlı müəssisəyə faktura göndərilir və pul göçürülür, lakin nəzarətedici orqan kimi maddəsi də göstərilmiş sənədin müddətinin uzadılması ilə bağlı MMC-yə bildiriş göndərilməmiş və ya məlumat verilməmişdir. Qeyd olunmalıdır ki, yuxarıda göstərilən normativ sənədlər mövcuddur, lakin vaxtları uzadılmamışdır. Nəzərə alınmalıdır ki, xx.xx.2023-cü il tarixində, yəni yoxlamadan əvvəl, bu sənədlərin vaxtının uzadılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekspertiza idarəsinə MMC tərəfindən müraciət olunmuş və buna cavab olaraq bildirilmişdir ki, həmin sənədlərin hazırlanması ilə bağlı işlər davam etdirilir. Həmçinin qeyd unmalıdır ki, müəssisə 10 il əvvəl tikilərək fəaliyyət göstərir.Bu müddət ərzində müəssisədə dəfələrlə yoxlamalar aparılmışdır . Ekoloji rəy olmadan ekoloji pasport verilmir. Ekoloji pasport müəssisədə tikinti qurtardıqdan sonra lahiyə sənədlərinə verilmiş ekologiya rəyinə uyğun tikilmiş obyektə verilir. X2 tam və aydın şəkildə Quşçuluq Kompleksində tullantıların təkrar istehsalı sexinin mövcud olması, sexdə 11 işçinin işləməsi və bu sexin 700 kv m olması əks olunmuşdur . xx.xx.2023-cü il tarixində ETSN-nin əməkdaşı Bəxtiyar Seyidov ETSNnin 1 saylı RT-nin əməkdaşları Xəzər Babazadə, Hikmət Babazadə, Lerik rayon İcra hakimiyyətinin əməkdaşı və Piran kəndi nümayəndəsi istirakları ilə tullantıların təkrar istehsalı və arıtma sexində istehsal prossesi ilə tanış olmuşlar. Elə həmin gün Lerik rayonu prokrorluğunun müstəntiqi bu sexin istehsal prossesi ilə tanış olmuş istehsalat prossesi video və fotolentə alınmışdır. Tullantıların təkrar istehsalından toyuq unu alınması, tullantı suların əvvəlcə buxara, sonra izə buxarın qoxusu tutularaq iysizləşdirilib suyun durulması və şəffaf suya çevrilməsinin şahidi olmuşlar.Vergi, DSMF, Statistika, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı hesabatların verilməsinə, bu sahədə tələb olunan icazə sənədlərinin alınması və s. müəssisənin Baş mühasibi X4 həvalə olunmuşdur. Baş mühasib Qurbanzadə Umid bu hesabatların verilməməsini və icazə sənədlərinin müddətinin vaxtında uzadılmamasını müəssisənin uzun müddət fəaliyyət göstərməməsi ilə izah etmiş və bildirmişdir ki, icazə sənədlərinin müddəti uzadılmasa belə, Ekologiya Nazirliyinin ödənişləri elektron faktura əsasında vaxtı-vaxtında həyata keçirilmişdir. Umid Qurbanzadə yol verdiyi nöqsanlara görə rəhbərlik tərəfindən töhmətlə cəzalandırılmışdır. Broyler kompleksində suya olan təlabat inkubator sexinin yaxınlığında qazılmış subartezian quyusundan və Lənkərançay çayından götürülən suyun hesabına ödənilir. Lakin subartezian quyusunun qazılmasına görə X11sının rəyi alınmamışdır. Müəssisənin suya olan təlabatı, Ekoloji pasportda qeyd olunduğu kimi, bulaq suları ilə ödənilir. İnkubator sexinin yaxınlığında heç bir artezian quyusu qazılmamış, Ləkər çayının suyundan da istifadə olunmur. Yoxlama nəticəsində ETSN-nə MMC tərəfindən yazılmış şikayətdən sonra ETSN-nin 1 saylı RT-nin əməkdaşı müəssisəyə bunları dəqiqləşdirmək üçün gəlmiş və bulaq suyundan başqa digər mənbəələrin suyundan istifafadə olunmaması təsdiq olmuşdur.Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 56 nömrəli qərarı ilə təsdiq edilmiş “Su mühafizə zonalarının, onların sahil mühafizə zolaqlarının ölçülərinin, sərhədlərinin və istifadəsinin müəyyən edilməsi” Qaydaları”nın tələblərinə zidd olaraq Lənkərançay çayının mühafizə zonasında tikilmişdir.Müəssisəyə verilmiş Ekoloji Pasportda müəssisə 4 təhlükəlilik sinifinə (200 m) aid olduğu bildirilir, lakin yoxlayıcılar yoxlama aktında əsassız olaraq müəssisənin 3 təhlükəlilik sinifinə (100 m) aid olduğunu yazmışlar ki, müəssisənin yerləşdiyi ərazi SMZ normalarının pozulmasına gətirib çıxaran olçülərə uyğun olsun. Ekoloji Pasportdan da göründüyü kimi tərəflərindən heç bir SMZ Normaları pozulmamışdır. X9 verildiyi halda, yoxlama aktında guya Ekoloji Pasportunun olmamasının yazılması faktı yoxlayıcıların onlara qarşı qərəzli mövqedə olmasını və yalan məlumatlar əsasında qeyri-obyektiv olaraq inzibati xəta haqqqında protokol tərtib olunmasını təsdiq edir.Nazirlər Kabinetinin xx.xx.2003-ci il tarixli 41 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhlükəli tullantıların pasportlaşdırılması Qaydası”na əsasən cəmiyyət tərəfindən təhlükəli tullantıların inventarlaşdırılması və pasportlaşdırılması işi həyata keçirilməmişdir. Bununla bağlı qeyd olunur ki, müəssisə yarandığı gündən Ekologiya və Təbii sərvətlər Nazirliyi tərəfindən dəfələrlə yoxlamalar keçirilmişdir, lakin təhlükəli tullantıların inventarlaşdırılması və pasportlaşdıırılması ilə bağlı müəssisəyə heç bir tələb, göstəriş və ya tövsiyyə xarakterli məktub daxil olmamışdır. Qanunun 9-cu (tullantıların emalı şərtləri) və 11-ci (tullantıların yerləşməsinə tələblər) maddələrinin tələbləri pozularaq Müəssisə ilə Lerik rayon kommunal X3 arasında xx.xx.2021-ci il tarixli 16 nömrəli müqavilə bağlansa da, həmin tullantıların müvafiq qaydada çeşidlənərək xüsusi tutumlara yığılması və daşınması təmin edilməmiş, sexlərdə formalaşan quş zılı nəqliyyat vasitələri ilə daşınıraq Piran-Zəriküməco avtomobil yolunun sağ kənarında qalaqlanmışdır.Qeyd olunmalıdır ki, tullantıların daşınması barədə Lerik rayon KMİB arasında 01 may 2023-cü il tarixli müqavilə bağlanmış və bu müqavilə əsasında gün ərzində müəssisədə yığılan tullantılar növbəti günün əvvəlində Lerik KMİB-nin əməkdaşları tərəfindən müəssisə ərazisindən toplanaraq aparılır. Yoxlama aktından da göründüyü kimi yoxlayıcılar bu faktın saat 19:30 radələrində olmasını göstərirlər.Yoxlayıcılar həmçinin müəssisədə formalaşan quş zılının Piran Zərikuməcə avtomobil yolunun sağ tərəfində qalaqlanmasını göstərirlər. Həmin yer MMC-in ərazisinin sərhədlərindən kənarda yerləşir. Həmin qalaqlanmış peyin bir neçə il bundan əvvəl İltifat Yaqubov tərəfindən yığılmış və o buna görə İXM-nə müvafiq olaraq cəzalandırılmışdır. Həmin şəxs MMC ilə bağlanmış müqavilə əsasında peyini ora daşıyıb aparır və məyyən müddət saxlayıb zərərləşdirdikdən sonra kənarda istifadə edirdi.Lakin cərimələndikdən sonra bu işi dayandırdı və həmin peyinlər indi də orada qalır.MMC yenidən fəaliyyətə başladıqdan sonra isə müxtəlif fiziki şəxslərlə bağladığları müqavilə əsasında onlar qabaqcadan fermalarda formalaşan quş zılının çıxarılacağı vaxtı öyrənərək həmin günü öz maşınları ilə gəlib peyini Salyan və Cəlilabad rayonlarə ərazisində əkin sahələrində istifadə etmək üçün aparırlar .11 avqust 2023-cü il tarixli yoxlama aktında həmçinin göstərilir ki, 2023-cü il 09 avqust tarixində saat 19.30 darələrində MMC-nin kəsim sexində mövcud olan “Rendrinq” qurğusundan pis iy-qoxunun gəldiyi hiss olunmuşdur. Bununla bağlı qeyd olunur ki, "xxxx" MMC müasir tipli quş əti istehsal edən kompleksi olmaqla 2013-cü ildən fəaliyyət göstərir. Kompleksə inkubator sexi, broyler sexləri, kəsimxana, tullantıların təkrar istehsalı sexi və sair daxildir. Toyuqlar kəsilib qablaşdırıldıqdan sonra istehsalatdan çıxan qan, toyuq atqıları və sair “Rendrinq” sexində 850 dərəcə buxarla bişirilərək toyuq unu alınır. Yoxlama aparılarkən 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları və polis sahə rəisinin iştirakları ilə tərtib olunmuş 10 avqust 2023-cü il tarixli aktdan görünür ki, istehsal prosesində bişirmə qazanından 10-15 metr müsafədə yemək qoxusuna bənzər qoxu hiss olunurdu. Buna səbəb ventilyasiya avadanlığında korroziya nəticəsində cüzi sızma olmuşdur və həmin nasazlıq orada aradan qaldırılmışdır. İstehsalat prosesində heç bir digər nasazlq və pozuntu olmamışdır. MMC-nin ekoloji pasportundan da görünür ki, istehsal kompleksində sexində tələb olunan təmizləyici qurğular quraşdırılmışdır.Hesab edir ki, MMC barəsində tərtib olunmuş 11 avqust 2023-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsassız olmalqa iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı izahat verən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi X10 izahatında göstərdi ki, Lənkəran rayon Təngivan kənd sakinlərinin şikayəti əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Lerik rayonu Piran kəndində yerləşən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinə gedərək MMC-nin çirkab sularının çaya axıdılması və kəsim zamanı pis iy qoxunun ətrafa yayılması yoxlanılmış və həmin hallar aşkar ediıməmişdir. Lakin MMC əməkdaşlarından atmosfer havasına atılan tullantılarla bağlı xüsusi icazəyə dair sənəd tələb olunsa da əməkdaşlara heç bir sənəd verilməmişdir. Ona görə də MMC barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərəflərindən tərtib edilmiş iznibati xəta haqqında protokol qanuni və əsaslı olmaqla Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etdi. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, təqdim olunmuş sübutlarla əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1, 237.1, 239, 266.2, 271 və 275.1.1-ci maddələriində nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X12 tərəfindən Tərtib edilmiş 11 avqust 2023-cü il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası “X15 haqqında” Qanunun, “İstehsalat və Məişət tullantıları haqqında” Qanunun, “Atmosfer havasının mühafizəsi haqqında” Qanunun və ”Su Məcəlləsinin” tələblərinin pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1, 237.1, 239, 266.2, 271 və 275.1.1-ci maddələri ilə inzibati xəta törətmişdir. İş materiallarında olan Lerik Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 3(048)- 213/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. İş materiallarında olan 22 noyabr 2022-ci il tarixli “Alqı-Satqı Müqaviləsin”dən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X17 arasında “ toyuq zılı” nın Lerik Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərazisindən daşınması üçün müqavilə bağlanmışdır. İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli “Alqı-Satqı Müqaviləsin”dən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti ilə X8 arasında “ toyuq zılı” nın Lerik Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərazisindən daşınması üçün müqavilə bağlanmışdır. İş materiallarında olan 01 may 2023-cü il tarixli 16 saylı "xxxx"dən görünür ki, Lerik Rayon Kommunal X3 ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin arasnda xx.xx.2023-ü il tarixdən xx.xx.2023-cü il tarixədək Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin “məişət tullantılarının yığılması və ləğvi ilə bağlı” üçün müqavilə bağlanmışdır. İş materiallarında olan 01 iyun 2023-cü il tarixli "xxxx"dən görünür ki, Lənkəran şəhər Mənzil İstismar və Kommunal Müəssisələr İdarəsi ilə Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin arasnda xx.xx.2023-ü il tarixdən xx.xx.2023-cü il tarixədək Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin “çirkab suların daşınması” üçün müqavilə bağlanmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Lerik RPŞ-in sahə rəisi Rəhman Cahangirovun, Lerik Broyler MMC-in istehsalat müdiri Fəzayıl Mazanovun, Lerik Broyler MMC-in kəsim sexinin direktoru Emil Şiriyevin, 1 saylı RETSİ-in məsləhtçi müfəttişi Xəzər Babazadənin və 1 saylı RETSİ-in aparıcı məsləhtçi müfəttişi Hikmət Məhərəmovun iştirakları ilə tərtib olunmuş AKT-dan görünür ki, xx.xx.2023-ci il tarixinində "xxxx" MMC-nin Lerik rayonu Piran kəndində yerləşən Kəsimxanasında istehsal prosesi tam olaraq müşahidə edilmiş, istehsal zamanı əmələ gəlmiş qan və toyuq atqılarının sirkulyasiya olunan su ilə kanallar şəbəkəsi vasitəsiylə atqı hovuzuna axıdılaraq, oradanda xüsusi pompa vasitesiyle F 159 çaplı boruyla Rendring sexində olan 70 tonluq separator bunkerinə vurulur. Bunkerdə bərk madaler qalmaqla kanalar şəbəkəsində daimi su dövriyəsin həyata keçirmək üçün su sirkulyasiya edilir İstehsal prosesində heç bir su, qan, ve toyuq atqılarının çaya və ya şamboya axıdılması, kəsimxana rəhbərliyinin təklifi əsasında Rendring sexində iş prosesinə müşaidə etmək üçün, kəsim prosesi bitdikdən sonra rendring sexində kəsimxanadan rendrinqin separator bunkerində saxlanılan su, qan və toyuq atqılarının bişirilməsi prosesinə müşaidə etmək üçün iş bitdikdən sonra rendring sexində bişirmə prosesini, rendrinqdə bütün istehsal prosesi avtomatlaşdırılmış şəkildə operator tərəfindən kompüterlə idarə olunması, buxar qazanından 850 C derece ve 6 Bar təzyiq altında buxar bişirmə qazanına verilməklə separator bunkerindən su, qan və toyuq atqıları helezon vasitəsiylə bişirmə qazanına verilməsi, bişirilmə prosesi zamanı əmələ gələn buxar ilk öncə siklon tankından keçərək, oradan isə 2 ədəd soyuducu kondisionerden və atsorbenlərdən keçməklə qoxunun itirilməsi və kondensatlaşdırılaraq suya çevirilib kanalizasiya borusuna axıdılması, istehsal prosesində bişirmə qazanından 10-15 metr məsafədə bişmiş yemək qoxusuna bənzər qoxunun hiss olunması, kanalizasiya borusuna axıdılan su ərazidə quraşdırılmış şambolara axması müşahidə ediləsə də, kəsimxanadakı kəsim prosesi zamanı çaya çıxan boruda heç bir axıntının olmamasının müşahidə edilədiyi kimi, rendrinqdə su, qan və toyuq atqıları bişirilən zamanı da, çaya çıxışı olan boruda heç axıntını müşahidə edilməmişdir. İş materiallarında olan Lerik Broyler MMC-in direktorunun X11 X5 sədrinə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətdən görünür ki, “Atmosferə atılan zərərli maddələrə xüsusi icazə sənədinin müddətinin uzadılmasına köməklik edilməsi xahiş olunmuşdur. İş materiallarında olan Lerik Broyler MMC-in direktorunun X11 X5 sədrinə ünvanladığı xx.xx.2023-cü il tarixli müraciətdən görünür ki, Lerik Broyler MMC-yə məxsus fəaliyyətə dair ekoloji ekspürtiza rəyi verilməsi xahiş olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər və inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar qeyd olunmalıdır. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X12 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti haqqında öz mülahizəsinə və ehtimallarına əsaslanaraq sözü gedən inzibati xəta haqqında prtokolu tərtib etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X12 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan müəyyən olur ki, Lerik Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsi ilə inzibati xəta haqqında prtokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilsə də, Lerik Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli 3(048)-213/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsaəsn Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1-ci maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilmişdir.Buna baxmayaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X12 təkrar olaraq Lerik Broyler barəsində eyni əməlin yəni İXM –in 234.0.1-ci maddəsi, həmçinin 237.1, 239, 266.2, 271 və 275.1.1-ci maddələri ilə törədilməsinə görə inzibati xəta haqında protokol tərtib edərək məhkməyə göndərsə də lakin həmin xətaların törədilməsinin təsdiq olunması üçün mötəbər sübutlar təqdim edə biıməmişdir. Qeyd olunanalra əsasən hesab edirəm ki, Lerik Broyler” Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1, 237.1, 239, 266.2, 271 və 275.1.1-ci maddələrdə nəzərdə tutulan inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1, 237.1, 239, 266.2, 271 və 275.1.1-ci maddələrinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51 və 114-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qəraraaldı: Şəxs Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.1, 237.1, 239, 266.2, 271 və 275.1.1-ci maddələrinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar