Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-233/2024 09.10.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacızadə Emin Rüfət oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNX-nin Cənub Regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru dövlət xidməti kapitanı X1 iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Lerik rayonu, Çeşman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Şəxs MMC-də mühasib işləyən, Lerik rayonu, Çeşman kəndində qeydiyyatda olan və yaşayan Nümayəndə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Cənub regional X6 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə əsasən Nümayəndə barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 30 avqust 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən əldə olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən əldə olunmuş KY242118448 saylı çıxarış və “Yanğın-texniki müayinənin aparılması haqqında” 3652 nömrəli qərara əsasən "xxxx" MMC-yə məxsus istehsalat sexində yanğın-texniki müayinəsi keçirilməsinə "xxxx" MMC-nin nümayəndəsi şərait yaratmamışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNX-nin Cənub Regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru dövlət xidməti kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Nümayəndə barəsində müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nümayəndə məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti Cənub regional X6 İdarəsinin yanğın-texniki müayinənin aparılması haqqında 02 iyul 2024-cü il tarixli, 3652 saylı qərarından görünür ki, "xxxx" MMC-yə (VÖEN:**********) məxsus məxsus istehsalat sexində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək yanğın-texniki müayinənin aparılması ilə bağlı planlı yoxlamanın həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2024-cü il tarixli, KY242118448 saylı çıxarışın surətindən görünür ki, "xxxx" MMC barəsində yoxlama xx.xx.2024-cü il tarixdə başlamış, xx.xx.2024-cü il tarixdə bitmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi DYNX-nin Cənub Regional DYNİ-nin DYNŞ-nin böyük inspektoru d/x kapitanı X2, həmin şöbənin inspektorları d/x kapitanı X4 və d/x kapitanı X3 yoldaşlarının iştirakı ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli yanğın-texniki müayinə aktından görünür ki, Şəxs MMC-yə məxsus olan istehsalat obyektində 26 avqust 2024-cü il tarixdən 30 avqust 2024-cü il tarixləri aralığında Ədliyyə Nazirliyindən əldə olunmuş KY242118448 saylı çıxarış və yanğıntexniki müayinə aparılması haqqında 02 iyul 2024-cü il 3652 nömrəli qərar poçt vasitəsi ilə tərəflərindən ünvanlanmışdır. 28 avqust 2024-cü il tarixdə sözügedən ünvanda planlı ytmnə keçirilməsi üçün olmuşlar, lakin obyektdə olan nümayəndə müəssisə rəhbərinə mobil telefon vasitəsi ilə zəng etmiş və yoxlama keçirilməsi üçün müəssisəyə gəldiklərini onlara bildirmiş, onlar da hal-hazırda Bakı şəhərində olduqlarını və yoxlamanın keçirilməsi üçün 30 avqust 2024-cü il tarixdə gəlmələrini xahiş etlər. O, da müəssisəni tərk etmiş 30 avqust 2024-cü il tarixdə yenidən planı ytm-nə keçirilməsi üçün müəssisəyə gəlmiş, müəssisənin nümayəndəsi Nümayəndə yoxlamanın keçirilməsi üçün qərarın və çıxarışın poçt vasitəsi ilə almadıqlarını və yoxlama keçirilməsi barədə məlumatlarının olmadığı bildirmiş, yoxlama keçirilməsinə şərait yaratmamışdır. Belə ki, Şəxs MMC-nin nümayəndəsi Nümayəndə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarın maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 20.7-ci maddəsinin tələblərini pozaraq, ona məxsus olan obyektin ərazisində yerləşən bina və qurğulara baxış keçirilməsi məqsədilə onların daxil olmağına, eləcə də yoxlamaya dair müvafiq sənədlərin təqdim olunmasına şərait yaratmamışdır. Belə ki, obyektdə yoxlamanın keçirilməsi üçün nümayəndə obyektə gəlmiş, yoxlama keçirilməsi barədə qərarın surəti sahibkarın hüquqi ünvanına poçt vasitəsi ilə ünvanlanmasına baxmayaraq yoxlama keçrilməsi barədə məlumatı bildirib yoxlama keçirilməsinə şərait yaratmamışdır. Sözügedən obyekt istehsalar obyektidir, yanğın-partlayış təhlükəsi obyektdə qaçılmazdır, çünki elektrik təsərrüfatı mövcud olan sahədir, yüksək gərginlikli elektrik avadanlıqları istifadə olunur, işçi heyəti fəaliyyət göstərir. Bu kimi təhlükəsi olan bir obyektdə sahibkar bilərəkdən süni maneə yaradaraq özü və ya səlahiyyətli nümayəndəsi obyektdə gəlməsinə baxmayaraq yoxlamanın keçirilməsinə maneəçilik törətmiş, yoxlama keçirmək mümkün olmamışdır. İş materiallarında olan “my.gov.az” saytından əldə olunmuş vətəndaşın iş yeri haqqında arayışdan görünür ki, Nümayəndə Şəxs MMC-nin maliyyə şöbəsində mühasib vəzifəsində işləyir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Nümayəndə tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir və buna görə o, inzibati məsuliyyətə cəlb edilməlidir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir; 20.3-cü maddəsinə əsasən yoxlama prosesində yoxlamaya aid sənədləri yoxlayıcıya təqdim etməli və yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir. Götürülmüş sənədlərin əsli yoxlayıcı tərəfindən yoxlama zamanı və ya yoxlama bitdikdən dərhal sonra yoxlama aktının nüsxəsi ilə birlikdə sahibkara qaytarılmalıdır; 20.5-ci maddəsinə əsasən yoxlama yalnız sahibkarın iş vaxtında və iş günlərində sahibkarın yerləşdiyi və ya faktiki fəaliyyət göstərdiyi ünvanda (yoxlamanın aparıldığı ünvan yoxlamanın aparılması haqqında qərarda və yoxlamaların vahid məlumat reyestrindən çıxarışda göstərilir) aparılır. Yoxlama tədbirləri sahibkarın normal iş rejimini pozmamalıdır; 20.7-ci maddəsinə əsasən yoxlayıcılar yoxlama tədbirlərinin tam görülməsi üçün və müvafiq faktiki məlumatın yoxlanılan sahibkar tərəfindən təqdim olunan sənədlərdə olan məlumatla uyğunluğunu müəyyən etmək məqsədi ilə yoxlanılan sahibkarın fəaliyyət üçün istifadə etdiyi əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış keçirir. Yoxlayıcı baxışın keçirilməsi haqqında protokol tərtib edir. Yoxlayıcı tərəfindən bu Qanunun 20.1, 20.5 və 20.9-cu maddələrində müəyyən edilmiş vəzifələrə riayət edildiyi və sahibkarın bu Qanunun 20.2, 20.11 və 20.12-ci maddələrində nəzərdə tutulmuş hüquqlarına maneçilik törədilmədiyi halda, sahibkar yoxlama prosesində bu Qanunun 20.7-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş yerlərə (obyektlərə) baxış keçirilməsinə mane olmamalıdır; 20.8-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə (yaşayış sahəsi istisna olmaqla), istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə və xidməti nəqliyyat vasitələrinə baxış yoxlanılan sahibkarın və ya onun nümayəndəsinin iştirakı ilə keçirilir. Yoxlayıcı həmin yerlərə buraxılmadıqda bu barədə yoxlama aktında qeydlər aparılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə məsuliyyəti müəyyən edir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Nümayəndə məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən fiziki şəxslər də vəzifəli şəxslər hesab edilirlər. Beləliklə, məhkəmə Nümayəndə oğlunun törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini və s. nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Nümayəndə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1000 (min) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-233/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-233/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver