Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-238/2025 08.09.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis baş leytenantı X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Lerik rayonu, Cəngəmiran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Lerik rayonu, Cəngəmiran kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 06 sentyabr 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 06 sentyabr 2025-ci il tarixdə, saat 20:30 radələrində Lerik rayonu, Həzi Aslanov küçəsində polisin qanuni tələblərinə qəsdən əməl etməyərək inzibati xəta törətmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli, 78 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis baş leytenantı X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, təqdim olunmuş raporta əsasən xx.xx.2025-ci il tarixdə “Kia” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobil ilə Lerik RPŞ-nin DYPB-nin İTÜ baş inspektoru X5 RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı Amil Qurbanovla birgə xidmətdə olarkən Lerik rayonu Həzi Aslanov küçəsində hərəkətdə olarkən “Kia Ceed” minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin küçədə qarşı hərəkət zolağına çıxmaqla manevr qaydasını pozaraq yüksək sürətlə hərəkət edərək insanların həyat və sağlamlığına təhlükə yaratdığını görmüşlər. Onlar həmin avtomobilə çataraq saxla işarəsi vermişlər. Sürücünün sənədlərini yoxlayarkən aydın olmuşdur ki həmin sürücü Lerik rayonu Cəngəmiran kənd sakini Şəxsdur. Onlar qayda pozuntularını sürücüyə izah etmiş, lakin sürücü törətdiyi qayda pozuntularını inkar etmişdir. Bundan sonra, onlar həmin avtomobili duracağa təmin etmək məqsədilə polis şöbəsinin inzibati həyətinə gətirdikdə sürücü avtomobilini şöbənin qarşısında saxlamışdır. Onlar sürücüdən avtomobili inzibati həyətə sürməsini tələb etdikdə, o avtomobildən düşərək mobil telefonla danışaraq tələblərindən yayınmış və onlarla aqressiv danışmışdır. Onlar sürücüdən eyni tələbi etsələr də o, öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, onlar sürücünü xidməti avtomobilə əyləşdirərək polis şöbəsinə gətirmiş və avtomobil də duracağa təmin edilmişdir. Bu səbəbdən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, o, Lerik şəhəri ərazisində özünə məxsus “Kia Ceed” minik markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən təxminən ondan 50-100 metr məsafədə arxadan nəqliyyat vasitəsinin gəldiyini görmüş, lakin həmin nəqliyyat vasitəsinin yol polisinin xidməti avtomobili olmasını bilməmişdir. O, döngəni dönən zaman həmin avtomobil ona yaxınlaşmış və işıq siqnallarını işə salmış, ona saxla əmri vermiş və o avtomobili saxlamışdır. Yol polisi əmədaşları ona yaxınlaşaraq sürət həddini pozduğunu ona bildirmişlər və o onlarla razılaşmamışdır. Polis əməkdaşları videogörüntünün olduğunu ona bildirmiş, o isə yol hərəkəti qaydasını pozubsa barəsində protokol tərtib edilməsini onlara demişdir. Polis əməkdaşları ona avtomobili şöbəyə aparacaqlarını bildirmişlər. O, DİN-in 102 xidmətinə zəng edərək polis əməkdaşları barəsində şikayət etmiş və şikayəti qeydə alınmışdır. Polis əməkdaşı onunla avtomaşına əyləşmiş və onlar polis şöbəsinə tərəf getmişlər. O, avtomaşını şöbənin həyətinə salmayaraq polis şöbəsinin qarşında təkrar DİN-nin 102 xidmətinə zəng etmişdir. Daha sonra polis əməkdaşları onu xidməti avtomobilə əyləşdirərək şöbəyə aparmışlar. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında polisin qanuni tələbinə əməl etdiyini və polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadələr işlətmədiyini bildirərək barəsində məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Lerik RPŞ-nin DYPB-nin İTÜ baş inspektoru X2 izahatında bildirmişdir ki, 06 sentyabr 2025-ci il tarixdə, saat 20:30 radələrində Lerik rayonu Həzi Aslanov küçəsində xidmət yoldaşı ilə xidmətdə olduqları zaman “Kia Ceed” minik markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə hərəkət etdiyini və təhlükə yaratdığını görmüşlər, onlar həmin avtomobilə yaxınlaşmış, saxla işarəsi vermişlər və sürücü avtomobili saxlamışdır. Daha sonra onlar həmin avtomobilin sürücüsünə yaxınlaşmışlar sürücüdən avtomobili yüksək sürətlə nəyə görə idarə etdiyini soruşmuşlar. Bundan sonra, onlar həmin avtomobili duracağa təmin etmək məqsədilə polis şöbəsinin inzibati həyətinə gətirdikdə sürücü avtomobilini şöbənin qarşısında saxlamış, tabesizlik göstərmiş və polisin qanuni tələbinə əməl etməmişdir. Onlar sürücüdən avtomobili inzibati həyətə sürməsini tələb etdikdə, o avtomobildən düşərək mobil telefonla danışaraq tələblərindən yayınmış və onlarla aqressiv danışmışdır. Onlar sürücüdən eyni tələbi tələb etsələr də sürücü öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə proses iştirakçılarının və şahidlərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Lerik RPŞ-nin DYPB-nin İTÜ baş inspektoru Elşad Siraclı tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə “Kia” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı xidməti avtomobillə Lerik RPŞ-nin DYPB-nin YPX inspektoru polis baş serjantı Amil Qurbanovla birgə xidmətdə olarkən Lerik rayonu Həzi Aslanov küçəsində hərəkətdə olarkən “Kia Ceed” minik markalı **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin küçədə qarşı hərəkət zolağına çıxmaqla manevr qaydasını pozaraq yüksək sürətlə hərəkət edərək insanların həyat və sağlamlığına təhlükə yaratdığını görmüşlər. Onlar həmin avtomobilə çataraq saxla işarəsi vermişlər. Sürücünün sənədlərini yoxlayarkən aydın olmuşdur ki həmin sürücü Lerik rayonu Cəngəmiran kənd sakini Şəxsdur. Onlar qayda pozuntularını sürücüyə izah etmiş, lakin sürücü törətdiyi qayda pozuntularını inkar etmişdir. Bundan sonra, onlar həmin avtomobili duracağa təmin etmək məqsədilə polis şöbəsinin inzibati həyətinə gətirdikdə sürücü avtomobilini şöbənin qarşısında saxlamışdır. Onlar sürücüdən avtomobili inzibati həyətə sürməsini tələb etdikdə, o avtomobildən düşərək mobil telefonla danışaraq tələblərindən yayınmış və onlarla aqressiv danışmışdır. Onlar sürücüdən eyni tələbi etsələr də o, öz hərəkətlərini davam etdirərək polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Buna görə də, onlar sürücünü xidməti avtomobilə əyləşdirərək polis şöbəsinə gətirmiş və avtomobil də duracağa təmin edilmişdir. İş materiallarında olan videgörüntülərə məhkəmə iclasında tərəflərin iştirakı ilə keçirilmiş baxış zamanı Lerik RPŞ-nin DYPB-nin YPX əməkdaşlarının “Kia Ceed” minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü manevr qaydasını pozaraq yüksək sürətlə hərəkət etdiyinə görə saxladıqlarını bildirdikləri, lakin sürücünün qayda pozuntusunu qəbul etmədiyi, bu halların aydınlaşdırılması üçün avtomobili duracağa təmin etmək məqsədilə polis şöbəsinin inzibati həyətinə gətirdikdə sürücünün avtomobili şöbənin qarşısında saxlaması və polis əməkdaşlarının sürücüdən avtomobili şöbənin inzibati həyətinə sürməsini tələb etdikdə, sürücünün polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmadığı görünür. Beləliklə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:30 radələrində Lerik şəhəri Həzi Aslanov küçəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Şəxs ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, o məsuliyyətini yüngülləşdirmək üçün belə ifadə verir. Onun göstərdikləri işin faktiki hallarına uyğun gəlmir və inandırıcı deyildir. Onun əməli protokolu tərtib etmiş orqanın nümayəndəsinin, şahidin izahatı və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. (31.4-1) Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Məhkəmə həmçinin Şəxs xx.xx.2025-ci il tarixdən (saat 22:00-da) inzibati qaydada tutulduğunu, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, ona tətbiq olunmuş cərimə inzibati tənbehin həddi 150 (bir yüz əlli) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-238/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-238/2025
08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver