Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-24/2024 26.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət verən şəxs X7 iştirakı ilə, xx.xx.1994-cü ildə Lerik rayonunun Hücü kəndində anadan olmuş, azərbaycan Respublikası vətəndaşı, ailəli, Lerik rayonunun Hücü kəndində qeydiyyatda olan və yaşayan X7 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Lerik RPŞ-in sahə rəisi X2 tərtib etdiyi xx.xx.2023-cü il tarixli MN №1700121 saylı inzibati xəta haqqında protokolu və həmin protokol əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X5 tərəfindən qəbul olunmuş 30 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X14 Azərbaycan Respublikası İXMnin 252-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə cərimə edilmişdir. X14 həmin qərardan şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X5 tərəfindən qəbul olunmuş 30 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında iş üzrə qərardan şikayət verən şəxs X14 şikayətini müdafiə edərək izahatında göstərdi ki, o, Lerik rayonu Hücü kəndində yaşayır. Lerik Rayon Tikəband kənd sakini şəhid atası Rasim Vəliyevi 1 saylı X1 tədarükü ilə bağlı müraciət etmiş və Meşə Təsərrüfatının müdiri İxtiyar Cənnətovun göstərişinə əsasən odun doğramaq onlara tapşırılmışdır. O , ozü matorlu mişarla odun doğrayaraq, şəhis atasının avtomobilinə yükləmişlər. Sadəcə odun yükü artıq qaldığından şəhid atası özü şəxsən qalıq odunu ona vermişdir. O da həmin odunu istifadə etmək üçün evinə aparmışdır. O, heç vaxt meşəqırma fondundan istifadənin, oduncağın tədarük edilib daşınması qaydasını pozmamışdır. Lakin Lerik RPŞ-in sahə rəisi tərəfindən barəsində əsassız protokol tərtib edilmiş və həmin protokol Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. İdarə tərəfindən də həmin protokola əsasən barəsində əsassız inzibati qərar qəbul edilməklə cərimə edilmişdir. Həmin qərardadn da görünür ki, qərar düzgün yazılmamışdır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X5 tərəfindən qəbul olunmuş 30 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qidsmində dindirlmiş X8 izahatında göstərdi ki, Lerik rayon Tikəband kəndində yaşamaqla, şəhid atasıdır. Oduna ehtiyacı olduğundan 1 saylı X6 müraciət etmiş və rəhbərlik tərəfindən ona odun tədarük edilməsi üçün icazə verilmişdir. O, odun tadarük etdikdən sonra avtomobilinə yerləşməyən odun qalıqlarını qonşu kənddən olan Alim Rzayevə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilmiş inzibati xəta haqqında iş üzrə qərarı qəbul etmiş səlahiyyətli orqan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir, Məhkəmə şikayətçini dinləyib, iş materiallarını tədqiq edib, sübutlara obyektiv, hüquqi qiymət verərək belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X14 barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X5 tərəfindən qəbul etdiyi 30 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İş materiallarında olan 30 dekabr 2023-cü il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 rayonu Hücü kəndində yerləşən yaşadığı evin həyətində yardımçı tikilidə qanunsuz oduncağı aşkarlandıından, İXM-in 252-ci maddəsinə əsasən cərimə edilməsi qeyd edilmişdir. Lakin məhkəmə iclası zamanı şahid qismində dindirlmiş Rasim Vəliyev izahatında göstərdimişdir ki, 1 saylı X9 tərəfindən ona verilmiş odunun qalıq hissəsini özü şəxsən Alim Rzayevə vermişdir. Belə ki, inzibati xəta haqqında protokolun qanuniliyi və əsaslılığını yoxlamaq üçün məhkəmə İXM-in 109.1.3-cü maddəsinin tələbinə əsasən iş barəsində zəruri olan əlavə materialın (inzibati xəta haqqında protokolun və qərarın) məhkəməyə təqdim edilməsini tələb etsə də, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi həmin sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hallardan bəhs edən 75.0.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərin icraatı üzrə ilk növbədə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. Təqdim edilmiş sübutlar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinin tələbinə əsasən (İnzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir.) hazırkı iş üzrə inzibati xəta hadisəsinin olmasını kifayət qədər təsdiq etmədiyinə görə məhkəmə hesab edir ki, X10 istinad edilən İXM-in 252-ci maddəsində nəzərdə tutlan inzibati xəta hadisəsi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2– 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında,134.1.3-cü maddəsinə əsasənə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 133-cü və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini X5 tərəfindən X14 barəsində qəbul etdiyi 30 dekabr 2023-cü il tarixli MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarı ləğv edilsin. Həmin qərarın hüquqi nəticələri ləğv edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Lerik rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-24/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-24/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver