Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-247/2025 17.09.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru – X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Lerik rayonunda anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, satıcı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş 17 sentyabr 2025-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Lerik rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 izahatında bildirdi ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-634/2024 nömrəli icra sənədinə əsasən cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə "xxxx" ASC, "xxxx" ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti maraqlı şəxslər qismində cəlb edilməklə cavabdehlər Şəxs, X6, X4, X1 Respublikası Ədliyyə Nazirliyi, Lerik rayon Dövlət Notariat ofisi, Astara rayon Dövlət Notariat ofisi, Lerik rayon Qeydiyyat şöbəsi, "xxxx" MTK-ya qarşı ümumi birgə mülkiyyətində olan daşınar və daşınmaz əmlaklara, habelə pul vəsaitlərinə münasibətdə payın müəyyən edilməsi, cehiz əmlakların geri alınması, mənzil tikinti müqaviləsinin, maliyyə arayışının ipoteka qoyulmağa razılıq verilməsinə dair ərizələrin, kredit, ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış olan aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilmiş, cavabdeh Şəxs birgə nikah dövründə əldə edilmiş və hazırda tələbkar Zərərçəkmiş şəxs adında qeydiyyatdan keçən Bakı şəhəri ünvan 2 ünvanında yerləşən mənzildə 1/2 hissədə pay hüququndan Zərərçəkmiş şəxs xeyrinə imtina edir, gələcəkdə həmin mənzil ilə bağlı tələbkar Zərərçəkmiş şəxs qarşı heç bir tələb irəli sürməyəcəklərini, cavabdeh Şəxs 6 ay ərzində Zərərçəkmiş şəxs 100000 (yüz min) manat məbləğində pul vəsaitini və ya həmin müddət ərzində Bakı şəhəri Xətai rayon Əhmədli qəsəbəsində yeni tikili binalardan birində 100 kvadrat metr sahəyə malik 3 otaqlı mənzil almağı öz öhdəsinə götürmüş, tələbkar Zərərçəkmiş şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan 2(004)-634/2024 saylı mülki iş üzrə bütün borclulara münasibətdə iddia tələbindən tam həcmdə imtina edir və gələckdə iddia ərizəsində göstərilən əmlaklarla bağlı borclulara qarşı hər hansı bir tələb irəli sürməyəcəyini və bu saziş üzrə öhdəliklərin icrası istisna olmaqla tərəflər, yəni Şəxs və Zərərçəkmiş şəxs əlavə olaraq birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlaklarla bağlı, birgə borclarla bağlı bir-birlərinə qarşı iddia sürməyəcəklərinə dair öz üzərlərinə öhdəlik götürməsi qərara alınmışdır. Qeyd olunan icra sənədi xx.xx.2025-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmış, zəruri icra tədbirləri görülmüşdür. Cavabdeh Şəxs tərəfindən icra sənədi üzrə 14 fevral 2025-ci il tarixindən hal-hazıradək 23100 ödəniş olunsa da, hazırda ödənilməyən 76900 manat borcu qalmışdır. İcra məmuru daha sonra izahatında cavabdeh Şəxs hər ay 470 manat aliment öhdəliyinin olmasını bildirmiş həmin icra sənədi üzrə cavabdehin borcunun olamasını qeyd etmiş, sonda icra məmuru icra sənədi üzrə borcu tam olaraq ödənilmədiyindən borclu barəsində inzibati tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahatında bildirdi ki, hər ay tələbkara 5000 manat ödəyir həmçinin Bakı şəhəri Xırdalan şəhərində evi var həmən evi ona təklif etmiş, tələbkarlar evi qəbul etməmiş həmin evi satışa çıxarmış, satılmadığı üçün dayısı oğlu ilə razılığa gəlmiş hər ay ona 5000 manat pul ödəyir oda həmin pulu tələbkara verir. Həmin borcdan 23100 (iyirmi üç min yüz) manat ödəyib və yaxın vaxtlarda ev satılan kimi borcu tam ödəyəcəkdir. Bundan əlavə tələbkarın yanında olan iki uşağına hər ay hər 470 manat aliment öhdəliyi var aliment borcu yoxdur və bir azyaşlı uşağıda onun himayəsindədir. Özünü təqsirli bilir lakin icra sənədi üzrə börcu ödəmək üçün çalışır qərəzli boyun qaçırmır. Məhkəmədən ədalətli qərar qəbul etməyi xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəməyə teleqramla müraciət edərək cavabdehin icra vərəqində göstərilən tələbi yerinə yetirmədiyi üçün inzibati qaydada həbs olunmasını xahiş etmiş həmçinin məhkəmədə iştirak edə bilməyəcəyini vurğulamaqla məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-634/2024 nömrəli icra sənədindən görünür ki, cavabdeh Şəxs iddiaçı Zərərçəkmiş şəxs xeyrinə "xxxx" ASC, "xxxx" ASC, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti maraqlı şəxslər qismində cəlb edilməklə cavabdehlər Şəxs, X6, X4, X1 Respublikası Ədliyyə Nazirliyi, Lerik rayon Dövlət Notariat ofisi, Astara rayon Dövlət Notariat ofisi, Lerik rayon Qeydiyyat şöbəsi, "xxxx" MTK-ya qarşı ümumi birgə mülkiyyətində olan daşınar və daşınmaz əmlaklara, habelə pul vəsaitlərinə münasibətdə payın müəyyən edilməsi, cehiz əmlakların geri alınması, mənzil tikinti müqaviləsinin, maliyyə arayışının ipoteka qoyulmağa razılıq verilməsinə dair ərizələrin, kredit, ipoteka müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış olan aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilmiş, cavabdeh Şəxs birgə nikah dövründə əldə edilmiş və hazırda tələbkar Zərərçəkmiş şəxs adında qeydiyyatdan keçən Bakı şəhəri ünvan 2 ünvanında yerləşən mənzildə 1/2 hissədə pay hüququndan Zərərçəkmiş şəxs xeyrinə imtina edir, gələcəkdə həmin mənzil ilə bağlı tələbkar Zərərçəkmiş şəxs qarşı heç bir tələb irəli sürməyəcəklərini, cavabdeh Şəxs 6 ay ərzində Zərərçəkmiş şəxs 100000 (yüz min) manat məbləğində pul vəsaitini və ya həmin müddət ərzində Bakı şəhəri Xətai rayon Əhmədli qəsəbəsində yeni tikili binalardan birində 100 kvadrat metr sahəyə malik 3 otaqlı mənzil almağı öz öhdəsinə götürmüş, tələbkar Zərərçəkmiş şəxs Bakı şəhəri Yasamal rayon Məhkəməsinin icraatında olan 2(004)-634/2024 saylı mülki iş üzrə bütün borclulara münasibətdə iddia tələbindən tam həcmdə imtina edir və gələckdə iddia ərizəsində göstərilən əmlaklarla bağlı borclulara qarşı hər hansı bir tələb irəli sürməyəcəyini və bu saziş üzrə öhdəliklərin icrası istisna olmaqla tərəflər, yəni Şəxs və Zərərçəkmiş şəxs əlavə olaraq birgə nikah dövründə əldə olunmuş daşınar və daşınmaz əmlaklarla bağlı, birgə borclarla bağlı bir-birlərinə qarşı iddia sürməyəcəklərinə dair öz üzərlərinə öhdəlik götürməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya, məlumat üçün tələbkara və məhkəməyə göndərilmişdir (təqdim edilmişdir). İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, borclu Şəxs fizki şəxs X10 ilə əmək müqaviləsi əsasında satıcınəzarətçi ,kassır işləməklə 400 manat əmək haqqı alır. İş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, Şəxs tərəfindən borcundan xx.xx.2025-ci il tarixdə 5000 (beş min) manat, xx.xx.2025-ci il tarixdə 5000 (beş min) manat, xx.xx.2025-ci il tarixdə 5000 (beş min) manat, xx.xx.2025-ci il tarixdə 5100 (beş min yüz) manat və xx.xx.2025-ci il tarixində 3000 (üç min) manat olmaqla, ümumilikdə 23100 (iyirmi üç min yüz) manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş, elektron icra informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Şəxs üç azyaşlı övladı var. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyət məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyi təkrarlayaraq bir daha qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquq tətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyət yaranması üçün borclunun icra sənədini qərəzli olaraq icra etməməsi mühüm şərtdir. Məhkəmə iclasında isə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(004)-634/2024 nömrəli icra sənədi üzrə Şəxs tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilə bilməmişdir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs borcudan hər ay xx.xx.2025-ci il tarixdə 5000 (beş min) manat, xx.xx.2025-ci il tarixdə 5000 (beş min) manat, xx.xx.2025-ci il tarixdə 5000 (beş min) manat, xx.xx.2025-ci il tarixdə 5100 (beş min yüz) manat olmaqla mütəmadi olaraq ödənişlər etmiş, və sonuncu dəfə isə xx.xx.2025-ci il tarixində 3000 (üç min) olmaqla, ümumilikdə 23100 (iyirmi üç min yüz) manat ödəniş etmişdir. Qeyd olunanlar Şəxs icra sənədini üzrsüz səbəbdən icra etməməsini istisna edir. “Borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması” məhkəmə aktının qərəzli icra edilməməsinin mütləq əlamətidir (bütün əlamətlərin mövcudluğunu da təbii, borclu deyil, onu ittiham edən sübut etməlidir). Əgər borclunun borcu tam şəkildə ödəməyə faktiki imkanı yoxdursa, burada hər hansı qərəzdən və məsuliyyətdən söhbət gedə bilməz. Nəzərə alınmalıdır ki, icra sənədi hər hansı bir hərəkət və ya hərəkətsizliklə bağlı deyildir, şəxsin hər hansı bir işi icra etməsi ilə əlaqədar deyildir, məhz şəxsdən pulun tutulub, tələbkara verilməsi ilə əlaqədardır. Hazırkı iş üzrə icra məmurunun tələbi də yalnız icra sənədindəki pulun ödənilməsi ilə əlaqədardır. Beləliklə, məhkəməyə daxil olmuş protokol və əlavə edilmiş materiallardan, icra işi materiallarından, tərəflərin izahatlarından borclu Şəxs hər hansı təqsirli hərəkət və ya hərəkətsizliyinin nəticəsi olması, tələbin ödənilməməsinin üzürsüzlük səbəbləri, yəni borclunun tələbi ödəmək iqtidarının olması lakin konkret üzürsüz səbəbdən ödəməməsi, bununla da qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməlin (hərəkət və ya hərəkətsizlik), yəni inzibati xətanın törədilməsi müəyyən edilmir. Bununla da, barəsində protokol tərtib edilən şəxs tərəfindən göstərilən inzibati xətanın törədilməsi və onun təqsiri icra işinin materialları ilə sübuta yetirilmir. Onun təqsirli bilinməsinə dair protokol tərtib etmiş səlahiyyətli orqan tərəfindən isə kifayət qədər sübut toplanılmamış, icra sənədinin icra olunmamasında Şəxs qərəzi və ya üzürsüz səbəblər barədə icra məmuru tərəfindən ümumiyyətlə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə deyil, inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXM-lə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Qeyd edilənlərə əsasən hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, məhkəmə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmamasını nəzərə alaraq onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlmişdir. Belə ki, İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Bütün bunlarla yanaşı qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə qeyd edir ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Belə ki, İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Habelə, İXM-nin 12.1-ci maddəsinə uyğun olaraq bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə, yuxarıda sadalanan halları nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığına görə xitam verilməlidir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırkı halda Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında verilmiş icra sənədinin icrasız qalması mənasına gəlmir və icra məmuru şəxsin qərəzli olaraq icra sənədini icra etməməsini təsdiq edən yeni sübutlar əldə etdikdən sonra yenidən inzibati xəta haqqında protokol tərtib edərək aidiyyatı üzrə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 84, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməldə inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(048)-247/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-247/2025
17.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver