Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-248/2025 30.09.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidməti 5 saylı X1 böyük məsləhətçi müfəttişi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Lerik rayonun Noda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsili , ailəli, Lerik rayon Şinəband kənd orta məktəbində müəllim işləyən, Lerik rayon Camal Şahiyev küçəsində yaşayan Şəxs barəsində Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidməti 5 saylı X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş inzibati xəta haqqında iş üzrə icraat materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidməti 5 saylı X1 böyük məsləhətçi müfəttişi X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsinə əsasən fiziki şəxs Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 15 sentyabr 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Lerik şəhəri, Camal Şahiyev küçəsində yerləşən fərdi yaşayış evinin tullantı sularını təyinatsız dərəyə axıtmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidməti 5 saylı X1 böyük məsləhətçi müfəttişi X6 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, 5 saylı Lənkəran-Astara Regional bölməsinin 15 sentyabr 2025-ci il tarixli 22 nömrəli sərəncamına əsasında və "xxxx" MMC-nin müşahidəçisi Ziya Heydərovun məlumatına uyğun olaraq 5 saylı Lənkəran-Astara Regional bölməsinin əməkdaşları Lerik şəhəri, Camal Şahiyev küçəsində yerləşən ərazidə monitorinq aparılmış, monitorinq nəticəsində Camal Şahiyev küçəsində Şəxs məxsus fərdi yaşayış evinin tullantı sularının dərəyə təyinatsız axıdılması müşahidə edildiyi üçün Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası inzibati xətanı törətməkdə özünü təqsirli bilərək əməlindən peşmandır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, fiziki şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Lerik şəhəri, Camal Şahiyev küçəsində yerləşən fərdi yaşayış evinin tullantı sularını təyinatsız axıdılması nəticəsində inzibati xəta törətmişdir. İş materillarında olan Azərbaycan Dövlət Su X5 Suların İstifadəsinə və X7 Xidməti 5 saylı X2 əməkdaşları tərəfindən tərtib edilmiş 15 sentyabr 2025-ci il tarixli 001045 nömrəli aktdan görünür ki, Lerik şəhəri, Camal Şahiyev küçəsində yerləşən fərdi yaşayış evinin tullantı sularını təyinatsız olaraq dərəyə axıdılması müşahitə edilmiş və tulantı sularının təyinatsız axıdılması nəticəsində Şəxs Azərbaycan Respublikasının İXM-nin 262.2.3 –cü maddəsinə əsasən inzibati xəta törətmişdir.. İnzibati xəta törətmiş Şəxs oğlunun əməlindən peşiman olması, ilk dəfə inzibati xəta törətməsi əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. İnzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 262.2.3-cü maddəsinə əsasən içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir Məhkəmə inzibati icraatda iştirak edən şəxsin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 262.2.3-cü maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə inzibati xəta törətmiş Şəxs oğluna inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddələrin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 100 manat cərimə tənbehi tədbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov
Məhkəmə qərarları › İş №3(048)-248/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-248/2025
30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver