Məhkəmə qərarları › İş №3(048)-26/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-26/2024

18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-26/2024 18.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 oğlunun iştirakı ilə, xx.xx.1992-ci ildə Lerik rayonunun Hovil kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, Lerik rayonunun Hovil kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Lerik rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3246/2023 saylı icra vərəqəsinin və Astara rayon Notariat Kontorunun xx.xx.2023-cü il tarixli 8İ-9547 saylı icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclası zamanı Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 izahatında göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)- 3246/2023 saylı icra vərəqəsinə əsasən Şəxs xx.xx.2012-ci il təvəllüdül X5 və xx.xx.2016cı il təvəllüdlü X3 yetkilik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat cəmi 440 manat aliment tutularaq iddiaçı X2 verilməsi və Astara rayon Notariat Kontorunun xx.xx.2023-cü il tarixli 8İ-9547 saylı icra sənədinə əsasən 9351.65 qəpik tutularaq "xxxx" ASC-in xeyrinə tutulmasıqərara alınmıdşır.İcra vərəqəsi və icra sənədi Lerik Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkara göndərilmişdir. Hazırda borclu Şəxs üzərində 9496 manat ödənilməmiş borcu vardır. Borclu Şəxs icra məmurunun qanuni tələbindən yayınaraq məhkəmə qərarının icrasını təmin etməmiş və üzərində olan aliment pulunu ödəməkdən yayınmışdır. Göründüyü kimi borclu icra vərəqəsinin icrasını təmin etməyərək icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(060)-3246/2023 saylı icra vərəqəsinə əsasən ondan xx.xx.2012-ci il təvəllüdül X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkilik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 220 manat cəmi 440 manat aliment tutularaq iddiaçı X2 verilməsi və Astara rayon Notariat Kontorunun xx.xx.2023-cü il tarixli 8İ-9547 saylı icra sənədinə əsasən 9351.65 qəpik tutularaq "xxxx" ASC-in xeyrinə tutulmasıqərara alınmıdşır. Hazırda aliment borcundan 400 manat borcu qalmış, bank borcu ilə bağlı isə bankla razılığ agəlmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 18 yanvar 2024-cü il tarixli MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, cərimə növündə tənbeh tətbiq etməyi kifayət hesab etməyərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114, 115, 128-130-ci maddələrinə rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 18 yanvar 2024-cü il tarixdən saat 14:50-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar