Məhkəmə qərarları › İş №3(048)-260/2023

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-260/2023

26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-260/2023 26.12.2023 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakı ilə, xx.xx.1954-cü ildə Lerik rayonu Şonayçola kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Lerik rayonu Şonayçola kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə Lerik RPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Lerik Rayon Polis şöbəsinin DYPB-nin inspektoru polis baş serjantı X1 Yunus Salam oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 15 sentyabr 2023-cü il tarixli AP № ******* saylı protokol tərtib edilmişdir. Tərtib edilmiş 15 sentyabr 2023-cü il tarixli AP № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə Lerik şəhəri E.Qarayev küçəsində sürücülük hüququ olmadan idarə etdiyi VAZ 21074 markalı** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə qaydasını pozaraq avtomobili geriyə idarə edərkən dayanmış vəziyyətdə olan UAZ 31512 markalı ** BA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və avtomobilə maddi ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə o heç bir avtomobil idarə etməmişdir. Yanımda olan sürücü avtomobili idarə etmişdir. O avtomobili geriyə hərkət etdirmiş və avtomobil digər avtmobilə sakitcə dəysə də heç bir avtomobilə ziyan vurulmamışdır. Avtomobildən düşdükdən sonra yanında olan sürücü təcili Bakı getməli olduğundan digər avtomobillə oturub getmişdir. Sonradan oradan keçən YPX- əməkdaşları onların söhbət etdiyi görüb onlara yaxınlaşmış və hadisə barə ona bildimişlər ki, avtomobilllər ziyan dəyməmiş, onlarda xəsarət almamışlar. Lakin YPX və əsassız olaraq barəsində inzibati protokol tərtib edilmişdir. O, heç bir inzibati xəta törətməmişdir. Odru ki, barəsində olan inzibati materiala xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı inzibati protokol üzrə zərərçəkmiş şəxs qismində dəvət olunmuş X5 oğlu izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə idarə etdiyi avtomobili Lerik şəhəri E.Qarayev küçəsində saxlamışdır. VAZ 21074 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil arxaya hərkət edərkən yüngülcə avtomobilinə dəymiş olsa da lakin ona ziyan dəyməmiş və o heç bir xəsarət almamışdır. Göstərilənləri nəzərə alaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs köməklik edilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında 15 sentyabr 2023-cü il tarixli AP ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələrinin tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə və İXM-in 332.4-cü maddəsi bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə inzibati tənbeh nəzərdə tutulmuşdur. Göründüyü kimi, Lerik YPX-i əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.4-cü maddələrini törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilsə də, lakin Şəxs həmin xətanı törətməsi (ziyan aktı, yol nəqliyyat hadisəsinin sxemi, zərərçəkmiş şəxsə vurlmuş ziyanın məbləği, xəsaərtinin dərəcəsi)barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 100-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən protokolun tərtib edildiyi tarix və yer,protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar, inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər və inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar qeyd olunmalıdır. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik Rayon Polis şöbəsinin DYPB-nin inspektoru polis baş serjantı X4 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında öz mülahizəsinə və ehtimallarına əsaslanaraq sözü gedən inzibati xəta haqqında protokolu tərtib etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Lerik Rayon Polis şöbəsinin DYPBnin inspektoru polis baş serjantı X4 tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda (başqa sübutlar olmadığı halda) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinin təsdiqi üçün mötəbər sübut hesab etmək olmaz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni Məcəllənin 53.0 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51 və 114-130-cu maddələrini rəhbər tutaraq,məhkəmə qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələrinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar