Məhkəmə qərarları › İş №3(048)-267/2023

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-267/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-267/2023 10.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Cənub TİM” Məhdud Məsuliyyətli Cəmiyyətinin təmsilçisi X2 və inzibati xəta haqqında iş üzrə icraat aparan səlahiyyətli orqanının nümayəndəsi X4 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin İstehlak bazarına nəzarət şöbəsinin baş məsləhətçisi X3 tərəfindən Cənub TİM” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İXMnin 445.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2023cü il tarixli MN № ******* saylı protokol tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Lerik rayonu, Lənkəran-Lerik yolunun 36-cı km fəaliyyət göstərən Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilən hesabda göstərilmiş bəzi məhsulların adları, eyni zamanda xidmət haqqı menyuda qeyd olunmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsi ilə inzibati xəta törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Cənub TİM” Məhdud Məsuliyyətli Cəmiyyətinin təmsilçisi X2 məhkəmə iclası zamanı izahatında göstərdi ki, Cənub TİM” Məhdud Məsuliyyətli Cəmiyyətinin təmsilçisidir. İstirahət mərkəzində müştərilərə xidmət zamanı menyu təqdim olunur. Lakin vətəndaş Zərərçəkmiş şəxs istirahət mərkəzində nə vaxt olduğunu xatırlamır. MMC barədə etdiyi şikayət əsassızdır. Düzdür MMC-in menyusnda məhsulların adı, qiyməti qeyd olunsa da çəkisi qeyd olunmamışdır. Hazırda MMC-in menyusunda olan bütün noqsanlar aradan qalxmışdır. Ona görə də onlara kpməklik edilməsini xahiş edir. Səlahiyyətli orqanın nümayəndəsi X7 izahatında göstərdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin çağrı mərkəzinə müraciət daxil olmuşdur ki, xx.xx.2023-cü il tarixdə 5 nəfərlə birgə Lerik rayonunda fəaliyyət göstərən "xxxx" istirahət mərkəzinə getmişdir.İddia etdiyinə görə, istirahət mərkəzinin girişində adambaşına 20 AZN depozit ödənişi tələb edilmiş, lakin etiraz edərək ödəniş etməmişdir. Daha sonra restorana daxil olaraq 5 şiş kabab, 1 sac, 2 “Cola”, 1 ədəd qazlı “Sirab”, 1 ədəd duşes, 4 çaydan çay sifariş etmiş. Bu zaman menyu təqdim edilməsindən imtina edilmiş, sonda isə ondan 180 manat ödəniş alınmışdır.Qeyd olunanalrı əsas gətirərək, vətəndaş özünün istehlakçı hüquqlarının pozulduöunu iddia edərək, adıçəkilən istirahət mərkəzi tərəfindən qanunsuz depozit tələbinin və menyu təqdim edilmədən alınan 180 manat ödənişin qanunvericiliyə uyğun olaraq aidiyyati üzrə araşdırlmasını xahiş etmişdir. Vətəndaş Zərərçəkmiş şəxs müraciəti araşdırlmış və Cənub” TİM MMC-i” tərəfindən tərtib olunmuş menyudan müəyyən olunmuşdur ki, istehlakçıların hüquqlarının pozulması faktı aşkar olunduğundan Cənub TİM” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsi ilə inzibati xəta haqqında prtokolun tərtib edilmişdir. Tərəflərindən tərtib edilmiş iznibati xəta haqqında protokol qanuni və əsaslı olmaqla Cənub TİM” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində inzibati tənbeh tədbiri görülməsini xahiş etdi. İş materiallarında olan İqtisadiyyat Nazirliyinin Çağrı Mərəkəzinə olunmuş xx.xx.2023-cü il tarixdə saat 11:09-da ********** sayla qeydə alınmış X1 Müraciət vərəqəsindən görünür ki, o, xx.xx.2023-cü il tarixdə 5 nəfərlə birgə Lerik rayonunda fəaliyyət göstərən "xxxx" istirahət mərkəzinə getmişdir.İddia etdiyinə görə, istirahət mərkəzinin girişində adambaşına 20 AZN depozit ödənişi tələb edilmiş, lakin etiraz edərək ödəniş etməmişdir. Daha sonra restorana daxil olaraq 5 şiş kabab, 1 sac, 2 “Cola”, 1 ədəd qazlı “Sirab”, 1 ədəd duşes, 4 çaydan çay sifariş etmiş. Bu zaman menyu təqdim edilməsindən imtina edilmiş, sonda isə ondan 180 manat ödəniş alınmışdır.Qeyd olunanalrı əsas gətirərək, vətəndaş özünün istehlakçı hüquqlarının pozulduöunu iddia edərək, adıçəkilən istirahət mərkəzi tərəfindən qanunsuz depozit tələbinin və menyu təqdim edilmədən alınan 180 manat ödənişin qanunvericiliyə uyğun olaraq aidiyyati üzrə araşdırlmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev tərəfindən Cənub TİM” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə ünvanlanmış “Vətəndaş Müraciəti haqqında”məktubdan görnür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciətinə əsasən İstirahət Mərkəzinində müştərilərə təqdim olunan menyunun surətinin 5 iş günü müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edilməsi xahiş edilmişdir. İş materiallarında olan "xxxx" TİM MMC-i” tərəfindən tərtib olunmuş menyudan görünür ki, İstirahət mərkəzinin menyusunda təklif olunan məhsullarının adı və qiyməti mövcuddur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov tərəfindən Cənub TİM” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbərliyinə ünvanlanmış “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyin tələblərinin pozulması barədə”məktubdan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti araşdırlmış və Cənub” TİM MMC-i” tərəfindən tərtib olunmuş menyudan müəyyən olunmuşdur ki, istehlakçıların hüquqlarının pozulması faktı aşkar olunduğundan Cənub TİM” Məhdud Məsuliyyətli Cəmiyyəti barədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsi ilə inzibati xəta haqqında prtokolun tərtib edilməsi nəzərdə tutulmuşdur. Belə ki, müştərilərə "xxxx" TİM MMC-i” tərəfindən təqdim olunan menyunun surətindən görünür ki, menyuda təklif olunan məhsulun, sıra sayı, adı, və qiyməti mövcud olsa da həmin məhsulların kaloriliyi və çəkisi qeyd olunmamışdır. Məhkəmə, inzibati xəta haqqında 01 sentyabr 2023-cü il tarixli MN № ******* saylı protokolu, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 445.1-ci maddəsinin tərkibi vardır. Şəxs Azərbaycan Respublikasının İXM-nin 445.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şəxs sahibkarlıq fəaliyyəti (VÖEN **********) ilə məşğul olduğundan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18-ci maddəsinin qeydinə əsasən hüquqi şəxs hesab edilməlidir. Azərbaycan Respublikasının İXM-in 18-ci maddəsinin tələbinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətalara görə ümumi əsaslarla inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən hüquqi şəxslər barəsində bu Məcəllənin 22.1.1 xəbərdarlıq, 22.1.2 inzibati cərimə və 22.1.3 inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi kimi inzibati tənbeh növləri tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş Şəxs hərəkətlərində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 445.1-ci maddəsinə əsasən qiymət intizamının pozulmasına, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər və ya işlər üçün qiymət cədvəllərinin (menyuların) olmamasına və ya onların düzgün tərtib edilməməsinə görə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1 -ci maddəsinin sanksiyasının həddi daxilində müəyyən miqdarda cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsində nəzərdə tutlmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 800 (səkkiz yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar