Məhkəmə qərarları › İş №3(048)-268/2023

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-268/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-268/2023 10.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikası vətəndaşı, ********** saylı VÖEN sahibi X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə X3 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: X3 İdarəsinin Estetik nəzarət şöbəsinin müdri X5 tərəfindən Lerik rayonu Babagil kəndində yerləşən “Təzə ət” adlı obyektin fərdi sahibkarı X2 tərəfindən açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməsinə görə Azərbaycan Respublikası İXM-in 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında 12 sentyabr 2023-ci il tarixli MN № ******* saylı protokol tərtib edilmişdir. Tərtib edilmiş 12 sentyabr 2023-ci il tarixli MN № 1255688saylı protokoldan görünür ki, Lerik rayonu Babagil kəndində yerləşən “Təzə ət” adlı obyekti işlədən X2 açıq məkanda reklam sahəsində nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların vaxtında və tam yerinə yetirilməməklə İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, Lerik rayonu Babagil kəndində yerləşən “Təzə ət” adlı obyektin sahibkarıdır. Obyektin qarşısında kiçik reklam vursada həmin reklam üçün rüsum və müqavilə nəzrədə tutulmadığından reklam pulu ödəməmişdir. Lakin həmin reklam üçün rüsum nəzrədə tutulursa yaxın günlərdə Agentliklə müqavilə bağlayacağını, həmçinin obyekdə olan reklamların kiçik ölçüdə olduğunu və əgər başqa reklam vuracağı təqdirdə Reklam Agentliyi ilə müqavilə bağlayacaqdır. Lakin hazırd a barəmdə tərtib olunmuş inzibati protokol əsassızdır. Əslində o heç bir inzibati qaydanı pozmamışdır.Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul etməsini xahiş etdi. Səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə məhkəmə iclasında göstərdi ki, X3 İdarəsinin Estetik nəzarət şöbəsinin müdri X5 tərəfindən tərtib olunmuş 12 sentyabr 2023cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol əsaslı olmaqla qanunidir. Göstərilənləri nəzərə alaraq X2 barədə inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə, inzibati xəta haqqında işin materiallarını tədqiq edib, inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, təqdim olunmuş sübutlarla inzibati xəta hadisəsi və əməldə istinad olunan inzibati xəta tərkibi olmadığına görə X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş, Açıq məkanda reklam yerləşdirlməsinə icazə verilməsi və bu sahədə nəzaərtin həyata keçrilməsi qaydasının 1.5-ci bəndinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar), habelə ölçüsündən asılı olmayaraq, şəhər informasiya stendlərində qeyri-kommersiya məqsədi ilə yerləşdirilən plakatlar, siyasi reklamlar, qeyrihökumət təşkilatlarının, hüquqi (o cümlədən dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin) və fiziki şəxslərin kommersiya fəaliyyəti ilə bağlı olmayan elanları, həmçinin dövlət orqanlarına aid olan lövhələr və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 86.1-ci maddəsində nəzərdə tutulmuş məlumat lövhələri reklam qurğuları və ya yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. İnzibati xəta haqqında protokoldan isə görünür ki, həmin protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 tərəfindən Lerik rayonu Babagil kəndində yerləşən “Təzə ət” obyektində açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə tərtib edilmişdir. Göründüyü kimi tərtib olunmuş protokolda X1 açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsi istisna olunur. Barəsində inzibati xəta haqqında icraat aparılan X2 isə özünü təqsirli hesab etməyərək inzibati xəta tərkibi yaradan hərəkətlərə yol vermədiyini bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hətta barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən açıq məkanda reklam yerləşdirilməsi faktı mövcud olsa belə, yalnızca bu fakt özlüyündə İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tərkibini yaratmır. Çünki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Eyni Məcəllənin 53.0.1 və 53.0.2-ci maddəsinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilməlidir. Qeyd olunan Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 53, 105, 114,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsinin tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar