Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-268/2025 09.10.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxəliyev Nurlan Pərviz oğlunun katibliyi, İnzibati xəta haqqında materialı müdafiə edən şəxs Lerik Rayon Prokurorunun köməkçisi – X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Lerik rayonu, Züvüc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Züvüc kənd həkim məntəqəsində baş tibb qardaşı vəzifəsində işləyən, Lerik rayonu Züvüc kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Züvüc kənd tam orta məktbinin ibtidai sinif müəllimi X6 rayon prokurorluğuna teleqramla müraciət edərək işlədiyi məktəbin direktoru Sahil Ağayevin məktəbdə qanunsuzluqlarının olmasını göstərmişdir. Araşdırma zamanı X3 Lerik RPŞ-yə ünvanladığı eyni məzmunlu müraciəti aidiyyatı üzrə rayon prokurorluğuna göndərilmiş və eyni icraatda birləşdirilmişdir. Müraciət əsasında Lerik rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşunas X14 tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə xx.xx.2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş X3 2010-cu il təvəllüdlü qızı Zəhra Xosiyevanı öz müəllim yoldaşı olan X5 Əzimovla 18 yaşına çatdıqdan sonra evlənmələrinə dair sövdələşməyə daxil olması əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinin tərkib əlamətləri olduğundan inzibati məsuliyyətə cəlb edilmələri üçün material ayrılaraq rayon prokuroruna təqdim edilmişdir. Lerik rayon prokuroru, ədliyyə müşaviri X15 qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, qərar və toplanmış material şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə baxılması üçün aidiyyəti üzrə Lerik Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardan görünür ki, X6 2010-cu il təvəllüdlü qızı Zəhra Xosiyevanı 18 yaşına çatdıqdan sonra hal-hazırda sevgili münasibətlərində olan 2000-ci il təvəllüdlü Şəxs ilə evlənmələrinə dair X9 ilə sövdələşməyə daxil olmuş, bununla da Şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Lerik rayon prokurorunun köməkçisi X7 inzibati xəta haqqında materialı müdafiə edərək izahatında bildirmişdir ki, X6 2010-cu il təvəllüdlü qızı Zəhra Xosiyevanı 18 yaşına çatdıqdan sonra hal-hazırda sevgili münasibətlərində olan 2000-ci il təvəllüdlü Şəxs ilə evlənmələrinə dair X9 ilə sövdələşməyə daxil olmuşdur. Araşdırma zamanı Şəxs izahatında göstərmişdir ki, 2025-ci ilin yanvar ayında Züvüc kənd tam orta məktəbində X8 Xosiyevanı görüb bəyənmiş, Zəhra Xosiyeva dərsdən çıxdıqda kimlərdən olduğunu soruşduqda həmin məktəbdə müəllim işləyən Qalib Xosiyevin qızı olduğunu öyrənmişdir. Bu barədə həmin məktəbdə müəllim işləyən atası Mirzəbəy Əzimova demiş, atası təxmini olaraq 2025-ci ilin mart-aprel aylarında Qalib Xosiyev ilə danışıb onun Zəhra Xosiyevanı sevdiyini demişdir. Qalib Xosiyev hal-hazırda evlənməyin çox tez olduğunu qeyd edərək 18 yaşı tamam olanda evlənə biləcəklərini demiş, aralarında nişan olmamış, sadəcə olaraq valideynlərin razılığı olmuşdur. O, hal-hazırda Zəhra Xosiyevanı sevir, 18 yaşı tamam olanda onunla ailə həyatı quracaqdır. Araşdırma zamanı X9 övladı Şəxs ilə eyni məzmunlu izahat vermişdir. Araşdırma zamanı X6 izahatında göstərmişdir ki, qızı Zəhra Xosiyeva üçün toy və ya nişan məclisi təşkil etməmişdir. Araşdırma zamanı Lerik rayonu, Züvüc kənd tam orta məktəbinin müdiri X10 izahatında göstərmişdir ki, 2025-ci ilin iyun ayında tədris ilinin sonunda Qalib Xosiyev müdiri olduğu məktəbdə 9-cu sinifdə oxuyan qızı Zəhra Xosiyeva üçün nişan məclisi təşkil etmiş və nişan şirniyyatlarını məktəbdə paylamışdır. Zəhra Xosiyeva həmkəndliləri Şəxs ilə nişanlanmışdır. Araşdırma zamanı Lerik rayonu, Züvüc kənd tam orta məktəbinin 10-cu sinif şagirdi X16 izahatında göstərmişdir ki, Zəhra Xosiyeva onların sinif yoldaşıdır. 2025-ci il aprel ayında Zəhra Xosiyeva həmkəndliləri Nazir Əzimovla nişanlanmışdır. Zəhranın nişanından sonra onlar dərsdə olan zaman Mirzəbəy Əzimov (Nazirin atası), Qalib Xosiyev (Zəhranın atası) və sinif rəhbərləri Mahir müəllim sinifdə Zəhra Xosiyevanın nişan şirniyyatını paylamış və onlar da sinif yoldaşı kimi Zəhra Xosiyevanı təbrik etmişlər. Araşdırma zamanı Lerik rayonu, Züvüc kənd tam orta məktəbinin 10-cu sinif şagirdi X4 yoldaşı X16 ilə eyni məzmunlu izahat vermişdir. Araşdırma zamanı X12 izahatında göstərmişdir ki, 2025-ci ilin təxmini olaraq may-iyun aylarında o, müəllim otağına girəndə müəllimlərin konfet ile çay içdiklərini görmüşdür. Həmin konfetlərin nə səbəbə olduğunu soruşduqda müəllimlərdən biri (dəqiq kim olduğunu xatırlamır) Zəhra Xosiyevanın ad günü görə alındığını dermişdir. O, bundan sonra həmin konfetlərdən bir neçəsini götürüb sinif otağına getmişdir. Sinifdə şagirdlərə paylayıb Zəhranın ad günün təbrik etmişdir. Həmin konfetlər paylanılanda sinifdə ondan başqa heç bir müəllim olmamışdır. Nazir Əzimovu tanıyır, bir neçə dəfə məktəbin həyətinə gəlməsinin şahidi olmuşdur. Kənddə gedən söhbətlərdən X28 Xosiyevanı sevdiyini bilmişdir. Bununla bağlı olaraq Nazir Əzimovla danışmış, sonuncu da ona Zəhra Xosiyevanı sevdiyini və yaşı tamam olduqdan sonra onunla evləcəyini demişdir. X1 sistemindən çıxarışla müəyyən edilmişdir ki, Şəxs xx.xx.2000-ci ildə anadan olmaqla hal-hazırda 25 yaşında, X13 xx.xx.2010-cu ildə anadan olmaqla hal-hazırda 15 yaşındadır. Beləliklə, evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə (Şəxs) münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin (Zəhra Xosiyeva) yaş fərqi 10 ildir. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə müvafiq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında törətdiyi inzibati xətanı etiraf edərək, 2025-ci ilin yanvar ayında Züvüc kənd tam orta məktəbində X8 Xosiyevanı görüb bəyəndiyini, Zəhra Xosiyeva dərsdən çıxdıqda kimlərdən olduğunu soruşduqda həmin məktəbdə müəllim işləyən Qalib Xosiyevin qızı olduğunu öyrəndiyini, bu barədə həmin məktəbdə müəllim işləyən atası Mirzəbəy Əzimova dediyini, atasının təxmini olaraq 2025-ci ilin mart-aprel aylarında Qalib Xosiyev ilə danışıb onun Zəhra Xosiyevanı sevdiyini dediyini, aralarında nişan olmadığını, sadəcə olaraq valideynlərin razılığının olduğunu, Qalib Xosiyevin halhazırda evlənməyin çox tez olduğunu qeyd edərək 18 yaşı tamam olanda evlənə biləcəklərini dediyini, Zəhra Xosiyevanı sevdiyini və yaşı tamam olduqdan sonra onunla evlənəcəyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsi ilə təqsiri sübuta yetirildiyindən təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 2010-cu il təvəllüdlü qızı Zəhra Xosiyevanı 18 yaşına çatdıqdan sonra hal-hazırda sevgili münasibətlərində olan 2000-ci il təvəllüdlü Şəxs ilə evlənmələrinə dair X9 ilə sövdələşməsi 2025-ci ilin aprel ayında olmuş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsi 01 iyul 2025-ci ilin tarixdə qüvvəyə minmiş, inzibati xəta isə 2025-ci ilin oktyabr ayında aşkara çıxarılmışdır. Məhkəmə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı qeyd edir ki, X6 2010-cu il təvəllüdlü qızı Zəhra Xosiyevanı 18 yaşına çatdıqdan sonra hal-hazırda sevgili münasibətlərində olan 2000-ci il təvəllüdlü Şəxs ilə evlənmələrinə dair X9 ilə sövdələşməyə aprel ayında daxil olsalar da, hazırki vaxtadək həmin sövdələşmə davam etdiyindən inzibati xəta uzanan inzibati xəta hesab edilməli, müddət uzanan inzibati xətaya münasibətdə xətanın aşkara çıxarıldığı gündən yəni 2025-ci ilin oktyabr ayından hesablanmalıdır. Məhkəmə həmçinin inzibati xətanın qanunun qüvvəyə minməsindən əvvəl törədilməsi hissəsinə qiymət verərək qeyd edir ki, X6 2010-cu il təvəllüdlü qızı Zəhra Xosiyevanı 18 yaşına çatdıqdan sonra hal-hazırda sevgili münasibətlərində olan 2000-ci il təvəllüdlü Şəxs ilə evlənmələrinə dair X9 ilə sövdələşməyə 2025-ci ilin aprel ayında daxil olsalar da, həmin sövdələşmə qanun qüvvəyə mindikdən sonra da davam edir. Belə olan halda, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyət yaranır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən, on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə – min manatdan iki min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin maddənin Qeyd hissəsinə əsasən bu maddədə nəzərdə tutulmuş əmələ görə inzibati məsuliyyət həmin əməli törətmiş evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxsə münasibətdə bu şəxslə zərərçəkmiş şəxsin yaş fərqi beş ildən çox olduqda yaranır. Materiala əlavə edilmiş “elektron prokurorluq” informasiya sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Şəxs xx.xx.2000-ci il tarixdə anadan olmaqla hazırda 25 yaşında, X11 xx.xx.2010-cu il tarixdə anadan olmaqla hazırda 15 yaşındadır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 38.2.-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs Azərbaycan Respublikasının İXM-nin 189-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin aşağı həddində cəza tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Beləliklə, qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 1000 (min) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-268/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-268/2025
09.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver