Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-27/2024 22.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas ktibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxxxx 1987-ci il tarixdə Lerik qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Lerik şəhəri, Ş.Qurbanov küçəsi ev 2-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə Lerik rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Lerik Rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli 2(048)-1363/2016 saylı və Yevlax Rayon Məhkəməsinin e-2(039)-1934/2022 saylı icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclası zamanı Lerik rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında göstərdi ki, Lerik Rayon Məhkəməsinin 24 oktyabr 2016-cı il tarixli 2(048)- 1363/2016 saylı icra vərəqəsinə əsasən Şəxs 50000 (əlli min) ABŞ dolları məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun tutulub tələbkar X3 verilməsi və Yevlax Rayon Məhkəməsinin e-2(039)-1934/2022 saylı icra vərəqəsinə əsasən 7881 manat pul və 98.91 manat dövlət rusumu tutularaq “Paşa Sığırta” Asc-in xeyrinə verilməsi qət edilmişdir. İcra vərəqələri Lerik Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya, məlumat üçün isə məhkəməyə və tələbkara göndərilmişdir. İcra sənədi üzrə borclu Şəxs üzərində olan borc məbləğini tələbkarın xeyrinə ödəməsi barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq o, barəsində olan icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinə əməl etməyərək icra sənədinin icrasından yayınmışdır. Borclu, icra sənədi icraya yönəldiyi vaxtdan tələbkarın xeyrinə ödəniş etməmişdir. Göründüyü kimi borclu icra vərəqəsinin icrasını təmin etməyərək icra məmurunun qanuni tələbinə əməl etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, həqiqətən də, Lerik Rayon Məhkəməsinin 24 oktyabr 2016cı il tarixli 2(048)-1363/2016 saylı icra vərəqəsinə əsasən ondan 50000 (əlli min) ABŞ dolları məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun tutulub tələbkar X3 verilməsi və Yevlax Rayon Məhkəməsinin e-2(039)-1934/2022 saylı icra vərəqəsinə əsasən 7881 manat pul və 98.91 manat dövlət russumu tutularaq “Paş Sığırta” Asc-in xeyrinə verilməsi qət edilmişdir. Maddi imkanı olmadığından borcunu ödəyə bilməmiş ona görə də cinayət məsuliyyətinə cəlb olunmaqla məhkum olunmuşdur. Bundan başqa o, ailəli olmaqla rəsmi olaraq heç bir yerdə işləmir və azyaşlı uşaqları onun himayəsindədir.Göstərilənləri nəzərə alaraq məhkəmədən ona köməklik edilməsini xahiş etdi. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında MN ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə də təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs ilk dəfə inzibati xəta törətməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallardır. İnzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114,115, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədr: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-27/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-27/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver