Məhkəmə qərarları › İş №3(048)-28/2024

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-28/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-28/2024 22.01.2024 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Müdafiəçi Lənkəran Vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Lerik Rayon Piran kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Lerik Rayon Piran kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 511.1.3 və 535.1-ci maddələri ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Lerik Rayon Polis şöbəsinin DYPB-nin inspektoru polis baş serjantı X1 Nazir Məhəbbət oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 327.3, 511.1.3 4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü il tarixli İXP № ******* saylı protokol tərtib edilmişdir. Tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:20 radələrində LƏnkəran-Lerik yolunun 20-ci km-də idarə etdiyi Mirsubishi L200 minik markalı ** ON *** dövlət qeydiyyat nişanlı avtomobillə müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirməmiş, həmçinin mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmaqla inzibati xəta törətmişdir. Eyni zamanda Lerik Rayon Polis şöbəsinin İTB-in sahə rəisi X2 Nazir Məhəbbət oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2024-cü il tarixli AP № ******* saylı protokol tərtib edilmişdir. Tərtib edilmiş xx.xx.2024-cü il tarixli AP № 1700219saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:20 radələrində Lerik rayonu Piran kəndində polisin qanuni tələblərinə tabe olmamamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə Lerik rayon Piran kəndində idarə etdiyi Mirsubishi L200 minik markalı ** ON *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən YPX-i əməkdaşı idarə etdiyi avtomobillə onun arxasıyca gələrək səs ucaldıcıdan isttifadə edərək ondan avtomobili saxlamağı tələb etmiş və o avtomobili saxladıqdan sonra YPX əməkdaşları ona bildirmişlər ki, avtomobilin yuk yerinə baxmaq istəyirlər. Onlara bura Lerik ərazisi deyil burda siz avtomobili yoxlaya bilməzsiniz, gedək kamerası olan dükanların qarşısında baxış keçirin demiş və avtomobili kamerası olan dükanın qarsşısında saxlasada ancaq onun avtomobilinin yük yerinə baxış keçirməmişlər. O heç bir avto xuliqanlıq etməmiş, həmçinin polislərinin qanuni tələblərinə tabe olmuşdur.Belə ki, barəsində iznibati prtokol tərtib edilməsini əsasını ondan ibarətdir ki, məhkəmənin qərarına əsasən 2023-cü ildə avtomobilinə həbs qoyulmuş və avtomobili Lerik RPŞ-in duracağına yerləşdirlmişdir. Avtomobili duracağda olan vaxt avtomobilinin üzərində olan elektrik enerjisini toplayan cihaz-batareya oğurlandığından bu barədə Baş Prokurorluğa şikayət etmişdir. Ona görə də hazırda polislər onunla qərəzlidirlər. Ancaq o heç bir inizbati xəta hadisəsi törətməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməməsi barədə vermiş olduğu izahatını inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu əməldən yaxa qurtarmağa yönəlmiş izahat kimi qəbul edir. Məhkəmə iclası zamanı dindirilmiş Lerik RPŞ-nin DYPB-in YPX-in inspektoru polis serjantı X6 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminn saat 19 radələrində Lerik RPŞ-nin PPXB-in polis nəfərləri Rövşən Mövlanov və Ümüdvar Həsənovla birlikdə Lerik rayonun Piran kəndi ərazisində stasionar postda xidmət apararkən hərəkətdə olan Mirsubishi-Picap L200 minik markalı ** ON *** dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə postu keçdiyindən, həm də avtomobilin yük hissəsini yoxlamaq məqsədilə PPX-i əməkdaşları sürücüyə saxla işarəsi vermiş, lakin sonradan adını bildiyi sürücü Şəxs avtomobili yüksək sürətlə idarə edərək tabesizlik göstərib hadisə yerindən uzaqlaşdığından PPX əməkdaşı Ü, Həsənovla birlikdə idarə etdiyi Kia-Spotage markalı xidməti avtomobillə həmin nəqliyyat vasitəsinin arxasyca sürüb gözlə görünən məsafədə təqib edərək, xidməti avtomobildə quraşdırlmış rupor və səs siqnalı vasitəsilə saxla əmri vermişdir. Sürücü avtomobili yüksək sürətlə təxminən 120-130 km sürətlə iadarə edərək dəfələrlə qarşı zolağa çıxaraq, digər hərəkət iştirakçıları üçün real təhlükə yaradırdı. Təxminən 3-4 km yol sürüldükdən sonra sürücü Şəxs avtomobili hərəkətsiz vəziyyətə gətirərək saxlamışdır. Bundan sonra N. Orucova avtoxuliqanlqı edərək tabesizlik gösətrdiyini izah etmiş, bundan əlavə sürücüdən avtomobildən düşməyi və avtomobilin yük hissəsini təqdim etməyi qanunauyğun şəkildə tələb etmiş, həmin an sürücü ona əl işarəsi edib kobud şəkild “get işində ol” demişdir. Onu nizam intizama dəvət etsələrdə, lakin sürücü onların qanuni tələblərinə tabe olmayaraq avtomobili hərəkətə gətirib geriyə manevr edərək, yüksək sürətlə təkrar avtoxuliqanlıq hərəkətləri edərək, həmin yerdən uzaqlaşımışdır. Ona görə də raportla şöbəyə müraciət etmişlər. Məhkəmə iclası zamanı dindirilmiş Lerik RPŞ-nin PPXB-in polis nəfəri, polis kiçik serjantı X10 şahid qismində dindirlmiş Lerik RPŞ-nin DYPB-in YPX-in inspektoru polis serjantı X3 izahatına uyğun izahat verdi. Məhkəmə iclası zamanı dindirilmiş Lerik RPŞ-nin DYPB-in YPX-in inspektoru polis serjantı X5 izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə təxminən saat 19 radələrində Lerik rayon Piran kəndi ərazisində yəni hadisə yerində olmamış, həmkarı Amil Qurbanovun tərtib etdiyi raport və video diskə baxış keçirməklə protokol tərtib etmişdir. Məhkəmə iclası zamanı dindirilmiş Lerik RPŞ-nin DYPB-in CAB-in rəisi polis mayoru X8 izahatında göstərdi ki, Lerik RPŞ-nin DYPB-in YPX-in inspektoru polis serjantı X6 və Lerik RPŞ-nin PPXB-in polis nəfəri, polis kiçik serjantı X4 raportları əsasında Lerik rayonun Piran kəndində polis əməkdaşları ilə birlikdə getmişlər. Orada Şəxs onları görüb qaçıb gizlənmişdir. Şəxs atası gəlib onlara demişdir ki, Nazir qorxub yəqin, onu başa salar. Lakin həmin vaxt Şəxs Lerik RPŞ-nə gəlməmiş qaçıb gizlənmişdir. Ona görə də iş üzrə icraat bu qədər uzanmışdır. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli İXP № ******* saylı və xx.xx.2024-cü il tarixli AP № ******* saylı protokolları və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.3 və 511.1.3-cü maddələrinin tərkibi olmasa da, lakin İXM-in 535.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İş materiallarında olan Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş video diskə baxış keçirilən zaman müəyyən edildi ki, polis əməkdaşları ünvanı məlum olmayan həyətyanı torpaq sahəsindən çıxırlar. İş materiallarında olan Lerik RPŞ-i tərəfindən məhkəməyə təqdim edilmiş video diskə baxış keçirilən zaman müəyyən edildi ki, YPX-i əməkdaşı idarə etdiyi avtomobillə qarşısında hərəkətdə olan markası və dövlət nömrə nişanı görünməyən avtomobili təqib etmiş, avtomobil saxlanılmış və sürücüyə avtomobilin yük hissəsinə baxış keçirilməsi bildirilsə də, lakin sürücü avtomobilidən düşməyərək dönmə həyata keşirərək hadisə yerindən uzaqlaşmışdır. İş materiallarında olan Lerik RPŞnin İTB-nin polis sahə rəisi polis mayoru X9 tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Lerik rayonun Piran kəndində yaşayan Şəxs xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində Lerik rayonu Piran kəndi ərazisində polisin qanuni tələblərinə tabe olmayaraq, polisin xidməti fəaliyyətinə maneəçilik törətmişdir.Eyni zamanda Şəxs xx.xx.2024-cü il tarixdə, saat 19:30 radələrində Lerik rayon Piran kəndi ərazisində xidmət aparan Lerik RPŞ-nin PPXB-in və DYPB-in əməkdaşlarının qanuni tələblərinə tabe omayaraq idarə etdiyi Mirsubishi Picap L200 minik markalı ** ON *** dövlət qeydiyyat nişanlı avtomobilini yüksək sürətlə sürərək xüliqanlıq etdiyinə görə inzibati icraat açılmışdır. İş materiallarında olan Lerik RPŞnin İTB-nin polis sahə rəisi polis mayoru X9 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, törədilmiş xəta ilə əlaqədar Lerik Rayon Piran kənd sakini Şəxs Möhübbət oğlunun yaxalanaraq polis şöbəsinə təqdim olması təlimatlandırılmışdır. İnzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 327.3-cü maddəsinin dispozisiyasında dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə inzibati xəta nəzərdə tutulmuşdur. Göründüyü kimi, eyni tarixdə yəni xx.xx.2024-cü il tarixdə Şəxs barədə həm İXM-in 327.3-cü maddəsi, yəni müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsinin dispozisiyasında mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati xəta nəzərdə tutulmuşdur. Göründüyü kimi, Lerik YPX-i əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 327.3-cü və 511.1.3-cü maddələrini törətməsi barədə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilsə də, lakin Şəxs həmin xətanı törətməsi (yol nəqliyyat hadisəsinin törədilərkən yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasını təsdiq edən görüntünün və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasını təsdiq edən izlərin olması) barədə sübutlar məhkəməyə təqdim olunmamışdır. Lakin, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik Rayon Polis şöbəsinin DYPB-nin inspektoru polis baş serjantı X5 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında öz mülahizəsinə və ehtimallarına əsaslanaraq sözü gedən inzibati xəta haqqında protokolu tərtib etmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Lerik Rayon Polis şöbəsinin DYPBnin inspektoru polis baş serjantı X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP № ******* saylı inzibati xəta haqqında protokolda (başqa sübutlar olmadığı halda) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinin təsdiqi üçün mötəbər sübut hesab etmək olmaz. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, cərimə növündə tənbeh tətbiq etməyi kifayət hesab etməyərək, barəsində təqsirli bilindiyi İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü və 511.1.3-cü maddələrinin tərkibi olmadığından barəsində İXM-in 327.3-cü və 511.1.3-cü maddələri ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 18:16-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar