Məhkəmə qərarları › İş №3(048)-29/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-29/2025

07.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-29/2025 07.01.2025 LERİK RAYON MƏHKƏMƏSİ Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, iclas katibi Muradov Nurlan Əlyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Lerik rayonu Amburdərə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Lerik rayonu Amburdərə kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 07 yanvar 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Lerik Rayon Amburdərə kəndində həmkəndlisi Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirməklə inzibati qaydanı pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməsini etiraf edərək əməlindən peşman olduğunu, eyni zamanda zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin ondan heç bir tələbinin və şikayətinin olmadığını göstərərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Lerik Rayon Amburdərə kəndində həmkəndlisi ilə aralarında yaranmış mübahisə zamanı Şəxs onu döymüşdür. Hazırda Şəxs ilə barışdığından ondan heç bir tələbi və şikayəti yoxdur.Odur ki, Şəxs barəsində olan işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında 07 yanvar 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı protokolu, xx.xx.2024-cü il tarixli Lerik RPŞ-in TQ-u tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki,, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Lakin, məhkəmə inzibati xəta törətmiş Şəxs Zərərçəkmiş şəxs ilə barışdığını və onların bu barədə olan yazılı müracəitini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 53.1.9-cu maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin maddəyə əsasən bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar