Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-292/2023 16.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Lerik Rayon Rvarud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, fərdi işlə məşqul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 13-14 radələrində Lerik –Lənkəran yolunun 36-cı km-də yerləşən “Meşəbəyi” İstirahət Mərkəzində pols əməkdaşlarının qanuni tələbləri pozaraq, polis əməkdaşlarına müqavimət göstərməklə tabeçilik göstərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, istifadəsində mobil telefon nömrəsinə zəng gəlmiş, özünü pols əməkdaşı kimi təqdim edən şəxs onu Lerik RPŞ-nə dəvət etmişdir. Həmin şəxsə bildirmişdir ki, bu iş mülki iş olduğundan məhkəməyə müraciət olunmaldır. Polis əməkdaşları ona məxsus obyektə gələrk onun orada olmadığını öyrəndkədn sonra obyekdən qayıdan zaman onunla Lerik-Lənkəran yolunun üzərində yerləşən “Xəyal” istirahət Mərkəzinin çıxında qarşılamış və idarə etdiyi avtomobilin qaşısın kəsmişlər. Polis əməkdaşları ona polis şöbəsinə çağırılmasının səbəbəini müstəntiqin məcburi gətirlmə barədə qərarın olduğunu demişdir.Bu zaman onun məcburi Lerik RPŞ-nə gətirilməsinə çalışsalarda, aralarında sözlü mübahisə baş vermiş və əsəbi olduğundan o həmin şəxslərə nə dediyini xatırlamasada, onlara öz iradını bildirirək ”bu hərəkətləri quldurlar, küçə adamları edirlər” siz quldurluq və reyketlik edirsiniz demişdir.Bu sözləri onlara deməkdə heç bir məqsədi olmasada bu halın onların özləri yaratmasını demişdir. O, heç bir inizbati xəta törətmədiyindən ona qanunamüvafiq qaydada köməklik edilməsini xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda göstərilən inzibati xətanı törətməməsi barədə vermiş olduğu izahatını inandırıcı hesab etmir, özünü müdafiə məqsədi daşıyan və törətmiş olduğu əməldən yaxa qurtarmağa yönəlmiş izahat kimi qəbul edir. Məhkəmə iclası zamanı dindirilmiş Lerik RPŞ-nin əməliyyat müvəkkili polis leytenantı X2 izahatında göstərdi ki, Şəxs barəsində Lerik rayon prokurorluğundan daxil olmuş məcburi gətirilmə barədə qərar əsasında polis əməkdaşları R.Həsənovla birlikdə xx.xx.2023-cü il tarixdə Şəxs işlətdiyi Meşəbəyi istirahaət mərkəzinə gedərək onun orada olmadığnı gördükdən sonra geri qayıdarkən, Lerik rayon 40-cı km-də yerləşən X5 çıxışnda Şəxslə rastlaşdıqlarından onun idarə etdiyi avtomobili saxladaraq, özlərini ona təqdim etməklə, onu saxlamalrının səbəbəini izah edən zaman Şəxs ünvanlarına nalayıq söyüşlər söymüş və Lerik RPş-nə gəlməkdən imtina edərək oradan uzaqlaşmış və yoluna davam etmişdir. Bu barədə CAB-ın rəisinə məlumat verdikdən sonra təkrar olaraq Meşəbəyi istirahət Mərkəzinə getmişlər. Orada adı onlara sonradan məlum olan şəxs X8 üzərlərinə aqressiv şəkildə gələrək səs-küy salmış və onların Şəxs aparılmasına etirazını bildirməklə xidməti fəaliyyətlərinə maneəçilik etmişdir. Bu səbədən barəsində raportla Ona görə də raportla şöbəyə müraciət etmişdir. Məhkəmə iclası zamanı dindirilmiş Lerik RPŞ-in CAB-ın rəisi X6, Lerik RPŞ-in əməliyyat müvəkkili X3 və Lerik RPŞ-in sahə rəisi X4 şahid qismində dindirlmiş Lerik RPŞnin əməliyyat müvəkkili polis leytenantı X1 izahatına uyğun izahat verdi. Məhkəmə iclası zamanı iş materiallarına əlavə edilmiş video diskə baxış keçirilmiş və diskə baxış zamanı müəyyən olmuşdur ki, X9 pols əməkdaşlarıa qarşı müqavimət göstərməklə ünvanları söyüş və təhqiredici ifadələr istifadə edir. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, cərimə növündə tənbeh tətbiq etməyi kifayət hesab etməyərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 16 oktyabr 2023-cü il saat 17:30-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: bAtabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-292/2023
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-292/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver