Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-292/2024 06.11.2024 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Zəkiyev Vüsal Asif oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs – Lerik RPŞ-nin sahə rəisi, polis baş leytenantı X3, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs – Şəxs Xanhəsən oğlunun iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Lerik rayonu, Vov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Lerik rayonu, Vov kəndində qeydiyyatda olan və yaşayan Şəxs Xanhəsən oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Lənkəran şəhər sakini X4 xx.xx.2024-cü il tarixdə, saat 20:16-da Azərbaycan Respublikası DİN-in “102” XZM-nə zəng edərək Lerik rayonu, Vov kəndində bacısı Zərərçəkmiş şəxs həyat yoldaşı Şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Lerik RPŞ-yə yazdığı ərizədə bildirmişir ki, həyat yoldaşı Şəxs Xanhəsən oğlu xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində onun boğazından tutaraq sıxmış, ona xəsarət yetirmişdir. Bu barədə tədbir görülməsini xahiş etmişdir. Ərizə əsasında Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən araşdırma aparılmış, toplanmış material üzrə xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Şəxs Xanhəsən oğlu barəsində Azərbaycan Respublikası İXMnin 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Lerik RPŞ-yə göndərilmişdir. Lerik RPŞ-nin sahə rəisi, polis baş leytenantı X5 xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli Şəxs Xanhəsən oğlunun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati protokol tərtib edərək baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə rəisi, polis baş leytenantı X5 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Şəxs Xanhəsən oğlu həyat yoldaşı Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs Xanhəsən oğlunun barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Xanhəsən oğlu törətdiyi inzibati xətanı etiraf edərək hazırda Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs hazırda Şəxs Xanhəsən oğlu ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X1 tərəfindən toplanmış material üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində Lerik rayonu, Vov kəndində qeydiyyatda olan Şəxs Xanhəsən oğlu yaşadıqları evdə ailə münasibətləri zəminində arvadı Zərərçəkmiş şəxs boğazından tutaraq ona fiziki ağrı yetirərək döymüşdür. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Şəxs Xanhəsən oğlu ilə barışmışdır. Heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan inzibati xətanı törətmiş şəxs Şəxs Xanhəsən oğlu tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs ilə barışmışlar. Zərərçəkmişə dəymiş ziyanı tam ödəmişdir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Xanhəsən oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 5-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən, məhkəmə hesab edir ki, Şəxs Xanhəsən oğlu zərərçəkmiş şəxslə barışmışdır, ona görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 39.1-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.1, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Xanhəsən oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə təqsirləndilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata zərərçəkmiş şəxslə barışdığına görə xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-292/2024
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-292/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver