Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-293/2023 16.10.2023 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Kiçibəyov Atabəy Qələbəy oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Mirzəyev Faiq Fizuli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 iştirakı ilə, xx.xx.1989-cu ildə Lerik Rayon Hicü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Lerik rayon Hücü kəndində qeydiyyatda olmaqla orada yaşayan X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: X11 xx.xx.2023-cü il tarixdə saat 13:50 radələrində Lerik –Lənkəran yolunun 36-cı km-də yerləşən “Meşəbəyi” İstirahət Mərkəzində pols əməkdaşlarının qanuni tələbləri pozaraq, polis əməkdaşlarına müqavimət göstərməklə tabeçilik göstərməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 məhkəmə iclası zamanı yuxarıda göstərilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə Lerik Lənkəran yolunun 36-km-də yerləşən Meşəbəyi istirahət Mərkəzində olarkən bir neçə şəxsin Əlikran Ağayevi məcburi aparmaq istədiklərini görmüş və onlara etirazını bildirərək maneəçilik törətmişdir. Hazırda etdiyi əməldən peşimandır. Əməlindən peşimandır. Ona görə də ona qanunamüvafiq qaydada köməklik edilməsini xahiş edir. Məhkəmə iclası zamanı dindirilmiş Lerik RPŞ-nin əməliyyat müvəkkili polis leytenantı X2 izahatında göstərdi ki, X8 barəsində Lerik rayon prokurorluğundan daxil olmuş məcburi gətirilmə barədə qərar əsasında polis əməkdaşları R.Həsənovla birlikdə xx.xx.2023-cü il tarixdə Ə.Ağayevin işlətdiyi Meşəbəyi istirahaət mərkəzinə gedərək onun orada olmadığnı gördükdən sonra geri qayıdarkən, Lerik rayon 40-cı km-də yerləşən X7 çıxışnda Ə.Ağayevlə rastlaşdıqlarından onun idarə etdiyi avtomobili saxladaraq, özlərini ona təqdim etməklə, onu saxlamalrının səbəbəini izah edən zaman Ə.Ağayev ünvanlarına nalayıq söyüşlər söymüş və Lerik RPş-nə gəlməkdən imtina edərək oradan uzaqlaşmış və yoluna davam etmişdir. Bu barədə CAB-ın rəisinə məlumat verdikdən sonra təkrar olaraq Meşəbəyi istirahət Mərkəzinə getmişlər. Orada adı onlara sonradan adıməlum olan şəxs X11 üzərlərinə aqressiv şəkildə gələrək səs-küy salmış və onların Ə.Ağayevin aparılmasına etirazını bildirməklə xidməti fəaliyyətlərinə maneəçilik etmişdir. Bu səbədən barəsində raportla Ona görə də raportla şöbəyə müraciət etmişdir. Məhkəmə iclası zamanı dindirilmiş Lerik RPŞ-in CAB-ın rəisi X9, Lerik RPŞ-in əməliyyat müvəkkili X3 və Lerik RPŞ-in sahə rəisi X4 şahid qismində dindirlmiş Lerik RPŞnin əməliyyat müvəkkili polis leytenantı X1 izahatına uyğun izahat verdi. Məhkəmə inzibati icraatda iştirak edən şəxslərin izahatını dinləyib, inzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN № ******* saylı protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X5 əməlində Azərbaycan Respublikası İXM-nin 535.1ci maddəsinin tərkibi vardır və o, həmin maddə ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tətbiq edilməlidir. İnzibati xəta törətmiş X5 əməlində əməlindən peşiman olması, ilk dəfə inzibati xəta törətməsi məsuliyyəti yüngülləşdirən hallardır. İnzibati xəta törətmiş X5 əməlində məsuliyyəti ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törətmiş X6 inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirən halın olmasını və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmasını nəzərə alaraq, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək məqsədilə, cərimə növündə tənbeh tətbiq etməyi kifayət hesab etməyərək, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114, 115, 128-130-cu maddələrinə rəhbər tutub, məhkəmə qəraraaldı: X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 16 oktyabr 2023-cü il saat 17:50-dən hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə Lerik Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Atabəy Kiçibəyov
Məhkəmə qərarları › İş №3(048)-293/2023
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-293/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver