Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-297/2025 05.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Lerik Rayon Məhkəməsinin hakimi Zeynalov Yusif Səmədağa oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şıxaliyev Nurlan Pərviz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə Lerik RPŞ-yə yazdığı ərizəsində göstərmişdir ki, özünü İlqar adlı həkim kimi təqdim edən şəxs ***-***-**- ** saylı mobil nömrə ilə ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək 225 manat pul göndərməsini istəmişdir. O, da həmin pulu Lerik şəhərində yerləşən “Rəşid” marketdəki “Milliön” terminalı ilə ***-***-**-** saylı mobil nömrəyə göndərmişdir. Sonradan öyrənmişdir ki, həmin şəxs onu aldatmış, pulunu ələ keçirmişdir. Bu barədə tədbir görülməsni xahiş etmişdir. Lerik RPŞ-nin TQ-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən qəbul edilmiş 10 noyabr 2025-ci il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin Zərərçəkmiş şəxs pulunu dələduzluq yolu ilə ələ keçirmiş şəxsin müəyyən edilib barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün aidiyyəti üzrə Lerik RPŞ-yə göndərilməsi qərara alınmışdır. Qərardan görünür ki, material üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2025-ci il tarixdə özünü Lerik rayon mərkəzi xəstəxanasının həkimi İlqar kimi təqdim edən şəxs Lerik şəhər sakini Zərərçəkmiş şəxs zəng etmiş, onun etibarından suiistifadə edərək Lerik şəhəri, Nizami küçəsində yerləşən “Rəşid” marketdə quraşdırılmış 51419 saylı terminal vasitəsi ilə ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçən “Portmanat” elektron pul kisəsi hesabına 225 manat pul göndərməyini xahiş edərək sonunucunu aldatmış və dələduzluq yolu ilə 225 manat pulunu pulunu ələ keçirmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 05 dekabr 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs dələduzluq yolu ilə Zərərçəkmiş şəxs 225 (iki yüz iyirmi beş) manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis leytenantı X3 izahatında bildirmişdir ki, Şəxs özünü Lerik rayon mərkəzi xəstəxanasının həkimi İlqar adlı şəxs kimi təqdim edərək Lerik şəhərində taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs üzərində pul olmadığı üçün internet pulunun ödənilməsi ilə bağlı hesabına 225 manat pul köçürməsini və ünvana çatdığı zaman qaytaracağını bildirmiş, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs da 225 manat pul vəsaitini həmin şəxsin “Portmanat” elektron pul kisəsi hesabına köçürmüş və ünvana çatdığı zaman ünvada heç kimin olmadığını görmüş və telefon vasitəsi ilə əlaqə saxlamaq istədikdə həmin şəxsin telefonunu bağlı olmuşdur. Göstərilənələri nəzərə alaraq barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Lerik şəhərində fəaliyyət göstərən elektrik avadanlıqlarını satan mağazanın sahibi Vasif Əliyev ona zəng edərək mağazaya çağırmış, ona 75 manat dəyərində elektrik somavarını və 125 manat pul verərək Lerik rayon mərkəzi xəstəxanasına aparıb İlqar adlı həkimə verməsini, həmçinin İlqarın ona 200 manat pul qaytaracağını və gətirməsini demişdir. Sonra İlqar adlı şəxs ona zəng edərək yaxınlıqda market varsa getməsini, iki şüşə “Esentuki 17” adlı içki almasını, həmin 125 manat pulun üzərinə 100 manat əlavə etməsini və onun elektron pul kisəsinə göndərməsini, ünvana çatdığı zaman həmin pul vəsaitini qaytaracağını demiş, o da marketdən 100 manat borc pul götürərək ümumilikdə 225 manat pulu həmin şəxsin hesabına köçürmüşdür. Sonra o, həmin ünvana getmiş və nömrəyə zəng etmiş, lakin nömrənin bağlı olduğunu görmüşdür. Daha sonra o polis şöbəsinə müraciət etmişdir. Sonda o, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs ilə barışdığını, sonuncu tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini bildirərək. məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında özünü təqsirli bilərək izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs zəng etmiş, ona 225 manat pul vəsaitini elektron pul kisəsinə köçürməsini demiş, zərəçəkmiş şəxs də həmin pul vəsaitini onun hesabına köçürmüşdür. Sonda o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və zərər çəkmiş şəxslə barışıq əldə etdiyini bildirərək məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şəxsin əməlində İXM-in 227-ci maddəsinin tərkib əlamətləri olsa da, həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialına əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 noyabr 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, baş vermiş xırda talama faktı üzrə əməli törətmiş naməlum şəxsin gələcəkdə yeri müəyyən edildikdə barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən tədbir görülməsi üçün qəbul edilmiş qərar aidiyyəti əməkdaşa həvalə edilməsindən ötrü təhqiqat orqanının rəhbərinə təqdim edilməsi qərara alınmışdır. İş materialına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona vurulmuş zərər tam şəkildə ödənilmişdir, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmışlar, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən, xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə görə bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2, 53.1.10, 105, 114, 115 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərər çəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Lerik Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Yusif Zeynalov
Məhkəmə qərarları › İş №3(048)-297/2025
Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-297/2025
05.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver