Məhkəmə qərarları › İş №3(048)-298/2025

Lerik Rayon Məhkəməsi Qərar — İş №3(048)-298/2025

07.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lerik rayonu İş № 3(048)-298/2025 07.12.2025 LERİK RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Muradov Nurlan Əlyar oğlunun katibliyi, Lerik Rayon Polis Şöbəsinin İTB-in sahə rəisi, polis leytenantı Əfsaləddin Dadiyevin, Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs iştirakı ilə, xx.xx.1968-ci ildə Lerik rayon Əliabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən Lerik rayon Əliabad kəndində qeydiyyatda olmaqla orada yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Lerik Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lerik rayon Polis şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Lerik Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 07 dekabr 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:45 radələrində Lerik rayon Veri-Əliabad kəndi ərazisində ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalat Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Lerik RPŞ-nin sahə inspektoru, polis baş leytenantı Əfsaləddin Dadiyev inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, X7 İTB-in sahə rəisi, polis leytenantı X3 xx.xx.2025-ci il tarixli raportu daxil olmuşdur. Raporta əsasən araşdıma aparılmış və müəyyən olmuşdur ki, Sahib Əliyev, Lerik RPŞ-in PPXB-in tağım komandiri Ramin Rəhimov və PPXB-in polis kiçik serjantı Rəvan İsmayılovla birlikdə Lerik rayon Veri Əliabad kənd dairəsi ərazisində xidmətdə olarkən Veri kəndində yerləşən sahədə, bir nəfər şəxsin qarşılaşmışlar, həmin şəxsin əlində ov silahı olmuşdur.Polis əməkdaşalrı özlərini ona təqdim edərək, həmin silahın daşınması və saxlanılması üçün sənədlərinin olubolmamasını soruşduqda, həmin şəxs onların polis əməkdaşları olduğunu bilib qaçmağa başlamış, polis əməkdaşları həmin şəxsə dəfələrlə qaçma dayan bildirsələrdə, lakin həmin vətəndaş onların polis olduğunu bilib qorxaraq qaçaraq uzaqlaşmışdır. Həmin şəxs qaçarkən ayağı büdəryib yıxılmış və polis əməkdaşları onu saxlayaraq izahatı alınması üçün Lerik RPŞ-nə gətirmişlər. O, Lerik RPŞ-nə gətirildikdən sonra həmin şəxsin Lerik rayon Veri-Əliabad kənd sakini Şəxs olması məlum olmuş və onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə toplanmış material aidiyyatı üzrə Lerik rayon məhkməsinə gətirilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək bildirdi ki, xx.xx.2025-ci il tarixdə, axşam saatlarında heyvanları gəlmədiyi üçün heyvanlarının axtarışına çıxmış, orada polis əməkdaşalrı ilə rastlaşmış , üzərində vəhşi heyvanlardan qorunmaq üçün odlu silah olğundan polis əməkdaşlarını görüb qaçmış və qaçarkən yıxılmışdır.Polis əməkdaşları onu saxlayıb Lerik RPŞ-nə gətirmişlər.Əməlindən peşmadır. Məhkəmə iclasında şahid X7 İTB-in sahə rəisi, polis leytenantı X6 bildirdi ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 21:45 radələrində xidmətdə olarkən, bir nəfər şəxslə qarşılaşmışlar. Polis əməkdaşalrı özlərini ona təqdim edərək kim olduğunu sual verərəkən uca səslə “siz nə lazımdır deyərək qaçmağa başlamış, və qaçarkən yıxılmışdır. Həmin şəxsə yaxınlaşarkən yenə polisin qanuni tələbinə tabe olmayaraq hərəkətlərini davm etdirdi. Ona görə də o, Lerik RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Lerik RPŞ-in PPXB-in polis nəfəri X1 şahid qismndə dindirlən X7 İTB-in sahə rəisi, polis leytenantı X6 ilə eyni məzmunlu izahat verdi. Beləliklə, məhkəmə tərəflərin izahatını iş materialları ilə birlikdə qiymətləndirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğundur. İş materiallarında olan X7 İTB-in sahə rəisi, polis leytenantı X6 tərəfindən tərtib olunmuş raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 21:45 radələrində Lerik RPŞ-in PPXB-in tağım komandiri Ramin Rəhimov və PPXB-in polis əməkdaşlarıilə birlikdə qanunsuz ağackəsmə, qanusuz ov etmə və digər inzibati hüquqpozmalırın və cinayətlərin qarşısının alınması və profilaktikası məqsədi ilə Lerik rayon Veri-Əliabad kəndində xidmətdə olarkən, bir nəfər şəxslə qarşılaşmışlar. Polis əməkdaşalrı özlərini ona təqdim edərək kim olduğunu sual verərəkən uca səslə “siz kimsiniz, gedin işinizlə məşqul olun deyərək qaçmağa başlamış, həmin şəxsə dayanması barədə xəbərdalıq edilsədə , polisin qanuni tələbinə tabe olmayaraq qaçmış, onu yenidən intizam dəvət etsələrdə o, uca səslə nalayıq söyüşlər söydüyündən o, Lerik RPŞnə gətirilmiş və həmin şəxsin Şəxs olduğu məlum olmuşdur. İş materiallarında olan X7 İTB-in sahə rəisi, polis leytenantı X2 tərəfindən tərtib olunmuş 07 dekabr 2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 02:50-də inzibati qaydada tutulmuşdur. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat təxminən 21:45 radələrində Lerik rayon Əliabad kəndində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını alma məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətmiş olduğu xətanın xarakterini, təqsirinin dərəcəsini, nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbeh tədbiq edilməlidir. Qeyd edilənləri, o cümlədən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini qanunverciliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 30 (otuz) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 07 dekabr 2025-ci il tarixdən saat 02:50-dən hesablansın. Qərarın icrası Lerik rayon Polis şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Lerik rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rövşən Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar